Azərbaycanla Bolqarıstan arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır

 

 

Azərbaycanın dünyanın aparıcı ölkələri ilə iqtisadi siyasi əlaqələri getdikcə genişlənir. Qarşılıqlı rəsmi səfərlər isə bu əlaqələrin daha da dərinləşməsinə  böyük təkan verir. Azərbaycanın yaxından dostluq əməkdaşlıq etdiyi ölkələrdən biri Bolqarıstandır. Bu ölkə ilə qarşılıqlı münasibətlər 1992-ci ilin iyunundan - Bolqarıstanın Azərbaycanın müstəqilliyini tanımasından sonra  qurulub. Bolqarıstanın Azərbaycandakı səfirliyi 1999-cu ilin dekabrından, Azərbaycanın Bolqarıstandakı səfirliyi isə 2004-cü ilin aprelindən fəaliyyət göstərir.

Dövlətimizin başçısı İlham Əliyev 2005-ci ilin sentyabrında, 2009-cu ilin noyabrında 2015-ci ilin martında Bolqarıstana bir sıra rəsmi işgüzar səfərlər etmişdir. Sonuncu səfər enerji layihələri qarşılıqlı sərmayələrlə bağlı müzakirələrin aparılması ilə yanaşı, Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə yadda qalmışdı.

Azərbaycan Bolqarıstan çoxtərəfli institutlar vasitəsilə uğurlu əməkdaşlıq edir. Hər iki ölkə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvüdür. Bu, Azərbaycanın Bolqarıstan da daxil olmaqla Cənub-Şərqi Avropa ölkələri ilə əlaqələrinin inkişafına kömək edir. Sofiya həmçinin Bakının NATO ilə tərəfdaşlığının intensivləşdirilməsini fəal şəkildə təşviq edir daim Azərbaycanın təşəbbüslərini dəstəkləyir.

Enerji tərəfdaşlığı Azərbaycan-Bolqarıstan münasibətlərinin təməli hesab edilir. Bu tərəfdaşlığın əsasını qoymuş "Cənub qaz dəhlizi" layihəsinə gəldikdə, Prezident

İlham Əliyev Avropa İttifaqının ovaxtkı xarici əlaqələr təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Moqerini tərəfindən imzalanmış Məşvərət Şurasının Birgə Bəyanatında Bolqarıstan onun fundamental elementlərindən biri olaraq qeyd olunmuşdur.

Azərbaycan Bolqarıstan əməkdaşlığı üçün digər mühüm sahəni nəqliyyat əlaqələri təşkil edir. 1998-ci ildən bəri hər iki ölkə TRACECA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) layihəsinin bir hissəsidir. Son zamanlar aktuallıq qazanmış bu layihə Avropa ilə Çin arasında səmərəli əlaqənin inkişaf etdirilməsi məqsədini daşıyır. Müasir Bakı Beynəlxalq Dəniz Ticarət Limanı hazırda Xəzər dənizi regionunda tranzit imkanlarının genişləndirilməsinə böyük töhfə verir. Bu baxımdan, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Bolqarıstanın Limanlar İnfrastruktur Şirkəti yükdaşımaların hər iki istiqamətdə genişləndirilməsi üçün əməkdaşlıq edir. Hər iki ölkə bir müddət fəaliyyət göstərməyən, lakin hazırda yenidən diqqət mərkəzində olan "Çin, Mərkəzi Şərqi Avropa arasında əməkdaşlıq" forumunun vizyonunu bölüşür.

Sofiyanın Qarabağ münaqişəsi ilə bağlı ardıcıl olaraq ədalətli mövqe tutması, Azərbaycanın ərazi bütövlüyünü sülhün bərqərar olması səylərini birmənalı şəkildə dəstəkləməsi ölkəmizdə yüksək qiymətləndirilir. Bakı işğaldan azad edilmiş torpaqlar üzərində suverenliyinin tam bərpasına, bu ərazilərin dirçəldilməsinə diqqət çəkmək üçün xarici qonaqları Qarabağa Şərqi Zəngəzura dəvət edir: Bolqarıstanın Ayrı-seçkiliyə Qarşı Müdafiə Komissiyasının sədri Ana Cumalıyevanın başçılıq etdiyi belə nümayəndə heyətlərindən biri 2021-ci ilin payızında Qarabağın ruhlar şəhəri hesab edilən Ağdama səfər edib. O, səfər zamanı 1994-2020-ci illər ərzində işğalçı qüvvələr tərəfindən törədilmiş dağıntıların miqyasının şahidi olub.

Bu günlərdə iki ölkə arasındakı əməkdaşlığı daha da genişləndirmək məqsədilə Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasında  səfərdə olub. Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə həm təkbətək, həm geniş tərkibdə görüşü keçirilib, Azərbaycan-Bolqarıstan sənədlərinin imzalanması mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər.

Dövlət başçımız aparılan müzakirələr barədə mətbuata bəyanatında demişdir: "Bu gün biz bir layihəni müzakirə etdik, o da "yaşıl enerji" kabelidir. Bildiyiniz kimi, Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla bu istiqamətdə çox fəal aparır. Hesab edirik ki, bir neçə aydan sonra hazır olacaq texniki-iqtisadi əsaslandırma işlərin başlanması üçün gözəl zəmin olacaq. Beləliklə, Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda "yaşıl enerji" təchizatçısı kimi özünü göstərəcək. Potensial kifayət qədər genişdir biz bu barədə eyni zamanda ilin sonunda COP29 konfransında da danışacağıq. Mən Prezident Radevi bu tədbirdə iştirak etmək üçün Azərbaycana dəvət etmişəm".

Bolqarıstan Prezidenti mətbuata bəyanatında iki ölkə arasındakı qarşılıqlı əməkdaşlıqdan söz açaraq demişdir: "Mən Prezident Əliyevlə yeddi ildən artıqdır ki, tanışam bu dövr ərzində bizim çoxsaylı müzakirələrimiz olub. Mən onun cəsarətli baxışına şahidəm, ona çox gözəl bələdəm. O, Azərbaycanı dinamik şəkildə inkişaf etdirmək əzmindədir. "Yaşıl enerji" layihələri bunun bariz nümunəsidir. Bununla yanaşı, onun fəal diplomatiyası da imkan verdi ki, bu gün biz beynəlxalq səviyyədə sülh təhlükəsizlik, sabitlik haqqında danışaq. Ona görə mənə heç təəccüblü gəlmədi ki, Azərbaycan COP29 kimi olduqca mötəbər bir tədbirə ev sahibi seçildi. Biz Bolqarıstan olaraq o zaman Azərbaycanın namizədliyini qəti şəkildə dəstəklədik. Bu gün mən Prezident Əliyevə məlumat verdim ki, biz öz növbəmizdə institusional ekspert səviyyəsində COP29-a dəstək verməyə hazırıq".

Bolqarıstan Prezidentinin Azərbaycana səfəri zamanı keçirdiyi yüksəksəviyyəli görüşlər, aparılan danışıqlar, fəal siyasi iqtisadi dialoq imkan verir ki, bütün istiqamətlər üzrə dövlətlərarası əlaqələr bundan sonra daha da genişlənsin yeni uğurlu nəticələr əldə olunsun. Bolqarıstan Azərbaycan arasındakı ikitərəfli münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır, qarşılıqlı hörmət maraqlar əsasında qurulur.

 

Vahid MƏHƏRRƏMOV,

Azərbaycan.-2024.- 10 may, № 96.- S.3.