"Heydər Əliyev bir möcüzə idi"

 

 

Sadə əmək adamı Ulu Öndəri bu sözlərlə xatırlayır

 

 

 

Ulu Öndər Heydər Əliyev haqqında söz demək  dəryanın dibinə enib dürr çıxarmağa bənzəyir.  Bu dahi şəxsiyyətin çoxşaxəli fəaliyyətinin  hansı istiqamətindən  yazmaq adamı uzun-uzadı düşünməyə vadar edir. O cümlədən Ümummilli Liderin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 14 illik fəaliyyətindən bir məqalədə yazmaq qeyri-mümkün olduğu üçün burada onun əmək adamına, zəhmətkeş kəndliyə verdiyi dəyərdən söz açacağam.

Məlumdur ki, Azərbaycan ötən əsrin 60-cı illərində iqtisadi mədəni tənəzzül dövrünü yaşayırdı. Kənd təsərrüfatının bütün sahələrində məhsuldarlıq çox aşağı olmaqla yanaşı, torpaqlardan da səmərəli istifadə edilmirdi, kolxoz sovxozların əksəriyyəti ziyanla işləyirdi, elmin texnikanın tətbiqi hiss olunmurdu, kadr hazırlığı bərbad vəziyyətdə idi. Meyvə, tərəvəz, çay digər məhsulların emalı özbaşına buraxılmış, ət, süd, pambıq üzüm məhsullarının emalı isə primitiv sexlərdə çox cüzi miqdarda həyata keçirilirdi. Ulu Öndər ilk günlərdən  bu geriləmənin səbəblərini aradan qaldırmağın yollarını tapdı qısa müddət ərzində Azərbaycanı SSRİ miqyasında öncül yerlərə çıxara bildi. Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı mənəviyyatın tərəqqisi yaşandı.

1969-1982-ci illərdəki fəaliyyəti dövründə Heydər Əliyev Azərbaycanda aqrar-sənaye kompleksinin yaradılmasına nail oldu. Məhz həmin dövrdə respublikada aqrar-sənaye kompleksi kimi qəbul edilmiş bu sahə yüksək sürətlə inkişaf etdi onun inteqrasiyası təmin olundu. Əlbəttə, belə yüksək uğurların əldə edilməsi üçün öncə kənd təsərrüfatı məhsullarının istehsalının artırılması təmin edilməli idi ki, bunu da Ulu Öndər həyata keçirdi. Bütün bu uğurların təməlində təbii ki, sadə əməkçi, zəhmətkeş kəndli dayanırdı. Sovxoz fəhləsi, kolxozçu heyvandar əməyinin yüksək dəyərləndirilməsi  onlara stimul verir, işləməyə həvəsi artırırdı. Kənd təsərrüfatında çalışan işçilərə Heydər Əliyev şəxsən diqqət ayırır, onlarla görüşüb söhbət etməkdən, problemlərinin həlli üçün şərait yaratmaqdan zövq alırdı. Xüsusilə qabaqcıl işçilər gözündə çox ucada idi. Səsləri Ali Sovetin tribunasından, qurultaylar sarayından gələn kolxozçu, heyvandar, sovxoz fəhləsi  Ulu Öndərin dostu idi.

Heydər Əliyevin bu qəbildən olan dostlarından biri Mələksə Əliyevadır. Mələksə xanım vaxtilə Tovuz rayonundakı Kirov adına sovxozda üzümçü fəhlə işləyib. İşlədiyi müddətdə 9-cu çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub. "Qırmızı Əmək Bayrağı", "Oktyabr İnqilabı",  "Şərəf nişanı" ordenləri ilə təltif edilib. O, ötən əsrin 70-80-ci illərində nəinki rayonun, respublikanın məşhur üzümçüsü kimi tanınırdı, adı qəzet-jurnal səhifələrini bəzəyirdi. Düz 7 il "Sosializm yarışının qalibi" döş nişanını qazanan bu əməkçi xanım şəxsən Heydər Əliyevlə dəfələrlə görüşüb, söhbət edib. Hazırda təqaüddə olan doğma kəndi Xatınlıda yaşayan Mələksə xanımla əlaqə saxladım.  Ulu Öndərlə  bağlı xatirələrindən söz açaraq dedi:

