Evian--Bən meriyası Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktlarına etinasızlıq göstərdi

 

 

2017-ci ildə İsmayıllı Fransanın Evian--Bən şəhərləri arasında imzalanmış dostluq əməkdaşlıq xartiyası çərçivəsində Xurşidbanu Natəvanın heykəli Evian--Bən şəhərinə hədiyyə edilib. Ötən ilin sonunda bu heykələ qarşı vandallıq aktı törədilib. Bununla əlaqədar cari ilin əvvəlindən Evian--Bən şəhərinin meriyası ilə danışıqlar aparılıb. Təəssüf olsun ki, şəhər meriyası hədiyyəni layiqli şəkildə saxlaya bilmədi. Onlar gələcəkdə bu heykələ qarşı belə vandalizm aktının törədilməməsinə heç bir zəmanət verə bilmədilər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın Fransada, eyni zamanda, Monakodakı səfiri Leyla Abdullayeva deyib.

Səfir bildirib ki, heykələ qarşı törədilmiş vandalizm aktlarına - üzərinə boya tökülməsinə, heykəlin burnunun barmaqlarının sındırılmasına Evian--Bən şəhər meriyası etinasızlıq göstərib, heykəl təmizlənməyib, onun üzərində bərpa işləri görülməyib aylarla bürünmüş şəkildə qalıb. Bu da Azərbaycan tərəfinin haqlı narazılığına səbəb olub heykəl geri qaytarılmayıb.

Bu gün çox məmnunuq ki, Azərbaycan tərəfindən qısa zamanda təmizlənmiş bərpa edilmiş heykəl Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzinin həyətində yenidən ucaldılıb. Göründüyü kimi, heykəl təmizlənib bərpa edilib. Artıq xalqımızın sevimli şairəsi Xurşidbanu Natəvanın ruhu şaddır, həm bu, ikiqat sevincdir. Çünki Natəvanın heykəli hər birimiz üçün çox əziz gündə - Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü günündə yenidən ucaldıldı. Bu, Mədəniyyət Mərkəzimizin tarixində gözəl bir gün kimi yadda qalacaq”, - deyə diplomat vurğulayıb.

 

Azərbaycan.-2024.- 12 may, № 98.- S.8.