Ermənistan
həm Rusiyaya, həm də Qərbə xəyanət
edir
Mayın 8-də Ermənistan
baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putinin Moskvadakı görüşündə
bir neçə məsələ xüsusi
diqqət çəkdi.
İlk növbədə
heç bir nikbinlik vəd etməyən bu görüş iki ölkə arasındakı
əlaqələrin sərinliyini
ortaya qoydu.
Görüşdə V.Putinin Rusiya ilə Ermənistan arasındakı hazırkı
iqtisadi göstəriciləri
rəqəmlər vasitəsilə
N.Paşinyanın üzünə
"oxuması"nın fonunda
həm də Ermənistanın ikili oyun oynaması, Rusiya və Avropaya eyni anda
xəyanət etməsi
üzə çıxdı.
İrəvanın qeyri-qanuni
qazanc mənbəyi
Faktiki olaraq bütün iqtisadiyyatı
Rusiyadan asılı olan Ermənistan bir neçə müddətdir ki, bu
ölkəyə qarşı
sərt ritorika nümayiş etdirir, KTMT-dən çıxacağı
ilə bağlı onu hədələyir. Bu məqamın özü belə İrəvanın Moskvaya arxa çevirməsindən,
necə deyərlər,
yediyi çörəyə
təpik atmasından xəbər verir.
Sözügedən görüşdə
V.Putin bildirib ki, Ermənistanla Rusiyanın ticarət dövriyyəsi 2023-cü ildə
7 milyard dolları keçib (daha dəqiqi, 7,3 milyard dolları aşıb).
2015-ci ildən Ermənistanın
Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə
ticarət dövriyyəsinin
14 dəfə artdığını
xüsusi vurğulayan
Rusiya Prezidenti bunları rekord göstərici adlandıraraq
tarix boyu belə ticarət dövriyyəsinin Ermənistanla
heç vaxt olmadığını diqqətə
çatdırıb.
Putin onu da əlavə edib ki, Ermənistanın
Rusiyaya ixracı kəskin artıb...
Əlbəttə ki,
bu artımın kökündə Ermənistanın
iqtisadiyyatı deyil, xəyanəti dayanır. Çünki Rusiya sahillərindən sürətlə
uzaqlaşaraq Avropa sularında üzməyə
başlayan Ermənistan
Qərbdəki "hami"lərini
satmaqla, onlara da xəyanət edir.
2022-ci ildə Ukraynada
müharibə başlayandan
sonra Ermənistan Rusiyanın sanksiyalardan yayınmasında aparıcı
rol oynayır. Belə ki, Ermənistan
sanksiyalı malları
Rusiyaya sataraq Qərbə qarşı xəyanətkarlıq nümayiş
etdirir.
İqtisadi göstəricilərdən
də görünür
ki, bu ölkə
tarixində ilk dəfə Rusiya ilə ticarət dövriyyəsində "müsbət
saldo" əldə edib - yəni Rusiyaya ixracı idxalını üstələyib,
baxmayaraq ki, Ermənistanın bütün
enerji strukturu Rusiyanın əlindədir,
qaz idxalını da bu ölkədən
edir.
Ermənistan, əsasən,
BƏƏ-dən, o cümlədən
Çin və Avropadan idxal etdiyi sanksiyalar altındakı malları Rusiyaya ixrac etməklə bu səviyyəyə çatıb.
Buna görə Rusiyaya ixracı son bir ildə
5 dəfəyə yaxın
artıb, o cümlədən
BƏƏ və Çinlə
ticarəti 2 milyardı
aşıb. Buna görə Ermənistan iqtisadiyyatı fantastik göstəricilər əldə
edib.
Ermənistanın hiyləgər
manevrləri
Rusiya müharibədə
istifadə etdiyi raketlərin hazırlanmasında
lazım olan elektron avadanlıqları da Ermənistandan idxal edir və
bunu bütün dünya, eləcə də Avropa yaxşı bilir. Çünki sözügedən
faktla bağlı ən nüfuzlu analitik mərkəzlər
dəfələrlə hesabatlar
yayıblar.
Ermənistanın hiyləgər
manevrləri məharətlə
təzyiqlərdən yayınmasına
və rahat şəkildə qeyri-qanuni
əməllərlə məşğul
olmasına kömək
edir. Bir tərəfdən Rusiya ilə münasibətlərinə
görə KTMT-dən
çıxmaq kimi riyakar oyun oynayaraq
Qərbin gözünü
boyayır, digər tərəfdən də heç bir istehsalı olmaya-olmaya Rusiyaya ağlasığmaz
həcmdə ixrac həyata keçirərək
qazancına qazanc qatır.
Rusiyada keçirilən
görüşün Qərbi
qəzəbləndirəcəyini nəzərə alan riyakar Ermənistanın məhz elə bu görüş zamanı, yəni mayın 8-də KTMT-nin maliyyələşməsini dayandırmasını
bəyan etməsi, hərbi baxımdan guya Rusiyanın nəzarətindən çıxması
görüntüsü yaratması
da bu oyunun
bir parçasıdır.
Bunda isə məqsəd Qərbin təzyiqlərindən yayınaraq
milyardlar qazanmağa davam etməkdir.
Hazırda Ermənistan
tam ortada dayanıb və Ukrayna cəbhəsindəki
vəziyyətə uyğun
gah Qərbə, gah da Rusiyaya
tərəf addımlayır.
Tutduğu bu mövqesizliyin əvvəl-axır
başına bəla olacağı da danılmaz gerçəklikdir.
Çünki İrəvanın
eyni zamanda həm Qərbin, həm də Rusiyanın ipini boğazına dolaması qarşıda ona yaxşı heç nə vəd etmir.
Əslində, Ermənistanın
bu xəyanətkar addımları heç kimdə təəccüb
doğurmur. Çünki
Türkiyənin timsalında
ermənilərin tarixi
xəyanətkarlığına bütün dünya şahiddir. Eyni zamanda İkinci Dünya müharibəsində
Sovet İttifaqı tərkibində ola-ola faşizmə kömək
əli uzadan da məhz Ermənistan
olub. Ermənistan Faşist Qaragen Njdeyə İrəvanda abidə ucaldaraq hazırda da insanlığa xəyanət
edir.
Ermənistanın baş
nazirinin 9 may faşizm üzərində
qələbə günü
ərəfəsində, Kremldə
görüşə gəlməsi
də əslində bu ölkənin riyakarlıqda, xəyanətkarlıqda,
satqınlıqda rəqib
tanımadığını bir daha ortaya
qoydu...
Bütün bunlardan
da bir daha
aydın olur ki, Ermənistanın tarixi də xəyanətlər üzərində
yaranıb.
Yasəmən
MUSAYEVA,
Azərbaycan.-2024.-
12 may, № 98.- S.9.