Laçında quruculuq işləri sürətlə yüksək keyfiyyətlə aparılır

 

 

Tarixi torpaqlarımızı 30 il işğal altında saxlayan ermənilər başqa bölgələrimiz kimi, Laçında da vandalizm törədərək rayonu, sözün həqiqi mənasında, xarabazarlığa çevirmişdilər. İşğalçılar Azərbaycan xalqına məxsus tarixi, dini, mədəni irsi tamamilə məhv etmişdilər. Qəsbkarlar rayonda ekoloji terror da törətmişdilər. Çayların qarşısını kəsmiş, bulaqları qurutmuş, meşələri vəhşicəsinə qırmış yandırmışdılar. Düşmən Laçında da həyat nişanələrini məhv etməyə çalışmışdı.

Bütün bunlarla yanaşı, ermənilər Laçın şəhərində, Zabux Sus kəndlərində qanunsuz məskunlaşdırma işləri aparmışdılar. Ermənistandan, eləcə Yaxın Şərqdə yaşayan erməniləri bu ərazilərə köçürmüşdülər. Bu qanunsuz məskunlaşmada xaricdəki erməni diasporu müxtəlif ianələr toplayan fondlar da fəal rol oynamışdılar. Bütün bunlar azmış kimi, ermənilər burada qanunsuz məskunlaşdırdıqları əhalini "yerli" sakin kimi dünya ictimaiyyətinə təqdim etməyə çalışmışdılar. Gözdən pərdə asmaq üçün gəlmə ermənilərə bir neçə ev tikib versələr , ümumilikdə digər işğal altında saxladıqları ərazilərimiz kimi, Laçının Zabux Sus kəndlərini talan etmiş, evləri sökmüş, həmin kəndlərin ərazisində olan azərbaycanlılara məxsus abidələri tamamilə dağıtmışdılar.

Faşist xislətli ermənilər Zabuxda özləri üçün inşa etdikləri evlərin əksəriyyətini azərbaycanlıların məzarlığı üzərində tikmişdilər. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Zabux Susda qanunsuz məskunlaşdırılan ermənilər azərbaycanlılara məxsus yaşayış sahələrindən çıxarılanda da mənfurlar 2020-ci ildə Kəlbəcərdə Laçında nümayiş etdirdikləri vəhşi əməllərinə burada da əl atdılar. Evləri, meşələri yandırdılar, flora faunaya ciddi zərər vurdular.

30 ilə yaxın idi ki, Azərbaycanın bir sıra rayonları qəsbkar Ermənistan ordusunun işğalı altında idi. Bu illər ərzində həmin rayonlardan didərgin düşmüş sakinlər üzləşdikləri çətinliklərə dözərək günlərin birində torpaqlarının azad olunacağı günü səbirsizliklə gözləyirdilər. Gözləyirdilər ki, günlərin birində gücünü, qüdrətini artıran Azərbaycan Ordusu işğalda qalmış torpaqları ermənilərdən azad edəcək. Nəhayət, həmin gün gəldi. Ermənistan ordusunun təxribatlarına cavab olaraq 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başladı. 44 gün davam edən müharibə nəticəsində Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan Şuşa şəhəri işğaldan azad edildi. 8 noyabr 2020-ci il şanlı tariximizə "Zəfər Günü" kimi yazıldı. 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan Rusiya dövlət başçıları arasında imzalanmış üçtərəfli bəyanata əsasən Ağdam, Kəlbəcər Laçın rayonları bir güllə atılmadan, qan tökülmədən, şəhid verilmədən işğaldan azad olundu.

Laçın rayonu iqtisadi cəhətdən böyük potensiala malik bölgələrimizdən biridir. Rayonun həm böyük turizm potensialı, həm aqrar, eləcə sənaye sektorunda müqayisəyəgəlməz dərəcədə üstünlükləri var. Təbii ehtiyatları ilə fərqlənən rayonda emaledici sənayenin istehsalını təşkil etmək mümkündür. İşğaldan öncə rayonda əsas inkişaf etmiş sahə kənd təsərrüfatı, xüsusilə heyvandarlıq idi. Bununla yanaşı, meyvəçilik, tütünçülük, üzümçülük, taxılçılıq, arıçılıq inkişaf etmiş sahələrdən hesab olunurdu. Laçın rayonunda fəaliyyət göstərən sənaye müəssisələri daha çox xammal növlərinin emalına əsaslanmışdı. Rayon həmçinin zəngin təbii ehtiyatlara malikdir. Belə ki, Laçın rayonunda civə, xromit, mərmər, üzlük tikinti daşları digər faydalı qazıntı ehtiyatları var.

Prezident İlham Əliyev bu gözəl diyarımız haqqında danışarkən qeyd edib ki, Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir. Rayonun çox böyük potensialı var. Əlbəttə ki, Laçın rayonuna qayıdacaq keçmiş məcburi köçkünlər bundan sonra Laçında rahat yaşamalıdırlar Azərbaycan dövləti bunu təmin edəcək: "Laçın rayonu 28 il işğal altında idi bu işğal dövründə rayonun, demək olar ki, bütün infrastrukturu Ermənistan tərəfindən məhv edilmişdir, ətraf mühitə böyük ziyan vurulmuşdur. Bütövlükdə bizim meşə fondumuzun qanunsuz istismarı nəticəsində 60 min hektar meşə ermənilər tərəfindən məhv edilib, kəsilib, talanıb, satılıb. Onun böyük hissəsi Laçın rayonunda olan meşə fondudur. İşğal dövründə ermənilər Laçında qanunsuz məskunlaşma siyasəti aparmışlar. Xaricdə yaşamış ermənilər həm Laçın şəhərinə, həm bir neçə kəndə gətirilmiş orada yerləşdirilmişlər. Bu, bütün beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır. Əfsuslar olsun ki, Ermənistan dövləti bu hərbi cinayətə görə hələ məsuliyyətə cəlb edilməmişdir".

44 günlük Vətən müharibəsi Zəfərlə başa çatdıqdan dərhal sonra Azərbaycan dövləti tərəfindən erməni qəsbkarlarının vəhşicəsinə dağıtdıqları bölgələrimiz sürətlə dirçəldilir. Başqa bölgələrimizlə yanaşı, Laçında da sürətli tikinti-quruculuq işləri aparılır. Şərqi Zəngəzur iqtisadi bölgəsində yerləşən Laçına həyat yenidən qayıdır. Hazırda Laçın istiqamətində dövlət sərhədləri möhkəmləndirilir rayon ərazisində fərqli təyinatlı infrastruktur layihələri uğurla həyata keçirilir. Rayonda generasiya gücü 8 meqavat olan Güləbird Su-Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. Bununla yanaşı, rayonun yol-nəqliyyat infrastrukturu yenidən ən müasir standartlar üzrə qurulur. Doğma ocaqlarına köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Görülən işlərə əsaslanıb deyə bilərik ki, Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq keyfiyyətlə aparılır.

Bu gün istər işğaldan azad olunmuş torpaqlarımızda, istərsə regionlarımızda görülən işlər dövlət başçısı İlham Əliyevin hər bir azərbaycanlının Prezidenti olduğunu, sözü ilə əməlinin üst-üstə düşməsinin məntiqi sübutudur. Ən əsası, bu gün aparılan abadlıq-quruculuq işləri Laçın rayonunun bütün bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq bütün keçmiş məcburi köçkünlər tezliklə öz doğma yurdlarına qayıdacaqlar.

 

Vahid MƏHƏRRƏMOV,

Azərbaycan.-2024.- 19 may, № 104.- S.5.