Mədəniyyətlərarası dialoqda turizmin mühüm rolu var

 

 

Ölkəmizin paytaxtı dünyanı təhdid edən çox ciddi problemlərin müzakirə olunduğu həlli istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi yollarının müəyyənləşdirildiyi beynəlxalq platformaya çevrilib. Bakı Konqres Mərkəzində keçirilən "Sülh qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da bu mənada əhəmiyyətli oldu.

Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı ICESCO-nun tərəfdaşlığı ilə keçirilən tədbirdə 100-dən çox ölkəni 700 mötəbər qonaq təmsil etdi. Dialoq vasitəsilə sülh qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün mayın 1-dən 3-dək ölkəmizdə bir araya gələn yüksəksəviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər müxtəlif etnik mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar tərəfdaşlığın möhkəmləndirilməsi, mədəniyyətlərarası dialoq çərçivəsində mühüm aktual məsələlərin təşviqi üçün fikirlərini bölüşdülər.

"Sülh qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bu beynəlxalq tədbirin əhəmiyyətini vurğuladı: "Dünya VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna toplaşdığı zaman biz gələcəyimizi öz əllərimizdə saxlayırıq. Burada - Bakının mərkəzində bizim dünyanın gələcəyinə təsir etmək fürsətimiz var. Bu, ümid, anlaşma dirçəlmə gətirə biləcək dinlərarası dialoq dünyasıdır. Burada dayanıqlı inkişaf, təhsil turizm bizi bir-birimizə yaxın edir. Burada sosial media süni intellekt bəşəriyyəti parçalamır, birləşdirir. Bakı COP29 Sammitinə evsahibliyi edəcəyi vaxtda biz iqlim dəyişmələrinin yaratdığı çətinliyi aradan qaldırmaq üçün millətlərin bir araya gələcəyi dünyanı formalaşdırmaq istəyirik".

Üç gün davam edən forum çərçivəsində təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, qanunsuz miqrasiya digər sahələri əhatə edən  plenar sessiyalar panel müzakirələr keçirildi. Müzakirəyə çıxarılan mühüm mövzulardan biri turizm oldu. Belə ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 2-də "Turizm insanları birləşdirən mədəniyyətlərarası dialoqu təşviq edən alət kimi" adlı panel sessiya təşkil olundu.

Sözügedən sessiyada çıxış edən Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev COVID pandemiyasından sonra bu il ölkəmizdə turizm sahəsinin tam bərpasına nail olunduğunu, xarici turistlərin sayında xeyli artım qeydə alındığını diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycanda turizm sahəsinin inkişafına böyük diqqət yetirilir. Azərbaycanın turizm potensialı yüksəkdir: "Həmçinin turizm insanları birləşdirmək imkanı yaradır. Bütün dünya üzrə turistlərin sayının artmasını nəzərə alaraq, fərqli mədəniyyətlərə malik insanlar davamlı şəkildə mübadilə edirlər. Turizm mədəniyyətlərarası dialoqun inkişafında mühüm rol oynayır".

"Turizm insanları birləşdirən mədəniyyətlərarası dialoqu təşviq edən alət kimi" adlı panel sessiyasında çıxış edən BMT-nin Dünya Turizm Təşkilatının icraçı direktoru Zoritsa Uroseviç Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun çox yüksək səviyyədə təşkil olunduğunu vurğuladı. Qeyd etdi ki, forum vasitəsilə mədəniyyətlərarası dialoqa təsir göstərə bilirik: "Turizmin gəlir yerlərinin yaradılmasında rolu məlumdur. Daha aydın desək, yerlərinin 10 faizi məhz turizmlə bağlıdır. Dünyada 2023-cü ildə 1 trilyondan çox turist qeydə alınıb. Bu, kifayət qədər böyük rəqəmdir. Bu mənada, turizmin daxili beynəlxalq dialoqa necə şərait yaratdığını görürük".

Sarayevo Şəhər Şurasının sədri Yasmin Ademoviç turizmlə bağlı gənclərdə ortaq fikrin çox olduğunu dedi. Gənclərə turizmlə bağlı daha çox məlumat verilməsinin vacibliyini nəzərə çatdırdı.

"Songa Africa"nın təsisçisi Roset Şantal öz çıxışında Ruandanın turizmin bərpası baxımından yaxşı nümunə olduğunu söylədi: "Bu ölkə kiçikdir hazırda bərpa olunur. Turizmin bu baxımdan böyük rolu var. Ölkəmizdə yoxsulluğun aradan qaldırılması statusunu yaxşılaşdırmaq üçün turizmi inkişaf etdirdik. Yenidənbərpa üçün turizm əsas şərtdir. Bu da sülh olmadan mümkün deyil".

Dünyada son zamanlarda gənclərin ciddi çağırışlarla üzləşdiyini qeyd edən turizm sektorunda gənclər istedadların inkişafı üzrə ekspert Lusi Qarner onların  fikirlərini dinləyib dəyərləndirməyin gərəkli olduğuna diqqəti çəkdi. Bildirdi ki, əsas məqsəd müxtəlif dinə mədəniyyətə mənsub olan gənclərin ünsiyyətinə şərait yaratmaq olmalıdır: "Bunun üçün birgə layihələrin həyata keçirilməsi əsas şərtdir. Düşünürəm ki, mədəniyyətlərarası dialoq bu baxımdan böyük təsir göstərəcək".

Turizmin inkişaf etdirilməsinin vacibliyindən söz açan Dünya Turizm Etikası Komitəsi sədrinin icraçısı Daniela Otero bu sahənin inkişafı üçün belə forumların keçirilməsinin əhəmiyyətini qeyd etdi.

Çıxışında turizm sahəsində icmalara dəstək göstərən layihələrin vacibliyindən bəhs edən "Get up and go Colombia"nın həmtəsisçisi direktoru Migel Karvaxal bununla bağlı mərkəzlərin daha çox qurulmalı, həmin yerlərdə insanlara turizmlə bağlı məlumatların verilməli olduğunu vurğuladı: "Düşünürəm ki, bütün ölkələrdə bu cür yerlər olmalıdır. Çünki həqiqətən , turizm çox vacib sahədir".

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2024.- 10 may, № 96.- S.20.