"Sosial sığorta haqqında"
Azərbaycan Respublikasının
Qanununda və Azərbaycan Respublikasının
Vergi Məcəlləsində
dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikasının 2024-cü il 23 aprel tarixli
1141-VIQD nömrəli Qanununun
tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası
Prezidentinin bəzi fərmanlarında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Sosial sığorta haqqında"
Azərbaycan Respublikasının
Qanununda və Azərbaycan Respublikasının
Vergi Məcəlləsində
dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikasının 2024-cü il 23 aprel tarixli
1141-VIQD nömrəli Qanununun
qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. "Sosial sığorta
haqqında" Azərbaycan
Respublikası Qanununun
15-ci maddəsinin birinci
hissəsinin on yeddinci abzasında (hər iki halda)
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
1.2. həmin Qanunun
15-ci maddəsinin birinci
hissəsinin on yeddinci abzasında (ikinci halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər
Kabineti nəzərdə
tutulur;
1.3. həmin Qanunun
15-ci maddəsinin birinci
hissəsinin on yeddinci abzasında (birinci halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Dövlət
Təhlükəsizliyi Xidməti
nəzərdə tutulur;
1.4. Azərbaycan Respublikası
Vergi Məcəlləsinin
102.1.1-ci maddəsində (hər
iki halda) nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
1.5. həmin Məcəllənin
102.1.1-ci maddəsində (ikinci
halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının
Nazirlər Kabineti nəzərdə tutulur;
1.6. həmin Məcəllənin
102.1.1-ci maddəsində (birinci
halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının
Dövlət Təhlükəsizliyi
Xidməti nəzərdə
tutulur.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti
"Sosial sığorta
haqqında" Azərbaycan
Respublikasının Qanununda
və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik
edilməsi barədə"
Azərbaycan Respublikasının
2024-cü il 23 aprel tarixli 1141-VIQD nömrəli
Qanunundan irəli gələn məsələləri
həll etsin.
3. "Sosial sığorta
haqqında" Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin
1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 1997,
№ 5, maddə 349 (Cild
I) 2-ci hissəsində aşağıdakı
dəyişikliklər edilsin:
3.1. 2.2-1-ci bənddə "üçüncü abzasında"
sözləri "birinci
hissəsinin üçüncü
və on yeddinci (ikinci
halda) abzaslarında"
sözləri ilə əvəz edilsin;
3.2. 2.4-cü bənddə "maddəsinin üçüncü"
sözləri "maddəsinin
birinci hissəsinin üçüncü, on yeddinci (hər iki halda)" sözləri ilə əvəz edilsin;
3.3. aşağıdakı məzmunda 2.5-1-ci bənd əlavə edilsin:
"2.5-1. həmin Qanunun
15-ci maddəsinin birinci
hissəsinin on yeddinci abzasında (birinci halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Dövlət
Təhlükəsizliyi Xidməti
nəzərdə tutulur;";
3.4. 2.6-cı bəndə "15-ci
maddəsinin" sözlərindən
sonra "birinci hissəsinin" sözləri
əlavə edilsin.
4. "Azərbaycan Respublikası
Vergi Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında" Azərbaycan
Respublikası Qanununun
və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq
edilməsi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 30
avqust tarixli 393 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, № 8 (III kitab), maddə
616 (Cild I) 1-ci hissəsində
aşağıdakı dəyişikliklər
edilsin:
4.1. 1.1-ci bəndə
"101.1-4-cü" sözlərindən
sonra ", 102.1.1-ci (hər
iki halda)" sözləri əlavə
edilsin;
4.2. 1.7-ci bəndə
"101.1-4-cü" sözlərindən
sonra ", 102.1.1-ci (ikinci
halda)" sözləri
əlavə edilsin;
4.3. aşağıdakı məzmunda 1.10-1-ci bənd
əlavə edilsin:
"1.10-1. həmin Məcəllənin
102.1.1-ci maddəsində (birinci
halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının
Dövlət Təhlükəsizliyi
Xidməti nəzərdə
tutulur;".
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
13 may 2024-cü il
Azərbaycan.-
2024.- 14 may, № 99.- S.3.