Delimitasiya demarkasiya prosesində müsbət dinamika müşahidə edilir

 

 

"Ermənistan Azərbaycan arasında delimitasiya demarkasiya prosesi bu günə qədər ardıcıl davam edir. Prosesdə müsbət dinamika müşahidə edilir. Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası dövlət sərhədinin delimitasiyası sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın elan etdiyi kimi, görünür, Qazaxın geri qaytarılan dörd kəndinin ərazisini təşkil edən delimitasiya demarkasiya işləri mayın 15-nə qədər başa çatdırılacaq".

Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Hikmət Məmmədov söyləyib. Deputat bildirib ki, Qazaxın kəndləri ilə başlanan proses sonrakı mərhələdə digər ərazilərin delimitasiya demarkasiyası üçün yaxşı təcrübə ola bilər: "Ermənistan qətiyyət nümayiş etdirərsə, bu prosesi daha da irəliyə aparmaq mümkündür. Yetər ki, Ermənistan diplomatiyası prosesin hansısa mərhələsində fikrini dəyişməsin. Nəzərə almaq lazımdır ki, Ermənistanın bu gün səsləndirdiyi fikrini sabah inkar etməsi faktı ilə dəfələrlə üz-üzə qalmışıq. Məhz bunun nəticəsidir ki, Vətən müharibəsinin başa çatmasından ötən 4 ilə yaxın müddətdə Azərbaycanla Ermənistan arasında hələ yekun sülhə nail olunmayıb".

Deputat deyib ki, indiki məqamda irəliyə doğru hərəkət etmək, sülhün əldə olunması istiqamətində ciddi addımlar atmaq mümkündür: "Noyabr ayında, COP29 tədbirinə qədər çərçivə sazişi imzalana bilər. Lakin nəzərə almaq lazımdır ki, ikitərəfli komissiyanın qeyd etdiyi kimi, delimitasiya demarkasiya hüquq yaradan sənədlər xəritələr üzərində aparılmalıdır. Bundan sonra baş tutan danışıqlar çərçivəsində mövqelərin daha da yaxınlaşması müşahidə edilərsə, delimitasiya demarkasiya prosesi eyni temp eyni qərarlılıqla irəliləyə bilər".

Hikmət Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan sülh prosesində delimitasiya prosesinin Azərbaycanın təklif etdiyi şərtlər üzrə aparılması sevindirici haldır: "Bakının mövqeyi hüquqi cəhətdən qanuni, praktiki cəhətdən səmərəlidir. Onu da nəzərə almaq lazımdır ki, dünya təcrübəsi delimitasiya demarkasiyanın uzun sürən, mürəkkəb bir proses olduğunu göstərir. Lakin bu məsələ ilə məşğul olan komissiyaların sayca 8-ci iclasında işğalda olan 4 kəndimizin dinc yolla qaytarılması barədə razılığa gəlinməsi bu prosesin daha qısa vaxtda tamamlanacağı barədə nikbin düşünməyə əsas verir".

 

N.QAFARZADƏ,

Azərbaycan.-2024.- 12 may, № 98.- S.8.