Zaman
keçdikcə Heydər
Əliyevin böyüklüyünü
daha dərindən dərk edirik
Uca dağ zirvəsi kənardan daha aydın göründüyü üçün
digər zirvələrlə
onu müqayisə etmək asan olur.
Heydər Əliyev
zirvəsi elə bir yüksəklikdir ki, müqayisəyə gəlmir, zaman keçdikcə onun mahiyyətini daha dərindən başa düşürük. Yadıma
gəlir, hələ məktəbli olan zaman biz Heydər
Əliyevin çıxışlarına
uyğun çıxışlar
edər, lideri təkrarlamağa çalışardıq.
İstəyirdik ki, diksiyamız, nitqimiz Ulu Öndərin nitqi kimi təmiz
və səliqəli olsun.
Heydər Əliyev
həqiqətən də
çox nüfuzlu dövlət xadimi, böyük şəxsiyyət
olub. O, hakimiyyətdə
olduğu bütün
zamanlarda Azərbaycana
uğurla rəhbərlik
edib, ölkəmizi inkişafa aparıb. Azərbaycanın imkanlarını
genişləndirib, keçmiş
SSRİ miqyasında tanınmasına
nail olub, nəhayət, müstəqillik
dövründə xalq
hərəkatını himayə
edib. Xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan
sonra isə Azərbaycanın tərəqqisini
təmin edən "Əsrin müqaviləsi"ni
bağlayıb. Məhz
həmin müqavilə
imzalanandan sonra Azərbaycana çoxmilyardlıq
maliyyə vəsaitləri
daxil olmağa başlanıb. Bunun nəticəsində isə
ordumuz möhkəmlənib,
iqtisadiyyatımız inkişaf
edib. Bir sözlə, Ulu Öndər Azərbaycanı
ayağa qaldırıb!
Azərbaycan Heydər
Əliyevin irsini müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyevin liderliyi dövründə öz sürətli inkişafını
təmin edib. Xalq-ordu-hakimiyyət birliyi
yaranıb və torpaqlarımız düşmən
işğalından azad
edilib. Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycan öz ərazisi üzərində suverenliyinin
tam bərpasına nail olub, ərazi
bütövlüyünü təmin edib. İlham Əliyev məhz Heydər Əliyevin vəsiyyətini
yerinə yetirməklə
Şuşada, Xankəndidə,
Xocalıda üçrəngli
bayrağımızı dalğalandırıb.
Bu gün dövlət olaraq müvəffəqiyyətlə, iri addımlarla irəliləyirik və dünyada söz sahibinə çevrilmişik.
Təsadüfi deyil ki, bir sıra
beynəlxalq tədbirlərə
məhz Azərbaycan evsahibliyi edir. Bütün bu nailiyyətlər birbaşa
Heydər Əliyevin təməlini qoyduğu uğurlu yolun davamıdır.
Heydər Əliyev
səbirli və təmkinli şəxsiyyət
idi. Hələ o zamanlar da müxalifətdə
olanda mənim özümə belə çox səbirlə yanaşır və başa düşürdü
ki, şəxsi mənafeyimi güdən, vəzifə arzusunda olan və ya
var-dövlət arxasınca
qaçan biri deyiləm. Azərbaycanı,
xalqımızı ürəkdən
sevdiyimi bildiyi üçün mən hər zaman onun himayəsini hiss etmişəm. Zaman keçdikcə isə Heydər Əliyevin böyüklüyünü
bir daha dərk edir və onun vəsiyyətlərini
gerçəkləşdirən Prezident İlham Əliyevin rəhbərliyi
ilə inamla irəliləyirik.
Tahir KƏRİMLİ,
Vəhdət Partiyasının sədri,
Milli Məclisin
deputatı
Azərbaycan.-2024.-
10 may, № 96.- S.10.