Dağıdılmış
məscidlərin yerində yeni məscidlər inşa edilir
Prezident
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul
edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 11-də
Şuşada ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd
əl-Maliki qəbul edib.
AZƏRTAC xəbər
verir ki, görüşdə Şuşada keçirilən
VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının əhəmiyyəti
qeyd olundu.
Söhbət
zamanı bundan əvvəl keçirilən görüşlər
məmnunluqla xatırlandı.
ICESCO-nun
Baş direktoru Şuşaya budəfəki səfərində
burada çox böyük inkişaf proseslərinin və dəyişikliklərin
şahidi olduğunu bildirdi, işğal zamanı ermənilər
tərəfindən tamamilə dağıdılmış məscidlərin
yerində yeni məscidlərin inşa edilməsinin İslam
dininin dəyərlərinin qorunması baxımından əhəmiyyətini
vurğuladı.
Görüşdə
işğaldan azad edilmiş ərazilərdə böyük
bərpa və yenidənqurma işlərinin getdiyi məmnunluqla
qeyd olundu.
ICESCO ilə
Azərbaycan arasında uğurlu əməkdaşlığın
həyata keçirildiyi bildirildi, əlaqələrimizin bundan
sonra da genişlənəcəyinə əminlik ifadə
olundu və perspektivlər barədə fikir mübadiləsi
aparıldı.
ICESCO-nun
Baş direktoru Prezident İlham Əliyevə xatirə hədiyyəsi
təqdim etdi.
Azərbaycan.-2024.-
12 may, № 98.- S.1.