"Fövqəladə
vəziyyət haqqında"
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə"
Azərbaycan Respublikasının
2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli
Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası
Prezidentinin bəzi fərmanlarında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Fövqəladə vəziyyət
haqqında" Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikasının 2023-cü il 24 fevral tarixli
824-VIQD nömrəli Qanununun
icrası ilə əlaqədar qərara alıram:
1. "Xidməti və
mülki silah haqqında" Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin
1998-ci il 21 fevral tarixli, 679 nömrəli Fərmanının icrasının
təmin edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2002-ci il 24 avqust tarixli 769 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2002, № 8, maddə
489 (Cild I) aşağıdakı
dəyişikliklər edilsin:
1.1. həmin Fərmanla
təsdiq edilmiş
"Azərbaycan Respublikasının
ərazisində xidməti
və mülki silahın satış Qaydaları"nın 16-cı hissəsinə
"Fövqəladə vəziyyət"
sözlərindən sonra
"və sosial xarakterli fövqəladə
mühit" sözləri
əlavə edilsin;
1.2. həmin Fərmanla
təsdiq edilmiş
"Silahın geri alınması Qaydaları"nın
13-cü hissəsinə "Fövqəladə vəziyyət"
sözlərindən sonra
"və sosial xarakterli fövqəladə
mühit" sözləri
əlavə edilsin.
2. Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 3 aprel tarixli 74 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2009, № 4, maddə 219 (Cild
I) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikası Fövqəladə
Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə
Dövlət Agentliyi haqqında Əsasnamə"nin
8.12-ci bəndinə "vəziyyət"
sözündən sonra
"və sosial xarakterli fövqəladə
mühit" sözləri
əlavə edilsin.
3. "Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının fəaliyyəti
Qaydası"nın təsdiq
edilməsi haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2022-ci il 3 noyabr tarixli 1872 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2022, № 11, maddə 1249 (Cild
I) aşağıdakı dəyişikliklər
edilsin:
3.1. preambulaya "vəziyyət"
sözündən sonra
"və sosial xarakterli fövqəladə
mühit" sözləri
əlavə edilsin;
3.2. həmin Fərmanla
təsdiq edilmiş
"Fövqəladə vəziyyətin
tətbiq edildiyi ərazinin komendantlığının
fəaliyyəti Qaydası"nın
1.1-ci və 1.3-cü bəndlərinə
"vəziyyət" sözündən
sonra "və sosial xarakterli fövqəladə mühit"
sözləri əlavə
edilsin.
4. "Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yaradılan müvəqqəti
xüsusi idarəetmə
orqanı haqqında Əsasnamə"nin və
"Fövqəladə vəziyyətin
tətbiq edildiyi ərazidə yaradılan mərkəzi idarəetmə
orqanı haqqında Əsasnamə"nin təsdiq
edilməsi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2022-ci il 3 noyabr tarixli 1873 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2022, № 11, maddə 1250 (Cild
I) aşağıdakı dəyişikliklər
edilsin:
4.1. preambulaya "vəziyyət"
sözündən sonra
"və sosial xarakterli fövqəladə
mühit" sözləri
əlavə edilsin;
4.2. həmin Fərmanla
təsdiq edilmiş
"Fövqəladə vəziyyətin
tətbiq edildiyi ərazidə yaradılan müvəqqəti xüsusi
idarəetmə orqanı
haqqında Əsasnamə"nin
1.1-ci və 1.3-cü bəndlərinə
"vəziyyət" sözündən
sonra "və sosial xarakterli fövqəladə mühit"
sözləri əlavə
edilsin;
4.3. həmin Fərmanla
təsdiq edilmiş
"Fövqəladə vəziyyətin
tətbiq edildiyi ərazidə yaradılan mərkəzi idarəetmə
orqanı haqqında Əsasnamə"nin 1.1-ci və
1.3-cü bəndlərinə "vəziyyət" sözündən
sonra "və sosial xarakterli fövqəladə mühit"
sözləri əlavə
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
7 may 2024-cü il
Azərbaycan.-
2024.- 8 may, № 94.- S.5.