Münasibətlər getdikcə normallaşır

 

 

Ermənistan rəhbərliyi siyasi iradə nümayiş etdirsə, sülh sazişi imzalanacaq

 

 

 

Azərbaycan Ermənistan arasında delimitasiya demarkasiya prosesinin razılaşdırılması heç bir vasitəçi olmadan baş tutub. Cənubi Qafqazda sülhün bərpasına əngəl törədənlər gördülər ki, onların bu prosesdə iştiraklarına heç bir ehtiyac yoxdur. Regionun iki ölkəsi öz məsələsini həll edə bilər. Təbii ki, delimitasiya demarkasiya uzun prosesdir müəyyən qədər vaxt ala bilər. Amma danışıqların müsbət nəticə verməsi göstərir ki, Azərbaycan Ermənistan heç vaxt olmadığı qədər sülhə yaxındırlar heç kimin vasitəçiliyi olmadan sülh sazişi imzalaya bilərlər.

Milli Məclisin deputatı Kamilə Əliyeva qəzetimizə açıqlamasında xatırladıb ki, Prezident İlham Əliyev iki ölkə arasında münasibətlərin normallaşmasında, heç bir vasitəçi olmadan ikitərəfli formatda danışıqların aparılmasının böyük nəticələr verə biləcəyini dəfələrlə vurğulayıb. Artıq Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində son vaxtlar müsbət tendensiyalar nəzərə çarpır: "İki ölkə arasında sərhədlərin delimitasiya demarkasiya məsələsinin həlli sülh müqaviləsinin imzalanmasına böyük töhfələr verə bilər. Elə bu səbəbdən Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan arasında keçirilən görüşlərin nəticəsində sərhədlərin delimitasiyası istiqamətində razılığa gəlinib".

Deputat vurğulayıb ki, Qazaxın dörd qeyri-anklav kəndinin Azərbaycana qaytarılması ölkəmizin növbəti siyasi uğurudur, eləcə ölkələr arasında sülhün yaranmasına böyük töhfədir. Prezident İlham Əliyev həmişə Cənubi Qafqazın iki ölkəsinin mehriban qonşuluq şəraitində yaşamasının Azərbaycanın sülhün tərəfdarı olduğunu bildirib. Son dövrlər Ermənistan baş naziri Paşinyan da Azərbaycanla sülhün yaranmasının vacibliyi haqqında fikirlər söyləyir. O, müsahibəsində etiraf edib ki, Qazaxın dörd kəndi hər zaman Azərbaycan ərazisi olub Ermənistan dövlətinin gələcəyi Azərbaycanla sülhün yaranmasından keçir.

K.Əliyeva qeyd edib ki, bəzi Qərb dövlətləri, o cümlədən Fransa tərəfindən Ermənistanın revanşist separatçı qüvvələri Azərbaycana qarşı təxribatlara təhrik edilir. "Onların bu təşəbbüsü mənasızdır. Ötən gün keçirilmiş Azərbaycan Ermənistan xarici işlər nazirlərinin Qazaxıstanda nəzərdə tutulan görüşü sülhün yaranması istiqamətində daha bir müsbət addımdır. Güman edirəm ki, Ermənistan rəhbərliyi siyasi iradə nümayiş etdirəcək bu il sülh müqaviləsi imzalanacaq", - deyə müsahibim əlavə edib.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 12 may, № 98.- S.9.