Heydər Əliyev Fondu Samuxda körpələr evi-uşaq bağçası inşa etdirib

 

Heydər Əliyev Fondu tərəfindən Samux şəhərində 80 yerlik uşaq bağçasıkörpələr evi inşa etdirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Heydər Əliyev Fondunun əməkdaşı Cəmil Əliyev, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev və təhsil işçiləri uşaq bağçasının açılışında iştirak edib, burada yaradılan şəraitlə tanış olublar.

İkimərtəbəli bir korpusdan ibarət bağça zəruri mebel və avadanlıqla təchiz edilib. Binada metodika otağı, oyun zalı, yeməkxanalar, yataq otaqları, həkim otağı, musiqi idman zalları s. yaradılıb.

Bağçanın həyətyanı ərazisində abadlıq yaşıllaşdırma işləri aparılıb, oyun meydançası salınıb.

 

Azərbaycan.-2024.- 10 may, № 96.- S.14.