Zaman İlham Əliyevi seçib

 

 

Aleksandr Lukaşenko Azərbaycan Prezidentinin əsl lider kimi Qafqaz üçün məsuliyyət daşıdığını bəyan etdi

 

 

 

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri çox mühüm hadisələrlə zəngin oldu. Səfər çərçivəsində iki dost prezidentin - İlham Əliyevlə Aleksandr Lukaşenkonun səmimi söhbətləri, mətbuata verdikləri bəyanatlar, "Bakı Ekspo Mərkəzi"ndə XVII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - "Caspian Agro" XXIX Azərbaycan Beynəlxalq Qida Sənayesi - "InterFood Azerbaijan" sərgilərində olmaları, imzalanan yeni 8 sənəd, Qarabağa səfər, Füzuli Şuşa şəhərlərinin baş planları ilə tanışlıq ölkələrimiz arasındakı əlaqələrin getdikcə daha dinamik inkişafına təkan verən mühüm məqamlar oldu.

Bu səfər həm gələcək əməkdaşlıq, yaxınlaşma yollarını müəyyən etmək üçün bir imkan oldu desək, yanılmarıq. Çünki İlham Əliyevin söylədiyi kimi, təməlində ənənəvi etimad duran münasibətlər onunla fərqlənir ki, hər iki ökə razılığa gəldiyi bütün məsələləri yerinə yetirir. Bu səfər zamanı da liderlərin apardığı müzakirələr, qəbul edilən mühüm qərarlar bir daha onu deməyə əsas verir ki, Azərbaycan-Belarus  münasibətləri strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə çatıb.

Ümumiyyətlə, Azərbaycan Belarus arasında diplomatik əlaqələrdən başlayaraq, dərin siyasi, iqtisadi-ticari, humanitar-mədəni sahələrdə çox yüksəksəviyyəli əməkdaşlıq var. İki ölkə arasında diplomatik əlaqələrin yaradılması haqqında protokol 11 iyun 1993-cü ildə imzalanıb. 2006-cı ilin fevral ayında isə Belarusun Azərbaycanda, həmin ilin avqust ayında Azərbaycanın Belarusda səfirlikləri açılıb.

Bu il uğurlu diplomatik münasibətlərinin 31 ili tamam olan Belarus-Azərbaycan əlaqələri artıq yeni inkişaf mərhələsindədir. Son illərdə fəal qarşılıqlı əlaqələr iki ölkəni bir-birinə o dərəcədə yaxınlaşdırıb ki, artıq nəinki regionda, həm dünyada Belarus Azərbaycanı çox yaxın, dost ölkələr hesab edirlər.

İki ölkə arasında ticarət dövriyyəsi 400 milyon dollara yaxındır. Qarşıya qoyulan məqsəd bu rəqəmi 1 milyarda çatdırmaqdır.

Əlbəttə ki, münasibətlərin bu səviyyəyə yüksəlməsinin başlıca amili ölkələrin liderləri - İlham Əliyevlə Aleksandr Lukaşenko arasında mövcud olan dostluq əlaqələri, səmimiyyət qarşılıqlı hörmətdir. Bu səmimi dostluq əlaqələri ikitərəfli münasibətlərin siyasi, iqtisadi, mədəni, humanitar digər sahələrdə dinamik inkişafına təkan verir. Bu səfərlər, iki ölkə arasında imzalanan mühüm tərəfdaşlıq sənədləri münasibətlərin daha da dərinləşməsini şərtləndirir. Bu günə kimi Belarus Azərbaycan arasında siyasi, iqtisadi, vətəndaşların hüquq mənafelərinin müdafiəsi, səhiyyə, hüquq-mühafizə, humanitar, elmi-texniki regional əməkdaşlıq sahələrində 120-dən çox beynəlxalq müqavilə imzalanıb. Bu səfər zamanı isə bu sazişlər sırasına daha 8 mühüm sənəd əlavə olundu.

Mətbuata birgə bəyanatlarla çıxış edən dövlət başçıları mövcud siyasi-iqtisadi əlaqələrin bundan sonra daha da şaxələndirilməsi istiqamətində mühüm addımların atılacağını söylədilər.

İki ölkə arasında iqtisadi-ticari əlaqələrə nəzər yetirdikdə görərik ki, Belarus Azərbaycanın mühüm ticarət tərəfdaşlarındandır. Birgə səylərlə əməkdaşlığın möhkəm iqtisadi bünövrəsi qoyulub, sənaye sahəsində bir sıra layihələr həyata keçirilməyə başlanılıb.

Mətbuata bəyanatında İlham Əliyev mövcud münasibətlərdən, yüksələn hərtərəfli əlaqələrdən danışaraq bir xatırlatma da etdi. Dövlət başçısı Belarus şirkətlərini Qarabağ Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə çağırdı.

