Azərbaycan
mədəniyyət xadimlərinə
Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüdünün verilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün
təsis edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2002-ci il 11 iyun tarixli
715 nömrəli Fərmanına
uyğun olaraq qərara alıram:
1. Azərbaycan mədəniyyətinin
inkişafında xidmətlərinə
görə aşağıdakı
şəxslərə Azərbaycan
Respublikası Prezidentinin
fərdi təqaüdü
verilsin:
Eldarov Ömər
Həsən oğlu
Əliyeva Böyük
Xanım Həsənbala
qızı
Həşimzadə Xanlar
Allahverdi oğlu
İsrafilov Fərhad
Ramazan oğlu
Məlikov Aqil Qədəşbala oğlu
Məmmədəliyeva Sevda Yusuf qızı
Mustafayeva Laləzar
Bəşir qızı.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
9 may 2024-cü il
Azərbaycan.-
2024.- 10 may, № 96.- S.2.