XİN: “Fransadan Azərbaycana qarşı qarayaxma kampaniyasını dayandırmağı
tələb edirik”
Fransa tərəfinin
Azərbaycana qarşı
təhqiramiz ifadələrini
bir daha qətiyyətlə pisləyir
və ermənilərin
kütləvi şəkildə
qətlə yetirilməsi
kimi qəbuledilməz
ittihamlarla ölkəmiz
əleyhinə apardığı
qarayaxma kampaniyasını
dayandırmağı tələb
edirik.
AZƏRTAC xəbər verir ki, bu
sözlər Xarici İşlər Nazirliyinin
Mətbuat xidmətinin
rəhbəri Ayxan Hacızadənin Fransanın
daxili işlər naziri Jeral Darmanənin
mayın 16-da “France-2” telekanalına
müsahibəsində Azərbaycana
qarşı səsləndirdiyi
iddialara dair şərhində yer alıb.
Ayxan Hacızadə
bildirib ki, Jeral Darmanənin ölkəmizə qarşı
və Azərbaycanla Yeni Kaledoniyanın müstəqillik tərəfdarlarının
liderləri arasında
iddia olunan münasibətlərə dair
səsləndirdiyi növbəti
əsassız fikirləri
tamamilə rədd edirik.
“Fransa daxili işlər nazirinin öz ölkəsinin uzun illər həyata keçirdiyi müstəmləkəçilik siyasətinin tərkib hissəsi kimi yerli xalqlara qarşı insanlıq əleyhinə cinayətlər
törətməsini, milyonlarla
günahsız insanın
vəhşicəsinə qətlə
yetirilməsi tarixini xatırlaması daha münasib olardı.
Bununla yanaşı,
Fransanın daxili işlər naziri Azərbaycanı Yeni Kaledoniyada müstəqillik
tərəfdarının etirazlarını
dəstəkləməkdə ittiham etmək əvəzinə, ölkəsinin
bu cür etirazlara səbəb olan dənizaşırı
bölgələri ilə
bağlı uğursuz
siyasətinə diqqət
yönəltməlidir.
Biz bir daha Fransanı ölkəmizə qarşı
əsassız iddiaları
dayandırmağa çağırırıq”,
- deyə A.Hacızadə
vurğulayıb.
Azərbaycan.-
2024.- 17 may, № 102.- S.8.