Aleksandr Lukaşenko isə dost ölkəyə dəstək verməyə hazır olduqlarını bəyan edərək dedi ki, Belarus bütün dövrlərdə əsl dost kimi Azərbaycanın yanında olub. İndi isə ermənilərin viran qoyduqları torpaqların dirçəldilməsi, Böyük qayıdışın reallaşması üçün dost ölkəyə hərtərəfli yardıma hazırdır: "Azərbaycan son illər böyük nailiyyətlər əldə edib. Hər şeydən əvvəl özünün əsas problemini - uzun müddət səhraya çevrilmiş torpaqların qaytarılmasını həll edib... Torpaqlarınızı qaytarmağınız onu dirçəltməyiniz əsrlər boyu, uzun illər yaddaşlarda qalacaq. Bütün bunları ona görə deyirəm ki, əgər həmin torpaqların dirçəldilməsi üzrə bu böyük prosesdə bizə yer tapılarsa, onda bu yükün altına girməyə hazırıq bu, sizin üçün sərfəli olacaq. Məsuliyyətlə bildirirəm ki, biz bunu böyük məmnuniyyətlə dünyada heç kimin edə bilməyəcəyi səviyyədə edəcəyik. Çünki Belarusun Azərbaycanın qardaş xalqları arasında dərin hörmət münasibətlər var".

Belarus Prezidenti regionda yaranan yeni reallıqları da dəyərləndirərək dedi ki, Cənubi Qafqaz qeyri-sabit regiondur. Amma Tanrıya şükür olsun ki, burada Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur. Azərbaycan  Qafqaz regionunu nəzarətdə saxlamağa qadirdir: "Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz - Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik. Ona görə bu, sizin üçün əlavə yük deməkdir, halbuki öz problemləriniz var, lakin yenə , etmək olar. Zaman Sizi seçib, bizdə belə deyirlər Siz lider olaraq Qafqaz regionuna görə məsuliyyət daşıyırsınız".

Bununla Aleksandr Lukaşenko demək istədi ki, zaman İlham Əliyevi seçib. Bölgədə yeni reallıqları İlham Əliyev yaradıb Azərbaycan Prezidenti əsl lider kimi Qafqaz regionu üçün məsuliyyət daşıyır.

Belarus Prezidenti Qarabağ Şərqi Zəngəzurun yenidən qurulması prosesinin o qədər asan məsələ olmadığını söyləyərək dedi ki, artıq dirçəliş dövrüdür qardaş Azərbaycan xalqına bu ağır dirçəliş dövrünü itkilərsiz başa vurmağı qarşıya qoyulan planları yerinə yetirməyi arzu edir: "Əminəm ki, Siz bunu edəcəksiniz, həm istərdim ki, tez edəsiniz, Siz bunu bacarırsınız. Siz bütün dünyaya göstərdiniz ki, Sizdən əvvəlki nəsillərin dövründə həll olunmayan ən mürəkkəb məsələləri həll etməyi bacarırsınız".

Qarabağa səfər, Füzulidə, Şuşada erməni barbarlığına şahidlik, baş planlara əsasən Füzuli Şuşa şəhərlərində görülən möhtəşəm quruculuq işləri yəqin ki, Aleksandr Lukaşenkonu həm kədərləndirdi, həm qürurlandırdı. Cəmi 3,5 ilə Azərbaycan Prezidentinin reallaşdırdığı layihələri canlı görmək bütün yeni infrastrukturla tanış olmaq Aleksandr Lukaşenkoda son dərəcə pozitiv əhavali-ruhiyyə yaratdı. Bu, onun bir gün öncə mətbuata bəyanatında İlham Əliyev haqqında söylədiyi dəyərli fikirlərini bir daha təsdiq etdi.

Bu səfər zamanı maraqlı məqamlardan biri dost ölkənin Qarabağda yaşayış məntəqəsi salmağı planlaşdırması barədə xəbər oldu. Belarusun memarlıq tikinti naziri Ruslan Parxamoviç Şuşada jurnalistlərə açıqlamasında dedi ki, yaşayış məntəqəsi Ağdam rayonunda salınacaq. Bura 420 ailə üçün nəzərdə tutulub. Onun arxitekturasında Belarus koloritindən istifadə ediləcək.

İşğal zamanı Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyən Belarus  quruculuq dövründə Azərbaycana öz sayğısını nümayiş etdirir. Bu, dost qayğısının təzahürüdür, bu, iki ölkə arasında möhkəm bağların, gündən-günə güclənən əməkdaşlığın bariz təcəssümüdür. 

Ümumiyyətlə, ali qonaqların Qarabağa səfərləri artıq ənənə halını alıb. Bu, qonaqlara işğalçının törətdiyi vandalizm aktlarını, Azərbaycan dövlətinin quruculuq siyasətini sülh gündəliyini nümayiş etdirmək imkanı verir.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2024.- 19 may, № 104.- S.6.