"İlham Əliyevin cəsarətli baxışına çox gözəl bələdəm"

 

 

Bolqarıstan Prezidenti Rumen Radev: "O, Azərbaycanı dinamik şəkildə inkişaf etdirmək əzmindədir"

 

 

 

Son illərdə Mərkəzi Şərqi Avropa ölkələri ilə ikitərəfli çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir. Eləcə bir çox Qərb ölkələri Avropanın enerji təminatında getdikcə daha mühüm rol oynayan Azərbaycanla əməkdaşlıqlarını daha da dərinləşdirməkdə maraqlıdırlar. Bu ölkələrdən biri Bolqarıstandır. 

İki dost ölkə arasında münasibətlər hər zaman yüksək səviyyədə olub müsbət dinamikası ilə seçilib. Mayın 8-də Bolqarıstan Prezidenti Rumen Radevin ölkəmizə səfəri, Prezident İlham Əliyevlə aparılan danışıqlar, imzalanan sənədlər, dövlət başçılarının bəyanatları isə onu deməyə əsas verdi ki, strateji tərəfdaşlıq getdikcə daha da güclənir.

 

 

 

32 illik uğurlu diplomatik münasibətlər

 

 

 

Azərbaycan Bolqarıstan arasında əlaqələrin zəngin tarixi var. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyunun 5-də qurulub. 1999-cu ilin dekabrında Bolqarıstanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. 16 aprel 2004-cü ildə Prezident İlham Əliyev Bolqarıstanda Azərbaycan səfirliyinin açılması haqqında sərəncam imzalayıb. 2005-ci ildə Azərbaycanın Sofiyada səfirliyi fəaliyyətə başlayıb.

Qarşılıqlı hörmət etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni digər sahələrdə dinamik şəkildə inkişaf edib ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb. İki ölkə arasında 65 sənəd imzalanıb. Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda Qara dəniz regionunda prioritet, strateji etibarlı tərəfdaş hesab edir.

İki ölkə arasında ticarət, nəqliyyat, xüsusilə yük daşımaları, sərmayələr, yüksək texnologiyalar, turizm digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur. Prezident İlham Əliyevin 2015-ci ildə paytaxt Sofiyaya rəsmi səfəri zamanı imzalanmış "Strateji tərəfdaşlıq haqqında" Birgə Bəyannamə ilə münasibətlər keyfiyyətcə daha yeni səciyyə qazanıb. Bu mühüm sənədlə tərəflər qarşılıqlı maraq doğuran sahələrdə həm ikitərəfli formatda, həm beynəlxalq aləmdə iki ölkə arasında əməkdaşlığı dərinləşdirmək genişləndirmək məqsədilə strateji tərəfdaşlığa daxil olduqlarını bəyan ediblər. Birgə Bəyannaməyə əsasən, xarici işlər nazirlərinin sədrliyi ilə Azərbaycan-Bolqarıstan Strateji Dialoqu təsis olunub.

 

 

 

153 milyon dollara çatan qarşılıqlı ticarət dövriyyəsi

 

 

 

Bu ilin birinci rübündə Azərbaycan ilə Bolqarıstan arasında qarşılıqlı ticarət dövriyyəsi təxminən 4 dəfə artaraq 153 milyon dollara çatıb.

Bolqarıstan Azərbaycan Avropa İttifaqının ümumi dəyəri 2,1 milyon avro olan iki tvininq layihəsində birgə iştirak edib ki, bu da Azərbaycanın müxtəlif istiqamətlərdə əməkdaşlığa tərəfdaşlığa sadiqliyini nümayiş etdirir.

Azərbaycanın Bolqarıstana ixracı da 4 dəfədən çox artaraq 146 milyon dollar təşkil edib. Dövlətlərimiz arasındakı əməkdaşlıq ənənəvi olaraq ticarət investisiya fəaliyyətlərindən kənara çıxır. Hazırda Azərbaycanda 15 Bolqarıstan şirkəti fəaliyyət göstərir.

Mayın 8-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəmizə rəsmi səfəri iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə təkan verəcək. Səfər çərçivəsində imzalanan 4 sənəd qarşılıqlı hörmət etimada əsaslanaraq siyasi, iqtisadi, enerji, mədəni digər sahələri əhatə edən əlaqələrin sürətlə inkişaf edəcəyini söyləməyə əsas verir.

 

 

 

Azərbaycanın Bolqarıstana qaz təchizatı artır

 

 

 

Dövlət başçılarının görüşü zamanı İlham Əliyev vurğlayıb ki, hazırda Bolqarıstan Azərbaycan enerji təhlükəsizliyi məsələləri üzərində sıx şəkildə çalışır. Azərbaycanın Bolqarıstana qaz təchizatı artır. Bu il artım müşahidə ediləcək.

