Xalqın
güvənc yeri və qürur mənbəyi
Ötən əsrin
1969-cu ilindən 1982-ci ilə
qədər olan dövr və 1993-cü ildən 2003-cü ilə qədər davam edən zaman kəsiyi müasir Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi kimi səciyyələndirilir. İstər
sovetlər dönəmində
Azərbaycan Respublikasının
rəhbəri, istərsə
də 1982-1987-ci illərdə
SSRİ-nin rəhbər
şəxslərindən biri
kimi Heydər Əliyev nəinki postsovet məkanında, eləcə də dünya miqyasında qəbul edilən, mövqeyi ilə hesablaşılan və xüsusi nüfuz sahibi olan siyasətçi
kimi tanınırdı.
Öz fitri istedadı və şəxsi nüfuzu ilə fərqlənən
Heydər Əliyev ilk azərbaycanlı idi ki, belə
bir zirvəyə yüksəlmiş, xalqına
göstərdiyi xidmətləri
ilə Azərbaycanın
güvənc yerinə
və bütün türk dünyasının
fəxrinə çevrilmişdi.
Müstəqilliyin ilk
illərində Azərbaycanın
məruz qaldığı
hərbi təcavüz
və işğal, habelə yarıtmaz idarəçilik nəticəsində
ölkə daxilində
vətəndaş müharibəsi
gözlənilən idi.
Heydər Əliyev
1993-cü ilin yayında
məhz belə mürəkkəb vəziyyətdə
respublika rəhbərliyinə
qayıtdı.
Bu, elə bir dönəm idi ki, torpaqlarımızın
Ermənistan silahlı
qüvvələri tərəfindən
işğalı davam
edirdi, iqtisadi-siyasi və sosial vəziyyət getdikcə gərginləşirdi və
təbii ki, ölkə rəhbərliyinə
gələn şəxsin
üzərinə çox
ciddi məsuliyyət düşürdü. Ölkəni
siyasi-iqtisadi böhrandan
çıxarmaq, vətəndaş
müharibəsinin qarşısını
almaq, düşmənə
sinə gərmək və bütövlükdə
Azərbaycan cəmiyyətini
toparlamaq, xalqın inamını özünə
qaytarmaq lazım idi. Bu isə,
əlbəttə ki, hər siyasətçinin
və dövlət adamının öhdəsindən
gələ biləcəyi
görəv deyildi. Bütün çətinliklərə
baxmayaraq, Heydər Əliyev çətin olduğu qədər də məsuliyyətli və şərəfli olan bu görəvin
öhdəsindən qətiyyətlə
gəlməyi bacardı
və Azərbaycanı
düşdüyü ağır
vəziyyətdən çıxara
bildi.
Heydər Əliyev
yüksək idarəçilik
keyfiyyətlərinə, geniş
siyasi dünyagörüşünə
malik xarizmatik lider olmaqla nadir
və iti dövlətçilik zəkası,
cəsarəti və sarsılmaz iradəsi ilə müstəqil müasir Azərbaycan dövlətini yaratdı.
Müstəqilliyin qorunmasının
onun əldə edilməsi qədər çətin olduğunu bildirən Heydər Əliyev bu ağır vəzifənin
öhdəsindən layiqincə
gəldi.
Heydər Əliyevin
apardığı ardıcıl
siyasət sayəsində
müstəqilliyimiz əbədi
və dönməz xarakter aldı, ölkəmizə sabitlik,
sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə,
iqtisadi yüksəliş,
sosial inkişaf gətirildi. Azərbaycan Ordusunun yenidən qurulması üçün
zaman qazanmağın vacibliyini bilən təcrübəli dövlət
başçısı düşmən
tərəfinin və
onun havadarlarının
ciddi təzyiqlərinə
baxmayaraq, atəşkəsə
nail oldu, cəbhədə əldə
edilmiş sabitlikdən
istifadə edərək
ölkə iqtisadiyyatını
dirçəltmək, Azərbaycanı
tənəzzüldə olan
dövlətdən inkişaf
edən ölkəyə
çevirmək istiqamətində
mühüm addımlar
atılması üçün
əhəmiyyətli vaxt
qazandı.
