Baş
Nazir Əli Əsədov Mixail Mişustini yenidən Rusiya
Hökumətinin sədri vəzifəsinə təyin
olunması münasibətilə təbrik edib
Azərbaycan
Respublikasının Baş naziri Əli Əsədov Mixail
Mişustini Rusiya Federasiyası Hökumətinin sədri vəzifəsinə
təyin olunması münasibətilə təbrik edib.
Ə.Əsədov
təbrikində M.Mişustinin Azərbaycan Respublikası ilə
Rusiya Federasiyası arasında dostluq, mehriban qonşuluq və
qarşılıqlı hörmət ənənələrinə
əsaslanan çoxşaxəli münasibətlərin
möhkəmlənməsinə verdiyi töhfəni qeyd edib.
M.Mişustinin
rəhbərlik etdiyi hökumətin fəaliyyətinin bundan
sonra da Azərbaycan ilə Rusiya arasında
qarşılıqlı faydalı əməkdaşlığın
qurulmasına və strateji tərəfdaşlığın dərinləşməsinə
töhfə verəcəyinə əminlik ifadə olunub.
Azərbaycan.-2024.-
12 may, № 98.- S.5.