Azərbaycanı
zirvələrə ucaldan
dahi şəxsiyyət
Ulu Öndər
Heydər Əliyev Azərbaycan dövlətçilik
tarixində öz dəst-xətini qoymuş
böyük dövlət
adamıdır. Heydər
Əliyevin ilk fəaliyyət dövrü
Sovet İttifaqı dövrünə təsadüf
edir. O, SSRİ kimi böyük bir imperiyanın rəhbərliyinə
yüksəlmiş müsəlman
dövlət xadimi idi.
Öz prinsipiallığı
ilə seçilən
rəhbər kimi Heydər Əliyev Azərbaycanı bütün
dünyada tanıtdı,
eyni zamanda millətimizin adını
yüksəklərə ucaltdı.
Heydər Əliyevin fəaliyyətinin sonrakı
mərhələsi isə
müstəqillik dövrünə
təsadüf etdi. Naxçıvanın blokadada
olduğu bir vəziyyətdə muxtar respublikada rəhbərliyə
seçildi və xalqın ümidlərini doğrultdu, Naxçıvan
camaatını çətin
vəziyyətdən çıxara
bildi.
Ulu Öndərin
sonrakı fəaliyyəti
1993-cü ildən Azərbaycan
rəhbərliyində təmsil
olunması ilə başladı. İlk növbədə Milli Məclisin Sədri, daha sonra Azərbaycan
Respublikasının Prezidenti
seçildi. Beləliklə,
müstəqil dövlət
quruculuğunda Heydər
Əliyev əvəzsiz
rol oynadı. Ərazilərimizin işğala
məruz qaldığı
həmin dövrdə
ölkəni ayaqda tutmaq üçün ciddi addımlar atmaq lazım idi. Elə həmin vaxtlar "Əsrin müqaviləsi" gündəmə
gəldi. Ölkəmizi
inkişafa aparan həmin müqavilənin imzalanması üçün
isə ciddi əmək, böyük təşkilatçılıq qabiliyyəti və uzaqgörənlik tələb
olunurdu. Heydər Əliyev bunun da öhdəsindən gəldi, çətin maraqların kəsişdiyi
bir vaxtda "Əsrin müqaviləsi"nin
imzalanmasına nail oldu.
1994-cü ildən etibarən
Heydər Əliyevin ciddi əməyi sayəsində ordumuz möhkəmlənməyə başladı.
Dövlətimiz bununla
zaman qazandı, qüvvələr səfərbər
edildi, güclü ordu quruculuğuna nail olundu və
nəticə etibarilə
hələ 90-cı illərdən
başlanan tərəqqi
bizi 44 günlük Vətən müharibəsində
şanlı Zəfərə
qədər apardı.
Heydər Əliyev
irsini uğurla davam etdirən onun siyasi varisi
İlham Əliyevin prezidentlik fəaliyyəti
dövrü Azərbaycan
üçün müstəsna
əhəmiyyətə malikdir. Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək xalqımızın ən
ümdə arzusunu reallaşdırdı, ölkəmizin
suverenliyini və ərazi bütövlüyünü
tam bərpa etdi.
Ulu Öndərin
layiqli davamçısı
kimi İlham Əliyevin fəaliyyətini
yüksək qiymətləndiririk.
Müzəffər Ali
Baş Komandanın dövlət idraəetməsi,
etiket məsələləri,
daxili və xarici siyasət strategiyaları Azərbaycanı
daim zirvələrə
ucaldıb. Fikrimcə,
dövlətçiliyimizin qorunması naminə bundan sonra da
atılacaq addımlarda
uğurlara imza atmaq üçün Heydər Əliyev məktəbini öyrənmək,
onun irsini davam etdirmək lazımdır.
Elşad MUSAYEV,
Böyük Azərbaycan Partiyasının
sədri
Azərbaycan.-2024.-
10 may, № 96.- S.10.