Heydər Əliyev
həmçinin aparıcı
ölkələrlə beynəlxalq
əlaqələri möhkəmləndirərək,
gələcək inkişafa
hesablanmış neçə-neçə
layihənin, xüsusilə
də uğurlu neft strategiyasının təməlini qoydu. Məqsədyönlü xarici
siyasət kursunun aparılması ölkəmiz
üçün təkcə
siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və
böyük investisiya
imkanları yaratdı.
Bunun məntiqi nəticəsi olaraq, Azərbaycanın beynəlxalq
nüfuzu günbəgün
artmağa başladı,
iqtisadiyyatın müxtəlif
sahələrinə külli
miqdarda xarici sərmayə yatırıldı.
Növbəti illərdə
ölkədə neft kontraktlarının imzalanması,
ciddi beynəlxalq dəstəyin əldə
edilməsi ölkəmizin
ağır durumdan xilası üçün
böyük əhəmiyyət
kəsb etdi. Bu mənada torpaqlarımızın 20 faizinin
işğal altında
olduğu, bir milyon qaçqın və köçkünün
öz dogma yurd-yuvasından didərgin
düşdüyü acınacaqlı
dövrdə yenicə
müstəqillik əldə
etmiş ölkəmizin
iqtisadi-siyasi böhrandan
çıxarılmasında və bununla yanaşı, dövlət
müstəqilliyimizin qorunub
saxlanılmasında Heydər
Əliyevin rolu əvəzsizdir.
Heydər Əliyevin
böyüklüyü və
uzaqgörənliyini təsdiqləyən
bir məqam da odur ki,
o, təcrübəli bir
dövlət adamı
olaraq Azərbaycana rəhbərlik etdiyi ən ağır dönəmlərdə ciddi
beynəlxalq təzyiqlərə
dəyanətlə sinə
gərərək Qarabağ
məsələsində Azərbaycanın
maraqlarına zidd sənədlər toplusunun
formalaşmasına imkan
vermədi. Siyasi iradə nümayiş etdirərək müxtəlif
beynəlxalq platformalarda
Qarabağ məsələsində
Azərbaycanın milli
və hüquqi haqqını qətiyyətlə
qorudu və bu da gələcəkdə
Qarabağın hərbi
yolla işğaldan azad olunması üçün çox ciddi zəmin yaratdı. Bu mənada 44 günlük İkinci Qarabağ savaşının zəfərlə
başa çatmasının
təməlində Heydər
Əliyevin tarixi xidmətlərinin əhəmiyyətli
rol oynadığını
qeyd etmək lazımdır.
Heydər Əliyev
ideyalarının və
irsinin əsas davamçısı kimi Prezident İlham Əliyevin yürütdüyü
qətiyyətli siyasət
və nümayiş etdirdiyi siyasi iradə sayəsində torpaqlarımız işğaldan
azad olundu və ərazi bütövlüyümüz tam
bərpa edildi. Bu siyasətin nəticəsidir ki, regionda yeni reallıqlar
yarandı, Azərbaycan
regionun əsas söz və güc sahibi kimi yeni hədəflərə
doğru inamla addımlamaqdadır.
Təbii ki, Heydər Əliyevin böyüklüyünü təkcə
yaxınları, tərəfdarları
və dostları deyil, elə Azərbaycanın düşmənləri
də zaman-zaman etiraf ediblər. Hər birimiz Azərbaycan dövlətçiliyinin
qorunub saxlanmasında tarixi rolu olan
Heydər Əliyevin xatirəsini hörmətlə
anır, ona Allahdan rəhmət diləyirik. Heydər Əliyev Azərbaycanın
ən görkəmli tarixi şəxsiyyətlərindən
biri kimi hər zaman tarixdə, xatirələrdə
və xalqımızın
qəlbində yaşayacaq.
Arzuxan Əlizadə,
Azərbaycan Milli İstiqlal Partiyasının sədri
Azərbaycan.-2024.-
10 may, № 96.- S.10.