Möhkəm
təməl üzərində
qurulan dostluq
Aleksandr Lukaşenkonun Qarabağ səfəri suverenliyimizə
dərin hörmət
əlamətidir
"Son dövrlər
bir çox ölkə Azərbaycanla sıx siyasi və iqtisadi əlaqələr qurmağa
böyük maraq göstərir. Bu, Prezident İlham Əliyevin güclü siyasətçi, mahir diplomat olması və beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun,
gücünün, qüdrətinin
durmadan artması, qazandığımız şanlı
qələbələr və
digər uğurlarla bağlıdır".
Bu fikirləri
"Azərbaycan" qəzetinə
açıqlamasında Milli
Məclisin deputatı
Kamilə Əliyeva deyib. Deputat bildirib ki, nüfuzlu
beynəlxalq tədbirlərin
Azərbaycanda keçirilməsinə
təşəbbüslərin göstərilməsi, bir sıra dünya ölkələrinin dövlət
və hökumət başçılarının Azərbaycana
səfərlər etməsi,
iqtisadi və siyasi əlaqələri əhatə edən mühüm sənədlərin
imzalanması ölkəmizə
olan inam və etibarın nümunəsidir: "Azərbaycanın
Ermənistan istisna olmaqla MDB-yə digər üzv dövlətlərlə siyasi-iqtisadi
əlaqələri yüksək
səviyyədədir və
bu dövlətlərlə
strateji tərəfdaşlıq
haqqında bəyannamə
imzalanıb. Azərbaycanla
Belarus arasında ikitərəfli
əlaqələr də
möhkəm təməllər
üzərində qurulub.
Mayın 16-da Belarus Respublikasının
Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana
dövlət səfəri
və Prezident İlham Əliyevlə görüşü əlaqələrimizin
daha da inkişaf
etdirilməsinə böyük
zəmin yaradacaq".
Deputat qeyd edib ki, dövlət
başçısının Belarus Prezidenti ilə görüşdən sonra
mətbuata bəyanatından
da göründüyü
kimi, Azərbaycanla
Belarus Respublikası arasında
Hökumətlərarası Komissiya uğurla fəaliyyət göstərir
və gələcəkdə
əməkdaşlığın artırılması istiqamətində
bir çox tədbir həyata keçiriləcək: "İki
ölkə arasında
əvvəlki illərdə
yaradılmış birgə
müəssisələr perspektivli
fəaliyyət göstərir
və yeni yaradılacaq digər müəssisələrin sayının
da artırılması
nəzərdə tutulub.
Əsasən maşınqayırma,
hərbi sənaye komplekslərində, eləcə
də kənd təsərrüfatı sahələrində
əməkdaşlıq əlaqələri
daha da gücləndiriləcək
ki, bu da
ölkələrimizin təhlükəsizliyinə
və iqtisadiyyatının
güclənməsinə əhəmiyyətli
dərəcədə dəstək
göstərəcək. Belarus şirkətləri Azərbaycanın
işğaldan azad edilmiş torpaqlarında bərpa işlərində
də iştirak edəcəklər. Belarus Respublikasının
şəhərsalma sahəsində,
eləcə də aqroşəhərciklərin tikintisində
böyük təcrübəsindən
faydalanmaq mümkün
olacaq".
Deputat yekunda onu da deyib
ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun Prezident İlham Əliyevlə işğaldan
azad edilmiş Füzuli və Şuşa şəhərlərinə
səfər etməsi
də bu ölkənin Azərbaycanın
suverenliyinə hörmətlə
yanaşmasının bariz
nümunəsidir: "Göründüyü
kimi, Azərbaycanla Belarusun mehriban dostluq münasibətləri
hər keçən il daha da
möhkəmlənir. Prezident
İlham Əliyevlə
Aleksandr Lukaşenkonun
şəxsi dostluq münasibətləri də
ölkələrimizin və
xalqlarımızın dostluğunun
inkişafına böyük
töhfə verir".
Nəzrin
QAFARZADƏ,
Azərbaycan.-2024.-
19 may, № 104.- S.6.