- Heydər Əliyev mənə doğmalarım qədər əzizdir. Baxmayaraq ki, cismən aramızda yoxdur, amma  işıqlı xatirəsi  həmişə mənimlədir. Hərdən düşünürəm ki, belə bir insanı unutmaq olarmı? O dahi şəxsiyyət  həyatımda, əmək fəaliyyətimdə elə silinməz izlər buraxıb ki, onları xatırlamamaq, yaxud unutmaq mümkün deyil. Onunla ilk tanışlığım 1976-cı ildə olub. Bakıya qabaqcılların respublika müşavirəsinə getmişdim. Müşavirə Lenin Sarayında (indiki Heydər Əliyev Sarayı) keçirilirdi. Fasilədə foyedə toplaşan insanların yanına gələn rəhbər bizimlə görüşdü, hər kəslə ayrıca hal-əhval tutdu. Növbə mənə çatanda yaxamdakı deputat nişanına işarə edərək soruşdu ki, işlər necə gedir? Düzü, çox utandım, onsuz da xarakter etibarilə utancaq bir qədər çəkingən adamam. Respublika rəhbərinin  çox ciddi şəkildə işlərim haqda soruşması məndə böyük həyəcan yaratdı. Deyəsən, həyəcanımı anladı. Bu dəfə gülümsəyərək harda işlədiyimi, hansı rayondan  gəldiyimi soruşdu. Mən onun üzündəki xoş təbəssümdən cəsarətlənib özüm haqqında məlumat verəndən sonra "yaxın zamanda Tovuza gələcəm, şəxsən sənin işlədiyin sahələrə baxacam, görüm necə işləyirsən" deyə xoş sima sərgiləyərək digər müşavirə iştirakçıları ilə söhbət etməyə, suallar verməyə başladı. Onu da deyim ki, həmin görüşdə Ulu Öndər bizimlə şəkil çəkdirdi. Heyif ki, hansısa qəzetin fotoqrafının çəkdiyi həmin  şəkildən məndə yoxdur.

Heydər Əliyevi o zamana kimi yalnız televiziyadan, qəzet səhifələrindən görmüşdüm. Mənə olduqca ciddi, zabitəli, hökmlü bir insan təsiri bağışlamışdı. Amma yaxından izləyəndə anladım ki, respublika başçısı çox sadə, zarafatcıl, səmimi bir insandır. İlk dəfə üzündə gördüyüm o xoş təbəssüm hələ yaddaşımdan silinməyib.

Bir neçə ay sonra Ulu Öndər, dediyi kimi, rayonumuza səfər etdi. Bizim kəndə gəldi, sovxozun üzüm plantasiyalarını gəzdi. Mənim işlədiyim briqadanın  70 hektarlıq sahəsi ilə yaxından tanış oldu.  Sentyabr ayı idi, artıq üzüm yetişmişdi,  budaqlardan sapsarı  salxımlar sallanırdı, yaxın günlərdə yığıma başlayacaqdıq.  Briqadamız  beş hektarlıq sahədə  irigiləli "Kardinal"  sortu deyilən  süfrə üzümü yetişdirirdi. Xatırlayıram ki, Heydər Əliyev salxımlardan birini əlinə götürüb heyrətlə " qədər böyükdür" deyərək gilələrdən birini qoparıb yedi. Həmin gün kəndimizdə yeni artezian quyusunun qırmızı lentini Heydər Əliyev kəsdi. Çıxış etdikdən sonra  Ulu Öndər mənə xalça tozsoran hədiyyə etdi.

Uzun illərdir həmin xalça evimin ən dəyərli əşyası kimi qorunur. Sonralar mən  Ulu Öndəri  Ali Sovetin iclaslarında görürdüm, fürsət düşəndə yaxınlaşıb görüşürdüm. hər dəfə sanki onu yenidən kəşf edirdim. O, bir möcüzə idi. Heydər Əliyev dünyadan köç edən gün həyatımın ən acı günü oldu. Həmin hiss qəlbimdən yaddaşımdan yalnız mən dünyadan gedəndə silinəcək.

 

Züleyxa ƏLİYEVA,

Azərbaycan.-2024.- 10 may, ¹ 96.- S.12.