İlham Əliyev xəbərdarlığını etdi: "Həm Ermənistan, həm onun arxasında duran, onlara yalançı vədlər verən xarici dairələr bizimlə hesablaşmasalar peşman olacaqlar"

 

 

Xalqımızın əlamətdar günləri, parlaq zəfərləri təntənəli şəkildə qeyd etdiyi tarixi hadisələrdən biri mayın 10-da - Ulu Öndərin 101-ci doğum günündə Şuşada yaşandı. Prezident İlham Əliyev qala şəhərimizin əzəli sakinləri ilə doğma yurdlarında görüşərək onların qayıdış sevinclərini bölüşdü. Azərbaycanın dostlarına sevinc bəxş edən, düşmənlərinə göz dağı olan bu görüş zamanı Qalib Lider İlham Əliyev həm Qarabağın Şuşa zirvəsindən bütün dünyaya mühüm mesajlar çatdırdı, vacib ismarıclar göndərdi, sərt xəbərdarlıqlar etdi.

Prezident qətiyyətlə bildirdi ki, Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir Bakının rəyi öyrənilmədən, maraqları nəzərə alınmadan bölgədə hər hansı addımın atılması mümkünsüzdür: "Burada söz sahibi bizik, Qafqazda aparıcı dövlət bizik, iqtisadi, siyasi, hərbi, hər cəhətdən aparıcı dövlət bizik, bizimlə hər kəs hesablaşmalıdır. Həm Ermənistan, həm onun arxasında duran, onlara yalançı vədlər verən xarici dairələr bizimlə hesablaşmasalar peşman olacaqlar".

 

 

 

Bir tələblə 4 kənd qaytarılır

 

 

 

Dövlət başçısının Şuşadan bəyan etdiyi kimi, "dəmir yumruq" danışıqlar yolu ilə dalana dirənmiş münaqişəni bir həmləsi ilə çözdü. Biz illərdir dünyada davam edən bu tip münaqişələrin həlli üçün mükəmməl nümunə ortaya qoyaraq göstərdik ki, əgər münaqişələr danışıqlar yolu ilə həll edilə bilmirsə, çıxış yolu güc variantıdır bunun sayəsində sülhə nail olmaq mümkündür.

Onilliklərboyu xarici himayədarlarına güvənərək Azərbaycana qarşı işğal siyasəti yürüdən, ərazilərimizə qarşı iddiadan əl çəkmək istəməyən Ermənistan bu çirkin siyasətini 44 günlük müharibədən 23 saatlıq antiterror tədbirlərindən sonra da davam etdirməyə çalışdı. Amma Azərbaycanın qətiyyətli siyasəti, hərbi gücü qarşısında heç edə bilməyəcəyini, hətta bölgədə maraqları olan havadarlarından da ona bir kömək  olmayacağını anlayaraq Bakının təklif etdiyi sülh modelini qəbul etməyin yeganə çıxış yolu olduğunu başa düşdü.

Artıq iki ölkə vasitəçilərə ehtiyac görmədən dialoqlara başlayıb, bəzi məsələlərdə razılaşmalar əldə edilib. Birbaşa danışıqların aparılması sayəsində sülh sazişinin imzalanması ilə bağlı real müstəvidə mühüm nəticələr əldə olunub. Belə ki, artıq sərhədlərin delimitasiyası demarkasiyası prosesinə start verilib, sərhəd dirəklərinin quraşdırılmasına başlanılıb. Razılaşmaya əsasən, Qazax rayonunun işğal altında olan kəndləri - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli Qızılhacılı kəndləri azad edilir. Tarixi kəndlərimizin bir güllə atılmadan, bir itki verilmədən qaytarılması Azərbaycanın növbəti tarixi zəfəridir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin tələbi ilə hələ Vətən müharibəsi zamanı kapitulyasiyaya, məğlubiyyət aktına imza atan düşmən Ağdamı, Kəlbəcəri, Laçını bir güllə atılmadan qaytarmışdı. 

Məhz Prezident İlham Əliyevin şəxsi əzmi, siyasi qətiyyəti, sərrast diplomatik gedişləri sayəsində düşmən , ona arxa duran qüvvələr ayağımıza gəlib. Son olaraq Qazaxın kəndlərinin azad edilməsinin timsalında da aydın görünür ki, qalib lider İlham Əliyevin bir sözü belə kifayət edir ki, tələbi dərhal qeyd-şərtsiz yerinə yetirilsin.

Mayın 10-da Şuşada dövlət başçısı da vurğuladı ki, düşmənə öz yerini göstərdik bu gün düşmən bizim qarşımızda acizdir: "Bu gün təkcə bizim tələbimizlə heç bir başqa, necə deyərlər, vasitəyə əl atmadan Qazaxın dörd kəndi bizə qaytarılır. Bir tələbimlə qaytarılır, bax, belə olmalıdır".