Mətbuata bəyanatında isə İlham Əliyev iki ölkə arasında enerji ixracından danışaraq qeyd edib ki, keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilib. 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr olub. Bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı dost ölkəyə ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir: "Yəni bu gün Azərbaycan Avropa Komissiyasının dili ilə desək, Panavropa qaz təchizatçısı kimi fəaliyyətini Avropa məkanında genişləndirir enerji təhlükəsizliyi məsələlərinin həlli üçün öz dəstəyini əsirgəmir".

Prezident həmçinin vurğulayıb ki, Bolqarıstan eyni zamanda qaz nəqli istiqamətində önəmli tranzit ölkəyə çevrilib. Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilir şübhəsiz ki, gələcəkdə bu ölkələrin sayı daha da artacaq.

 

 

 

Enerji sahəsində əməkdaşlıq daha da dərinləşir

 

 

 

Azərbaycan Prezidenti "yaşıl enerji" ixracı məsələsinə toxunub: "Bu gün biz bir layihəni müzakirə etdik, o da "yaşıl enerji" kabelidir. Bildiyiniz kimi, Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla bu istiqamətdə çox fəal aparır. Hesab edirik ki, bir neçə aydan sonra hazır olacaq texniki-iqtisadi əsaslandırma işlərin başlanması üçün gözəl zəmin olacaq. Beləliklə, Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda "yaşıl enerji" təchizatçısı kimi özünü göstərəcək".

Bolqarıstan Prezidenti Rumen Radev isə qeyd edib ki, iki ölkə arasındakı əlaqələr, liderlərin yüksək səviyyədə olan siyasi dialoqu təkcə ölkələrimizin deyil, Qafqazın Qara dəniz hövzəsinin iqtisadi firavanlığını təmin edir, həmçinin Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycan Bolqarıstan üçün enerji sahəsində mühüm, həlledici tərəfdaşa çevrilib bu ölkənin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır.

2022-ci ilin payızında Prezident Əliyevin iştirakı ilə Sofiya şəhərində Yunanıstanla Bolqarıstan arasında qaz şəbəkəsindən istifadə edilməsi mərasimini xatırlayaraq bildirib ki, bu proseslə "Cənub qaz dəhlizi" Mərkəzi Şərqi Avropaya birləşib.

Bundan sonra İlham Əliyev bir daha Bolqarıstana səfər edib orada yeni "Həmrəylik halqası" adlanan Memorandum imzalanıb. Bu layihəyə əsasən, Azərbaycan qazının Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyaya ixracı nəzərdə tutulur: "Bu da bütün regionun təhlükəsizliyi üçün vacib bir məsələdir. Biz eyni zamanda Sofiyada SOCAR-ın ofisinin birlikdə açılışını etdik. Bu da onun göstəricisi idi ki, biz enerji sahəsində əməkdaşlığı dərinləşdirmək əzmindəyik".

Prezident İlham Əliyevi artıq yeddi ildən çoxdur ki, tanıdığını söyləyən Rumen Radev vurğulayıb ki, Azərbaycanın dövlət başçısının cəsarətli baxışına şahiddir, ona çox gözəl bələddir: "İlham Əliyev Azərbaycanı dinamik şəkildə inkişaf etdirmək əzmindədir. "Yaşıl enerji" layihələri bunun bariz nümunəsidir. Bununla yanaşı, onun fəal diplomatiyası da imkan verdi ki, bu gün biz beynəlxalq səviyyədə sülh təhlükəsizlik, sabitlik haqqında danışaq. Ona görə mənə heç təəccüblü gəlmədi ki, Azərbaycan COP29 kimi olduqca mötəbər bir tədbirə ev sahibi seçildi. Biz Bolqarıstan olaraq o zaman Azərbaycanın namizədliyini qəti şəkildə dəstəklədik. Biz öz növbəmizdə institusional ekspert səviyyəsində COP29-a dəstək verməyə hazırıq".

Göründüyü kimi, Bolqarıstan Azərbaycanla hərtərəfli əməkdaşlığa böyük önəm verir. İki ölkənin təşəbbüsü ilə reallaşan enerji layihələri Avropanın enerji təchizatında mühüm rol oynayır. Prezident Rumen Radevin bu səfəri zamanı imzalanan "Azərbaycan Bolqarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə" ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə dərinləşdirilməsinə vacib töhfə verəcək.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2024.- 12 may, № 98.- S.7.