Qətiyyətin təcəssümü

 

 

"Prezident İlham Əliyevin bütün çıxışları kimi, mayın 10-da Şuşadan səsləndirdiyi bəyanatlar da yaddaqalan əhəmiyyətli məqamlarla zəngin idi. Dövlət başçısı Şuşaya qayıdan ilk sakinlərə mənzillərin açarlarının təqdim edilməsi mərasimində dedi ki, biz heç vaxt müharibə istəməmişik, bu gün istəmirik. Prezident bir daha bəyan etdi ki, Qafqazda iqtisadi, siyasi, hərbi, hər cəhətdən aparıcı dövlət Azərbaycan olduğuna görə, hər kəs bizimlə hesablaşmalıdır. Bu baxımdan Prezidentin bu nitqini Şuşadan siyasi cəsarət qətiyyət nümayişi adlandırmaq olar".

Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib. Deputat bildirib ki, Prezidentin çıxışı zamanı toxunduğu məsələlər çox mühüm əhəmiyyət kəsb edir: "İlk növbədə məcburi köçkünlərin doğma yurdlarına  qayıdışı xalqımızı çox sevindirir. Biz bütün dünyaya sübut etdik ki, müharibədə qətiyyətlə qalib gəldiyimiz kimi, dinc quruculuq bərpa işlərini layiqincə sürətli şəkildə həyata keçiririk. Elə mayın 10-da Şuşaya 20 ailənin köçürülməsi bunun bariz nümunəsidir. Dövlət başçısı çıxışında qeyd etdiyi kimi, biz azad edilmiş bütün torpaqlarda genişmiqyaslı proqramları icra edirik. Prezident vurğuladı ki, "bu gün artıq Şuşa altıncı yaşayış yeridir ki, keçmiş köçkünlər buraya qayıdır". Dost ölkələrin müəyyən dəstəyinə baxmayaraq, Azərbaycanın təkbaşına reallaşdırdığı bu nəhəng işlər ölkəmizin dünyadakı nüfuzunu durmadan artırır".

Deputat qeyd edib ki, dövlət başçısının çıxışı mühüm tövsiyələr vacib mesajlarla zəngin idi: "Prezidentin Azərbaycan xalqının, igid oğullarının bu gün dillərə dastan olan qəhrəmanlığına fədakarlığına da diqqət çəkməsi xüsusilə qiymətlidir.  Azərbaycan əsgərinin Qarabağ Şərqi Zəngəzurun işğaldan azad edilməsi uğrunda sərgilədiyi qəhrəmanlığı sözlərlə ifadə etmək mümkün deyil. Təkcə Şuşada igid oğullarımızın keçilməz qayaları aşaraq düşmənə qan uddurması  faktları kifayətdir ki, xalqımızın Vətən sevgisinin qədər güclü olduğunu sübut edək. Bu məqamda Prezident İlham Əliyevin Şuşadan bəyan etdiyi fikirləri xatırlamaq yerinə düşər. "Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik" deyən dövlət başçısının bildirdiyi kimi, bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruğa dönərək birləşmişdi".

Arzu Nağıyev dövlət başçısı tərəfindən Şuşadan səsləndirilən sülh çağırışlarına da diqqət çəkib. Qeyd edib ki, Prezidentin fikirləri hazırda Azərbaycanla Ermənistan arasında sülh prosesinə mane olmaq istəyənlərə, xüsusilə revanşist qüvvələr onların havadarlarına ciddi xəbərdarlıqdır. Müsahibimizin sözlərinə görə, Azərbaycanı bütün platformalarda dünyaya mütləq şəkildə tanıtmağımız bizim uğurlu, müstəqil daxili xarici siyasətimizin bəhrəsidir. Təsadüfi deyil ki, Azərbaycan həm döyüş meydanında, həm diplomatiyada, həm informasiya müharibəsində erməni vandallarını diz çökdürdü.

Deputat yekunda vurğulayıb ki, Prezidentin bu çıxışı da əvvəlkilər kimi xüsusi əhəmiyyətə malikdir bizim yol xəritəmizdir: "Biz bu gün olduğu kimi, gələcəkdə öz daxili xarici siyasətimizi məhz bu xətt üzrə qurmağa nail olmalıyıq".

 

Nəzrin QAFARZADƏ,

Azərbaycan.-2024.- 12 may, № 98.- S.8.