Heydər Əliyevi hər zaman hörmətlə xatırlayırıq

 

 

Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ilkin ən böyük xidməti mədəni elitanı formalaşdırmaq olub. Nəzərə almaq lazımdır ki, həmin vaxt siyasi elitanı tam şəkildə formalaşdırmaq mümkün deyildi. Rəhbər vəzifələrə adətən ruslar, ya da qeyri millətlərdən olan şəxslər təyin edilirdi. Ona görə siyasi elitada azərbaycanlıların yerləşməsini kifayət qədər təmin etmək müşkül məsələ idi.

Bu səbəbdən Heydər Əliyev fəaliyyətə başqa sahədən - daha yumşaq sferadan başladı, 70-ci illərdə Azərbaycanın istedadlı yazıçı, şair, rəssam, musiqiçi teatr xadimlərinin "SSRİ Xalq artisti" "SSRİ Sosialist Əməyi Qəhrəmanı" adları, eləcə komsomol mükafatları ilə təltif olunmalarını təmin edə bildi. Həmin dövrdə siyasi elita formalaşdırmaq çətin olsa da, mədəni elita yaratmaqla ölkədə müəyyən dərəcədə Azərbaycan dəyərlərinin inkişafına nail olundu.

Eyni zamanda Heydər Əliyev Azərbaycan dilinin inkişafına xüsusi diqqət ayırmağa başladı. 1978-ci ildə Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbitinə nail olmaqla tarixi uğura imza atdı. Digər tərəfdən bu böyük dövlət xadimi paytaxt Bakıda erməni, rus, yəhudi digər komponentlərin çoxluğu içində azərbaycanlaşdırma siyasətini həyata keçirdi. Nəzərə almaq lazımdır ki, şəhərdə Azərbaycan dilində danışmağın böyük problem olduğu bir vaxtda, rəsmi yazışmaların tamamilə rus dilində aparıldığı bir şəraitdə azərbaycançılıq ideologiyasına xidmət etmək böyük cəsarət tələb edirdi.

Heydər Əliyev Sov.İKP MK-nin Siyasi Bürosundan getdikdən sonra isə ölkəmizin problemləri artmağa başladı. Mərkəzdən ölkəmizlə bağlı verilən qərarlarda Azərbaycanın hər hansı bir iştirakı görünmədi Heydər Əliyevin yoxluğu burada daha aydın hiss olundu. Yad qüvvələr Azərbaycan əleyhinə istənilən qərarı verə bilirdilər. Elə Qarabağ dalğası süni şəkildə yuxarıdan körüklənərək başlayanda da bütün qərarlar ölkəmizin əleyhinə verildi. Nəticədə Qarabağın bir hissəsi Azərbaycandan qoparıldı. Həmin ərəfələrdə Heydər Əliyev xalq hərəkatına böyük dəstək verdi. Azərbaycanın ən gərgin anında meydana atılaraq xalqımızı zillətdən xilas etdi, ümidləri doğrultdu. Azərbaycanda  xaotik vəziyyət yarananda, hərbi qiyam baş verəndə Heydər Əliyev yalnız ona ümid bəsləyən Azərbaycan xalqının dadına yetişdi.

Kritik qarışıq vəziyyətdən xilas yalnız təcrübəli bir dövlət xadiminin hakimiyyətə gəlməsi ilə mümkün ola bilərdi. Belə oldu qısa vaxt ərzində Heydər Əliyevin siyasi elitada bütövlükdə cəmiyyətdə idarəetmə qabiliyyəti hər kəs tərəfindən etiraf olundu.

Bu gün Azərbaycan dövləti xarici daxili siyasətini Heydər Əliyevin müəyyənləşdirdiyi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən prinsiplər üzərində gerçəkləşdirir. Xüsusilə xarici siyasətdə ölkəmizin təhlükələrdən qorunmağının əsas səbəbi məhz Heydər Əliyevin müəllifi olduğu uğurlu siyasi strategiyalarıdır. Təsəvvür edin, bir vaxtlar kiminsə ağlına gəlməzdi ki, Ermənistanı öz himayəsində saxlayan Rusiya bu gün Azərbaycanla daha yaxın münasibət quracaq, səmimi müttəfiqlik səviyyəsində hərəkət edəcək Ermənistana qarşı ən sərt mövqe sərgiləyəcək. Digər tərəfdən Azərbaycan heç bir bloka daxil olmadan, hətta Rusiyanın təklif elədiyi qurumlarda yer almadan, eyni zamanda Avropa məkanında öz mövqeyini qoruyaraq ayaqda durur.

Postsovet məkanında özünün problemini Azərbaycan kimi həm müharibə vasitəsilə, həm dinc yolla həll edə bilən ikinci ölkə olmayıb. Bu uğur da elə Heydər Əliyevin qurduğu möhkəm təməllər üzərində qazanılıb. Azərbaycanın gücünü göstərən bu əsas amillərin mənbəyi isə məhz Heydər Əliyevin dərin düşüncəsi, dəqiq strategiyası olub. Hər il doğum günündə, hətta ilin bütün günlərində Heydər Əliyevin xatirəsinin anılması Azərbaycan cəmiyyətinin Ulu Öndərə dərin ehtiramından xəbər verir.

 

Fazil MUSTAFA,

Böyük Qurtuluş Partiyasının sədri,

Milli Məclisin deputatı

Azərbaycan.-2024.- 10 may, № 96.- S.10.