COP29-un şüarı: "Yaşıl dünya naminə həmrəy olaq!"

 

 

2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması təkcə ölkəmizə deyil, əslində, bütün dünyaya qlobal çağırışdır. Çünki məqsəd gələcəkdə iqtisadi demoqrafik artımdan  ətraf mühitə dəyə biləcək zərərlərin azaldılması sağlam həyat konsepsiyasının yaradılmasıdır. Ətraf mühitin çirklənməsinin  qarşısını  almağın  yolları isə əsasən, dünyanın  "yaşıllaşdırılması"ndan keçir.

Bəşəriyyəti təhdid edən iqlim dəyişikliyi həm ekosistemi çökdürür, həm insanın sonunu yaxınlaşdırır. Elə bir gün yoxdur ki, dünyanın hansısa yerində  insanları vahiməyə salan, qorxudan, ağır fəsadlar verən təbii fəlakət baş verməsin. Dəhşətli  faciələrə yol açan kataklizmlər problemə daha ciddi yanaşmağı tələb edir. Qasırğaların, daşqınların, zəlzələlərin az qala adi hal aldığı bir zamanda təbii ki, dünya ölkələri, beynəlxalq qurumlar ictimai təşkilatlar qollarını çırmayıb əməli işə keçməlidirlər. 1994-cü ildən fəaliyyətə başlayan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyası  (COP) hər il bu kataklizmlərin qarşısını almağın yollarını müzakirə edir. COP üzvləri olan ölkələrin hər biri həmin istiqamətdə  "yaşıl dünya"ya öz  töhfəsini verməyə çalışır.  Bu baxımdan, Azərbaycan dünyada gedən iqlim dəyişikliyi proseslərinə ən həssas şəkildə yanaşan azsaylı ölkələrdəndir. 

Ona görə azsaylı deyirik ki, ölkəmiz COP səviyyəsində, eləcə   qlobal müstəvidə ekosistemi əhatə edən  digər müzakirələrdəki çağırışlara öz əməli işi ilə cavab verir. Bu, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafına dair 5 milli prioritetindən birinin "Təmiz ətraf mühit yaşıl artım ölkəsi" kimi müəyyənləşdirdiyi rəsmi səviyyədə qəbul olunub. Həmin prioritetə uyğun olaraq ölkəmizdə artıq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası artırılması, su ehtiyatlarından, həmçinin dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin gerçəkləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə başlanılıb.  Təkcə "Yaşıl dünya naminə həmrəylik ili"ndə deyil, ötən illərdən üzübəri iqlim dəyişmələrinin  fəsadları ilə mübarizədə öz hədəflərini müəyyənləşdirib. Dünyanın bir parçası olan Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı məsuliyyətli üzvü kimi, əsasən, 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfə alıb.  Bundan başqa, işğaldan azad edilən Qarabağ Şərqi Zəngəzuru, eləcə Naxçıvan Muxtar Respublikasını "yaşıl enerji zonası" elan edib.

Azərbaycanın xüsusilə son 30 ildə işğal altında olan torpaqlarında ekosistem dağıdılmış, ətraf mühit müxtəlif  çirklənmələrə məruz qalmışdır. İşğal dövründə həmin ərazilərdə su mənbələrindən kortəbii istifadə, meşə qiymətli ağac növlərinin kütləvi məhv edilməsi, fauna-flora balansının pozulması  ölkəmizə yüz milyonlarla dollar həcmində ekoloji ziyan vurub. Hələ onu demirik ki, Qarabağ Şərqi Zəngəzurda mina təhdidi davam edir. Bütün bunlara görə Azərbaycan ətraf mühitin  həddən çox çirklənməyə məruz qalan  azsaylı ölkələrdən sayılır. Odur ki, sadalanan sadalanmayan fəsadları aradan qaldırmaq üçün "yaşıl enerji"yə keçid "yaşıl iqtisadiyyat"ın gündəliyində dayanan vacib faktor kimi dünyanın diqqətini cəlb edir. "Yaşıl enerji"nin işığını artırmaq üçün  COP29-a hazırlıq prosesində  "yaşıl dünya"ya açılacaq qapının şüarı  "Yaşıl dünya naminə həmrəy olaq!" seçilib.

Qeyd edək ki, bu fakt COP29-un  keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin  bir neçə gün əvvəl keçirilən üçüncü iclasında açıqlanıb. Əvvəlki iki iclasda olduğu kimi, bu yığıncaqda da Prezident Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev COP29-un Liderlər Sammitinin Bakı Olimpiya Stadionunda  keçiriləcəyini, hazırda stadionda ətrafında layihələndirmə digər hazırlıq işlərinin aparıldığını vurğulayıb. Tədbirdə iştirakla bağlı  Prezident İlham Əliyevin adından BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına tərəf ölkələrin dövlət hökumət başçılarına dəvət məktublarının göndərildiyini qeyd edib. Dövlət başçısının "COP29 Azərbaycan üçün yaşıl baxış" adlı beynəlxalq forumda, Petersberq İqlim Dialoqunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda COP29 iqlim dəyişikliyi məsələləri ilə bağlı ölkəmizin mövqeyini əks etdirən əsas istiqamətlərə dair məlumat verdiyini bildirib. "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar Azərbaycanda görülmüş işlər barədə məlumat verən Təşkilat Komitəsinin sədri ölkəmizin Dünya Bankının Vaşinqton yaz sessiyası Petersberq İqlim Dialoqu da daxil olmaqla iqlim dəyişmələri sahəsində təşkil edilən mühüm beynəlxalq tədbirlərdə fəal surətdə iştirak etdiyini bildirib iyun ayında keçiriləcək Bonn iqlim dəyişikliyi konfransına ciddi hazırlıq işlərinin aparılmasının vacibliyini söyləyib. Yığıncaqda COP29 komandasının xarici ölkələrə səfərləri çərçivəsində keçirilən görüşlər,  hazırlıq prosesində təşkilati-logistika sahəsində görülən işlərdən söz açılıb. İqlim dəyişmələrinə qarşı fəaliyyət zamanı innovasiya smart texnologiyalara geniş yer verilməsi, COP29-da iştirak edəcək şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, vətəndaş cəmiyyətinin rolu ekologiya ilə bağlı QHT-lərin tədbirdə iştirakının təmin olunması da diqqətə çatdırılıb.

COP29-un hazırlıq prosesi onu deməyə əsas verir ki, qarşıdakı illərdə yaradılacaq "yaşıl dünya"ya Azərbaycan özünün möhürünü vuracaq. Bunu  Prezident İlham Əliyevin çıxışlarının birində  söylədiyi  fikrə söykənərək yazırıq: "Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə özünü göstərəcəkdir dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz "yaşıl enerji" ilə bağlıdır. "Yaşıl enerji" növlərinin yaradılması "yaşıl enerji"nin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır bütün dünya bunu bir daha görəcək".

 

Züleyxa ƏLİYEVA,

Azərbaycan.-2024.- 10 may, ¹ 96.- S.23.