“Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, “Mikro, kiçik və orta sahibkarlığın
inkişafı haqqında”
Azərbaycan Respublikasının
2022-ci il 2 dekabr tarixli
661-VIQ nömrəli Qanununun
tətbiqi və Azərbaycan Respublikası
Prezidentinin “Azərbaycan
Respublikasının Kiçik
və Orta Biznesin İnkişafı Agentliyinin
fəaliyyətinin təmin
edilməsi haqqında”
2018-ci il 26 iyun tarixli
148 nömrəli Fərmanında
dəyişiklik edilməsi,
“Kiçik sahibkarlığa
dövlət köməyi
haqqında” Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə” 1999-cu il 4 avqust
tarixli 171 nömrəli
Fərmanının ləğv
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2023-cü il 26 yanvar
tarixli 2001 nömrəli
Fərmanının icrası
ilə əlaqədar
qərara alıram:
1. “Mikro, kiçik və orta sahibkarlıq
subyektlərinin vahid reyestri haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin İnkişafı
Agentliyi “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinin (bundan sonra – Reyestr) fəaliyyətinin təşkili,
saxlanılması və
ondan səmərəli
istifadənin təmin
edilməsi üçün
zəruri tədbirlər
görsün.
3. Azərbaycan Respublikasının
Rəqəmsal İnkişaf
və Nəqliyyat Nazirliyi:
3.1. Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, Reyestrin “Hökumət buludu”nda
yerləşdirilməsini təmin
etsin;
3.2. “Dövlət informasiya
ehtiyatları və sistemlərinin formalaşdırılması,
aparılması, inteqrasiyası
və arxivləşdirilməsi
Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı
bəzi tədbirlər
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, Reyestrin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini
Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etsin.
4. Azərbaycan Respublikasının
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət
Xidməti:
4.1. Reyestri mühafizə
olunan telekommunikasiya kanalları ilə təmin etsin və təhlükəsizlik
meyarları üzrə
onun monitorinqini həyata keçirsin;
4.2. Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin İnkişafı
Agentliyi ilə birlikdə Reyestrin təhlükəsizliyinin təmin
edilməsi məqsədilə
digər tədbirlər
görsün.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
13 may 2024-cü il
Azərbaycan.-
2024.- 15 may, ¹ 100.- S.2.