 

 

 

Bakının iradəsindən kənar bölgədə heç bir məsələ həll oluna bilməz

 

 

 

Azərbaycan ərazilərinin 20 faizinin 30 ilə yaxın işğal altında qalması beynəlxalq ictimaiyyəti bir dəfə olsun narahat etmədi. Vasitəçi adı altında prosesdə iştirak edən ölkələr isə riyakarlıq nümayiş etdirərək Ermənistanın işğal siyasətinə dəstək verdilər. Azərbaycanın haqqını heçə saydılar. Xüsusilə Fransa bu mənfur planın həyata keçirilməsi üçün səy göstərdi.

Ölkəmizin BMT TŞ-nin qəbul etdiyi 4 qətnaməsini güc yolu ilə hərb meydanında  yerinə yetirməsini, Cənubi Qafqazda yeni reallıqlar yaratmasını həzm edə bilməyən ikili standartlı Qərb dövlətləri yenə Fransa ABŞ-nin başçılığı altında bizə qarşı qarayaxma kampaniyasına start verdilər, qərəzli beynəlxalq təşkilatlar vasitəsilə qətnamələr qəbul etməyə, ölkəmizə qarşı sanksiyaların qəbuluna çalışdılar.

İrəvan sözügedən xarici himayədarlarının fitvası, şirnikləndirici vədləri ilə 10 noyabr bəyanatının bəndlərini yerinə yetirməkdən yayınır, Qarabağdakı separatçılara dəstək verirdi. Lakin "dəmir yumruq" buna imkan vermədi   Ermənistana, dünya erməniçiliyinə sarsıdıcı zərbə endirərək Qarabağda quldur yuvasını dağıtdı. 

Azərbaycanın qazandığı qələbələr ərazisində separatizmin kökünü kəsməsi sayəsində Cənubi Qafqazda münaqişələrdən uzaq, təhlükəsiz həyat vəd edən sülh üçün münbit tarixi şərait formalaşıb. Amma bu, bölgədə müharibə ssenarisi gerçəkləşdirmək istəyən Qərb üçün barış arzuolunmaz vəziyyətdir buna görə ölkəmizin sülh təşəbbüslərinə vaxtaşırı kölgə salmaq istəyirlər. Həmçinin Ermənistana dəstək verərək, silahlandıraraq revanşa qızışdırırlar.

"Bu gün baxın bizə qarşı, kimlər, necə deyərlər, əsas rol oynayırlar - Fransa Amerika. Bunu açıq demək lazımdır, daha çox Fransa. Onlar da bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil", - deyə Şuşadakı görüş zamanı Prezident İlham Əliyev altını cızdı ki, əgər bu gün yenə görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin.

Dövlət başçısı onu da vurğuladı ki, hər kəs bilir ki, biz nəyə qadirik, ordumuz nəyə qadirdir iradəmiz qədər möhkəmdir. Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç diktə edə bilməz bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik.

 

 

 

İlham ƏLİYEV: "Mən nəyi deyirəmsə, onu da edirəm"

 

 

 

Postmünaqişə dövründə sülhə nail olunması üçün fəal həyata keçirən Azərbaycan Ermənistana təkmil sülh modeli təklif edib. Son vaxtlarda iki ölkə arasında bu istiqamətdə mühüm addımlar atılır.

Sərhədlərin delimitasiya demarkasiyasının aparılması,  eyni zamanda iki ölkə XİN rəhbərlərinin ardıcıl görüşləri sülh müqaviləsinin imzalanmasına doğru irəliləyişlərin olduğunu göstərir.

Bu faktdır ki, sülh müqaviləsinin imzalanması Ermənistanı dalan ölkə olmaqdan qurtaracaq. Nəhayət ki, Ermənistan beynəlxalq hüquqla müəyyənləşmiş sərhədləri çərçivəsində onilliklərdən sonra rahat təhlükəsiz bir şəraitdə yaşamağa başlaya bilər. Amma bu ölkə yenə xarici himayədarlarına güvənərək bu prosesdən  uzaqlaşmağa çalışsa, nəticəsi İrəvanın özü üçün çox ağır olacaq.

Necə ki, mayın 10-da Müzəffər Lider İlham Əliyev bu barədə Qarabağdan qətiyyətlə xəbərdarlığını etdi: "İkinci Qarabağ müharibəsindən sonra biz Ermənistana demişik ki, gəlin, sərhədi ədalətli müəyyən eləyək. Yox, istəmirsinizsə, onda biz deyəcəyik, harada istəyirik orada da sərhəd olacaq. Neyləyəcək, kimə zəng edəcək, lap 100 dəfə zəng etsin, nəticəsi olacaq?

...Bu bölgəyə maraq göstərənlərə bir daha demək istəyirəm ki, bizimlə hesablaşmadan burada bir addım da atılmamalıdır bundan sonra. Əminəm ki, mənim sözümü eşidirlər, bilirlər, mən nəyi deyirəmsə, onu da edirəm".

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2024.- 12 may, ¹ 98.- S.7.