Milli Məclisin sədri Sahibə Qafarova Millətlər Birliyinin Baş katibinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

 

 

Milli Məclisin sədri Sahibə Qafarova Millətlər Birliyinin Baş katibi Patrisiya Skotlendin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə qeyd olunub ki, Azərbaycanın Birlik üzvləri ilə ikitərəfli əlaqələri var. Bu səfərin Azərbaycan ilə Birlik arasında da səmərəli əməkdaşlığın qurulması üçün yaxşı fürsət yaradacağına ümid ifadə olunub.

Söhbət zamanı qeyd edilib ki, Millətlər Birliyinə üzv ölkələrin əksəriyyəti Qoşulmama Hərəkatının üzvləridir. Spiker Sahibə Qafarova Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının həyata keçirdiyi tədbirlərin təşkilatın nüfuzunun daha da artmasına üzv dövlətlər arasında əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə töhfələr verdiyini bildirib. Qeyd olunub ki, Azərbaycan sədrliyi dövründə Qoşulmama Hərəkatına üzv olan ölkələrin ehtiyaclarına həmişə xüsusi diqqət yetirib.

Milli Məclisin sədri Sahibə Qafarova qonaqlara Hərəkatın Parlament Şəbəkəsinin yaradılması haqqında məlumat verib. O, 2021-ci ildə keçirilmiş təsis iclasından bəri Parlament Şəbəkəsinin böyüməyə sıralarına yeni üzvləri qəbul etməyə davam etdiyini, bu gün Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentlərinin yarıdan çoxunun Şəbəkədə təmsil olunduğunu bildirib.

Patrisiya Skotlend Azərbaycanın Hərəkata sədrliyi dövründə ölkəmizin təşəbbüsü ilə həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək, vurğulayıb ki, Azərbaycanın sədrliyi kiçik dövlətlərin səslərinin eşidilməsi üçün yaxşı imkanlar yaradıb.

Sahibə Qafarova qonaqlara Azərbaycan Milli Məclisi, parlamentin beynəlxalq  fəaliyyəti haqqında da məlumat verib.

Söhbət zamanı Patrisiya Skotlendin həm Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü olduğu qeyd edilib, Azərbaycanın Birləşmiş Krallıqla əlaqələrə böyük əhəmiyyət verdiyi, bu əlaqələrin ikitərəfli əməkdaşlığın müxtəlif sahələrində dinamik şəkildə inkişaf etdiyi diqqətə çatdırılıb.

Görüşdə bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 haqqında da müzakirələr aparılıb. Spiker Sahibə Qafarova deyib ki, hazırda iqlim dəyişikliyi diqqət yetirilməsi ən önəmli təcili çağırışlardan biridir. Bu, qlobal cavab tədbirləri birgə səylər tələb edən bir çağırışdır. Azərbaycanın bu mühüm beynəlxalq tədbirə ev sahibliyi etməsi ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə təkcə milli deyil, həm regional qlobal miqyasda göstərdiyi səylərin tanınmasının bariz nümunəsidir. O, diqqətə çatdırıb ki, COP29 çərçivəsində Azərbaycan Milli Məclisi Parlamentlərarası İttifaq ilə birlikdə Parlament İclası təşkil etməyi planlaşdırır ki, bu görüş çoxtərəfli iqlim fəaliyyətinə parlament töhfəsi olacaq.

Millətlər Birliyinin Baş katibi Azərbaycanı ev sahibliyi münasibətilə təbrik edərək, ölkəmizin təşkilatçılığı ilə bu tədbirin yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.-2024.- 12 may, № 98.- S.5.