Moskvada
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci
ildönümünə həsr
edilmiş tədbir keçirilib
Azərbaycanın Rusiyadakı
səfirliyi Heydər Əliyev Fondunun Moskvadakı nümayəndəliyi
ilə birgə Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci
ildönümünə həsr
olunmuş xatirə gecəsi təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə
Dövlət Dumasının
deputatları, diplomatik
nümayəndəliklərin rəhbərləri, Rusiyanın
tanınmış ictimai
xadimləri, Heydər
Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin
əməkdaşları, Rusiyanın
Azərbaycanlı Gənclər
Birliyinin (RAGB) fəalları
və Azərbaycan diasporunun görkəmli nümayəndələri iştirak
ediblər.
Tədbirin qonaqları
1984-cü ildə Baykal-Amur
Magistralına səfəri
zamanı Heydər Əliyevi müşayiət
edən "Vostoçno-Sibirskaya
Pravda" qəzetinin
əməkdaşı Valeri
Karasyovun çəkdiyi
fotolardan ibarət sərgi ilə tanış olublar. Ust-Kutdan Sakit okeana qədər bütün yolboyu Karasyov Ulu Öndər
Heydər Əliyevin
BAM-ın yerli rəhbərliyi və qəhrəmanları ilə
görüşlərini lentə
alıb. Həmin səfərdən bəhs
edən fotomaterialları
- 1600 şəkli - fotomüxbir
Azərbaycanın Rusiyadakı
səfirliyinə hədiyyə
edib. Bu fotoşəkillərin bir
hissəsi tədbirdə
təqdim edilib.
Tədbiri açan
Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə
xüsusi nümayəndəsi
Mixail Şvıdkoy qeyd edib ki,
Azərbaycan xalqının
böyük oğlu Heydər Əliyev
1990-cı illərin birinci
yarısında baş
vermiş iğtişaşlar
dövründə ölkəni
xilas edib.
"O, bütün Sovet
İttifaqı üçün
çox işlər görüb. Onun SSRİ hökuməti sədrinin birinci müavini, ondan əvvəl Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, sonra isə
ölkə lideri kimi fəaliyyəti çox böyük əhəmiyyət kəsb
edirdi", - deyə Şvıdkoy bildirib.
"Mən bu gün onun formalaşmasının
bəzi mərhələlərini
və əlbəttə
ki, Naxçıvan Məclisinin sədri olduğu zaman onun Naxçıvana qayıtması, Azərbaycanın
dağıldığı bir vəziyyətdə necə siyasət qurması, ölkədə
baş verən üsyanlara necə müqavimət göstərməsini
izlədim, oxudum, xatırladım. Bu, onun böyük daxili gücündən və bütün bunların nə üçün edildiyini dərk etməsindən xəbər verir. Bu isə Azərbaycanın
çiçəklənməsi naminə edilirdi. Əsası Heydər Əlirza oğlu tərəfindən qoyulan
işlər bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
gerçəkləşdirilir", - deyə Şvıdkoy qeyd edib.
O əlavə edib
ki, müasir Azərbaycan öz ölkəsinin maraqlarına
uyğun müstəqil
siyasət aparır.
"Bu da Heydər Əliyevin düzgün təməl qoyduğunun təsdiqidir",
- deyə Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi
vurğulayıb.
Rusiya Liberal Demokrat Partiyasının sədri, Dövlət Dumasının deputatı
Leonid Slutski çıxışında müasir
Azərbaycan dövlətinin
banisi Heydər Əliyevin xatirəsinin Rusiyada da dərin
ehtiramla anıldığını
qeyd edib.
"Heydər Əlirza
oğlu iqtisadiyyatın
ən mühüm, elmtutumlu sahələrinə
nəzarət etməklə
Sovet İttifaqındakı
yüksək dövlət
postunda da çox işlər görüb. Bu günlərdə 50 illiyini
qeyd etdiyimiz Baykal-Amur Magistralının
tikintisi Heydər Əliyevin adı ilə ayrılmaz şəkildə bağlıdır.
Prezident İlham Əliyevin bu yaxınlarda Moskvaya səfəri, o cümlədən
BAM-ın 50 illiyi münasibətilə keçirilən
bayramlarla bağlı
olub", - deyə Slutski bildirib.
Siyasətçi vurğulayıb
ki, bu gün
Azərbaycan Prezidenti İlham Əliyev dahi atasının işini layiqincə davam etdirir. "Azərbaycan postsovet məkanında ən çiçəklənən, sabit iqtisadiyyatı olan ölkəyə çevrilib. Yoxsulluqla mübarizə proqramı uğurla icra edilib, Azərbaycan enerji nöqteyi-nəzərdən
müstəqil dövlətə
çevrilib", - deyə
o, əlavə edib.
"Dahi atasının
ən vacib nəsihətlərindən birini
yerinə yetirən İlham Heydər oğlu Qarabağı azad edib. Bu,
Heydər Əlirza oğlunun rəhbərliyi
ilə, indiki Prezident İlham Heydər oğlu Əliyevin rəhbərliyi
ilə Azərbaycan xalqının bütün
bu illər ərzində nail olmaq istədiyi nəticə, bütün
bu postsovet illərinin müqəddəs
və nəcib yekunudur", - deyə Slutski bildirib.
Deputat qeyd edib ki, Azərbaycan
bu gün Rusiyanın ən etibarlı tərəfdaşıdır.
"Heydər Əliyev
Azərbaycan ilə Rusiya arasında konstruktiv, çoxşaxəli
qarşılıqlı fəaliyyətin
əsasını qoyub.
Azərbaycan ən yaxın vaxtlarda hələ böyük uğurlara nail olacaq. O, artıq böyük nailiyyətlər
əldə edib. Bu, Azərbaycan xalqının davamlı, əziyyətli əməyinin
nəticəsidir. Mən
qardaş Azərbaycan
xalqına, Azərbaycanın
Prezidenti İlham Əliyevə davamlı firavanlıq arzu edirəm", - deyə Slutski vurğulayıb.
Mərasimdə TASS informasiya
agentliyinin baş direktorunun birinci müavini, Rusiya Federasiyasının Əməkdar
jurnalisti Mixail Qusmanın "İlham Əliyev. And: 20 il sonra" sənədli filmi nümayiş olunub.
Tədbir konsert
proqramı ilə davam etdirilib.
Azərbaycan.-2024.-
10 may, № 96.- S.14.