Makron
Fransanı nüfuzdan
salıb
"Neokolonializm siyasətini
davam etdirən Fransa müstəmləkəsində
olan xalqların hüquqlarına hörmət
etmir. Özünün
dünyadakı hegemonluğunu
təmin etmək məqsədilə yeni müstəmləkəçilik strategiyaları həyata keçirir. Bununla yanaşı, Paris onun cinayətkar əməllərini
ifşa edən Bakıya qarşı açıq düşmənçilik
sərgiləməkdən də
çəkinmir".
Bu fikirləri
"Azərbaycan" qəzetinə
açıqlamasında Milli
Məclisin deputatı
Məlahət İbrahimqızı
deyib. Deputat söyləyib ki, Fransanın Azərbaycana qarşı riyakarlıq üzərində qurulmuş
oyunları bu ölkənin çirkin niyyətlərindən xəbər
verir: "Müstəmləkələri
üzərində hegemonluğunu
itirmək üzrə
olan Paris Cənubi Qafqazda hərbi mövcudluğa nail olmaq istəyir. Bu məqsədlə ölkəmizə qarşı
apardığı "qara
piar" kampaniyalarını
davam etdirir, ermənidən daha çox ermənilik edir. Təbii
ki, bu ssenaridə əsas rolu Fransa prezidenti Emmanuel Makron oynayır. Hər addımında Azərbaycana və Türkiyəyə qarşı
əsassız iddialarla
çıxış edən
Makronun komandasının
üzvləri riyakarlıq
göstərməkdə heç
də ondan geri qalmırlar".
Deputat Fransanın
"ölmüş" kolonializmə
nəfəs vermək
cəhdlərini beynəlxalq
münasibətlər sistemi
üçün təhlükəli
hesab edir. Müsahibimiz bildirir ki, Makron hakimiyyətinin bu cəhdləri Parisi nüfuzdan salır, dünya ictimaiyyətinin fransızlara inamını
azaldır. "Makron əsassız planlarını
reallaşdırmağa cəhd
etməklə birbaşa
Fransa dövlətçiliyinə zərbə vurur. Ölkəsinin daxili problemlərini həll etmək əvəzinə,
özünə aiddiyəti
olmayan qlobal məsələlərə münasibət
bildirir, hətta müharibə cinayətlərinə
haqq qazandırır. Hər addımda beynəlxalq hüququn
norma və prinsiplərini
pozan Makron Fransası bu gün böyük uçurumun kənarındadır",
- deyə deputat qeyd edib.
Məlahət İbrahimqızı həmçinin
onu da deyib ki, Fransanın Cənubi Qafqazla bağlı siyasəti kökündən
yanlışdır. Makron
Fransası regiondakı
mövcud reallıqları
düzgün qiymətləndirmir,
Azərbaycanın yaratdığı
reallıqları qəbul
etmək istəmir:
"Azərbaycana təzyiq
göstərmək üçün
müxtəlif "qərarlar"
qəbul edərək,
müstəmləkə siyasətini
Cənubi Qafqaza da yeritməyə çalışır.
Beynəlxalq təşkilatlarda ölkəmiz əleyhinə qətnamələrin
qəbul olunması üçün dəridən-qabıqdan
çıxan rəsmi Paris, bu azmış kimi, Ermənistanı
silahlandırır. Lakin unudur ki, bu addımları Fransanı
regionumuzdan daha da uzaqlaşdırır, ölkəmizə
qarşı məkrli siyasət yürütməklə Mərkəzi
Asiya ölkələri ilə əlaqə qurmaq
imkanlarını da itirir".
Deputat Fransa kimi bəzi
dövlətlərin və təşkilatların Azərbaycanla
təhdid dili ilə danışmağının da
mümkünsüzlüyünü vurğulayıb. Müsahibimiz deyib ki, bu cür
addımlar heç bir təsir imkanlarına malik deyil. Prezident
İlham Əliyev də dəfələrlə bəyan edib
ki, "Azərbaycanla kimsə təhdid, şantaj dili ilə
danışa bilməz".
N.QAFARZADƏ,
Azərbaycan.-2024.-
10 may, № 96.- S.20.