"Sosial sığorta haqqında"
Azərbaycan Respublikasının
Qanununda və Azərbaycan Respublikasının
Vergi Məcəlləsində
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
15-ci və 16-cı bəndlərini
rəhbər tutaraq qərara alır:
Maddə 1. "Sosial
sığorta haqqında"
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1997, № 5, maddə
348 (Cild I)
15-ci maddəsinin birinci
hissəsinin on yeddinci abzasına "aylıq əlavə,"
sözlərindən sonra
"müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqanın (qurumun) xarici dövlətlərdə
və beynəlxalq təşkilatlarda nümayəndələrinə
dövlət məvacibi
istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq ödənilən bütün növ ödənişlər," sözləri
əlavə edilsin.
Maddə 2. Azərbaycan
Respublikası Vergi Məcəlləsinin (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2000, № 8 (I kitab),
maddə 583 (Cild I); Azərbaycan Respublikasının
2023-cü il 26 dekabr tarixli 1080-VIQD nömrəli
Qanunu) 102.1.1-ci maddəsinə
"aylıq əlavə,"
sözlərindən sonra
"müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqanın (qurumun) xarici dövlətlərdə
və beynəlxalq təşkilatlarda nümayəndələrinə
dövlət məvacibi
istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq ödənilən bütün növ ödənişlər," sözləri
əlavə edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
23 aprel 2024-cü il
Azərbaycan.-
2024.- 14 may, № 99.- S.3.