Almatıda
Azərbaycanın və
Ermənistanın xarici
işlər nazirləri
arasında danışıqlar
aparılıb
Mayın 10-11-də Qazaxıstanın
Almatı şəhərində
Azərbaycanın xarici
işlər naziri Ceyhun Bayramov ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan
arasında danışıqlar
aparılıb.
Xarici
İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildirilib ki, nazirlər delimitasiya üzrə irəliləyişi
və bununla bağlı əldə edilmiş
razılaşmaları alqışlayıblar. Nazirlər və onların nümayəndə
heyətləri “Azərbaycan
və Ermənistan arasında sülhün və dövlətlərarası
münasibətlərin təsis
edilməsi haqqında
ikitərəfli Saziş”
layihəsinin müddəalarının
müzakirəsini davam
etdiriblər. Tərəflər
hələ də fikir ayrılıqlarının
mövcud olduğu açıq qalan məsələlər üzrə
danışıqları davam
etdirməyə razılaşıblar.
Səfər çərçivəsində
nazirlər Qazaxıstanın
Baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleu ilə
ayrı-ayrılıqda ikitərəfli,
o cümlədən üçtərəfli
formatda görüşüblər.
Nazir Ceyhun Bayramov Azərbaycan ilə Ermənistan arasında danışıqlara
ev sahibliyi etdiyinə görə Qazaxıstan tərəfinə
minnətdarlığını bildirib.
Azərbaycan.-2024.-
12 may, № 98.- S.5.