Ağdam
Sənaye Parkı rezident sayına görə ölkədə
ikincidir
Sənaye Parkında 1800-dən çox
iş yerinin yaradılması nəzərdə
tutulur
Prezident İlham
Əliyevin 2021-ci il 28
may tarixli fərmanı ilə yaradılmış Ağdam
Sənaye Parkı işğaldan azad edilmiş ərazilərimizin
biznes potensialının
reallaşdırılması, qeyri-neft sektorunun inkişafı, məşğulluq
səviyyəsinin yüksəldilməsi
və rəqabətqabiliyyətli
məhsul istehsalının
artırılması baxımından
xüsusi əhəmiyyət
kəsb edir.
Digər sənaye
parklarında olduğu
kimi, Ağdam Sənaye Parkında da sahibkarlıq fəaliyyətinin inkişafı
üçün dövlət
tərəfindən əlverişli
şərait yaradılıb.
Qarabağla digər bölgələrin qovşağında
yerləşən Ağdam
Sənaye Parkı rezident sayına görə digər sənaye parkları arasında Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci sənaye zonasıdır. Parkda ümumi investisiyalarının
həcmi 195 milyon manatdan çox olan 21 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sənaye Parkında ümumilikdə
1800-dən çox iş
yerinin yaradılması
nəzərdə tutulur.
Artıq bu günədək rezidentlər
tərəfindən Sənaye
Parkına 35 milyon manatdan artıq investisiya yatırılıb,
300-dək daimi iş yeri yaradılıb. Hazırda Ağdam Sənaye Parkında infrastruktur şəbəkəsinin,
elektrik, qaz, su xidmətlərinin qurulması, inzibati binanın tikintisi, o cümlədən rezidentlər
tərəfindən bir
sıra müəssisələrin
tikinti-quraşdırma işləri
aparılır.
"BAFCO İnvest" MMC 2023-cü ilin
mart ayında Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Sənaye Parkının 2,5 hektar ərazisində yerləşən
müəssisə Almaniyanın
qabaqcıl texnologiyalarının
tətbiqi ilə müxtəlif təyinatlı
çəkmə, tikinti
və digər sahələrdə istifadə
üçün nəzərdə
tutulan, dəmir ucluqlu və altlıqlı təhlükəsizlik
ayaqqabılarının istehsalı
üzrə ixtisaslaşıb.
İnvestisiya dəyəri
10 milyon manatdan çox olan müəssisədə 120 iş
yeri yaradılacaq.
"BAFCO İnvest" MMC sənaye parklarında tətbiq edilmiş idxal ƏDV və gömrük güzəştləri nəticəsində
bu günə qədər 1 milyon manatdan çox vəsaitə qənaət
edib.
"Mister Decor" MMC-yə 2022-ci ilin oktyabrında Ağdam Sənaye Parkının rezidenti statusu verilib. İnvestisiya həcmi 7 milyon manat olan fabrik Cənubi
Qafqazda divar kağızlarının istehsalı
üzrə ixtisaslaşmış
ilk müəssisədir. İllik
gücü 2,1 milyon ədəd rulon divar
kağızının istehsalı olan müəssisədə
76 nəfərin işlə təmin edilməsi nəzərdə
tutulur. Almaniya və Çin texnologiyasından istifadə edilən
müəssisədə istehsal edilən məhsulların
daxili bazara satılması ilə yanaşı, xarici ölkələrə
ixracı da planlaşdırılır. "Mister Decor" MMC
sənaye parklarında tətbiq edilmiş idxal ƏDV və
gömrük güzəştləri nəticəsində bu
günə qədər 400 min manatdan çox vəsaitə qənaət
edib.
"Metkons" MMC 2022-ci ilin aprelində
Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyatdan
keçib. Sənaye Parkının 1 hektar ərazisində
inşa edilmiş müəssisədə havalandırma,
yanğınsöndürmə avadanlıqları və
müxtəlif metal məmulatlarının istehsalı nəzərdə
tutulub. Türkiyə, İtaliya, Rusiya və Çin
texnologiyalarının tətbiq olunduğu müəssisənin
ümumi investisiya dəyəri 1,9 milyon manatdır və 45 nəfər
daimi işlə təmin ediləcək. Zavodda istehsal olunan məhsullar
daxili bazarın tələbatının ödənilməsinə
yönəldiləcək. "Metkons" MMC sənaye
parklarında tətbiq edilmiş idxal ƏDV və
gömrük güzəştləri nəticəsində bu
günə qədər 100 min manatdan çox vəsaitə qənaət
edib.
Agdam Sənaye
Parkında həmçinin "Rail Trans Service" MMC-nin
avtomatlaşdırma və telemexanika sistemlərinin, "Eel
Electric" MMC-nin elektrik paylayıcı avadanlıqları və
elektrik yuvalarının, "Prof-Dam" MMC-nin dam
örtüklərinin, "Tabaterra" MMC-nin tütün məmulatlarının,
"Agah Group" MMC-nin metal profil və anbar
stellajlarının istehsalı və digər müəssisələrin
tikinti-quraşdırma işləri görülür. Bu
müəssisələrin bir qisminin bu il fəaliyyətə
başlaması planlaşdırılır.
Lazım
QULİYEV,
Azərbaycan.-2024.-
12 may, № 98.- S.12.