İcma sədri: Fransa səfirinin dediklərinə erməni təəssübkeşliyi kontekstində baxmaq lazımdır

 

Fransanın Ermənistandakı səfiri, azərbaycanofob Olivier Dekotini, aydındır ki, çıxış bəyanatlarında hər dəfə öz hökumətinin özlərinin yeni koloniyaları kimi hədəflədikləri Ermənistanın mövqeyini ifadə edir. Amma anlamır ki, bununla həm hər iki bacının Azərbaycana regiona dair gizli niyyətlərini faş edir. “Azadlıqradiosunun erməni xidmətinə 2024-cü il mayın 8-də verdiyi müsahibəsində Azərbaycanın guya Ermənistan ərazilərini işğal atlında saxladığını hücum niyyətində olduğunu iddia etməklə səfir bölgədə planlaşdırdıqları təxribatların anonsunu verir. Belə ki, ermənilərin xasiyyətinə az-çox bələd olan hər kəs bilir ki, əgər onlar qarşısındakını nədə, hansı hərəkətdə ittiham edirlərsə, o hərəkəti ya ediblər, ya da etməyə hazırlaşırlar. Məsələn, əgər “1915-ci ildə Osmanlı bizi soyqırımı etdideyirlərsə, deməli, soyqırımını özləri ediblər. ƏgərQarabağdan erməniləri etnik təmizləməyə məruz qoyublardeyirlərsə, bu, özlərinin 1987-1991-ci illərdə Qərbi Azərbaycanda soydaşlarımızı etnik təmizləməyə məruz qoyduqlarını ört-basdır eləmək üçündür s”.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz ƏləkbərlininFransa səfirinin erməni təəssübkeşliyiadlı məqaləsində yer alıb.

İndi əgər hər hansı bir erməni siyasisi ya onun əkiz bacısı Olivier Dekotini deyirsə ki, Azərbaycan Ermənistana hücum edəcək, yüz faiz bilmək lazımdır ki, ya sürətlə silahlanan Ermənistan Azərbaycana belə bir hücuma hazırlaşır, ya da onu sürətlə silahlandıran Fransa Ermənistanın Azərbaycana hücum etməsinə çalışır.

O ki qaldı Dekotininin Azərbaycanın Qarabağ bölgəsindən köçüb getmiş ermənilərin qayıdışı ilə bağlı beynəlxalq instansiyaların guya dəstəyinin olması ilə bağlı sərsəmləməsinə səfir Ann Buyonun harada olması barədə suala verdiyi cavababütün bunlara da yuxarıda qeyd etdiyimiz erməni təəssübkeşliyi kontekstində baxmaq lazımdır.

Fransız səfir bir şeyi anlamalıdır ki, bu gün bölgə bir reallıq qarşısındadır: bitmiş tarixin arxivinə göndərilmiş Qarabağ müharibəsinin ilk mərhələsində bu müharibənin tərkib hissəsi kimi ata-baba yurdlarından qovulmuş azərbaycanlıların geriyə - indiki Ermənistan ərazisindəki doğma ocaqlarına qayıdışını təmin etmək, buna kömək göstərmək. Bunu istəyənlər buna kömək edənlər bölgədə öz varlığını təmin edə bilər, buna qarşı çıxanların bölgədə yeri olacaq, izi-tozu”, - Əziz Ələkbərli bildirib.

 

Azərbaycan.-2024.- 12 may, ¹ 98.- S.8.