Strateji tərəfdaşlıq, qarşılıqlı etimada əsaslanan münasibətlər

 

 

"Belarus Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə dövlət səfəri əlaqələrimizin daha da inkişafına böyük təkan verəcək. Azərbaycan ilə Belarus strateji tərəfdaş dost ölkələrdir. İki dövlət arasında bütün sahələrdə əməkdaşlığın böyük potensialı var".

Milli Məclisin Beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva qəzetimizə açıqlamasında deyib ki, Belarus Prezidentinin ölkəmizə dövlət səfəri iki ölkə arasında müxtəlif sahələri əhatə edən münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Səfər çərçivəsində keçirilən görüşlər zamanı səsləndirilən fikirlər, aparılan müzakirələr tərəflər arasında strateji tərəfdaşlığa qarşılıqlı etimada əsaslanan münasibətlərin uğurla inkişaf etdiyini təsdiqləyir".

Deputatın sözlərinə görə, Azərbaycan-Belarus əlaqələrinin dinamikasına nəzər saldıqda aydın olur ki, müxtəlif sahələri əhatə edən münasibətlər qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır, uğurla inkişaf edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Belarus arasında müzakirə olunan məsələlərin hamısı kifayət qədər konkret xarakter daşıyır. Ölkələrimiz arasında maşınqayırma da daxil olmaqla, sənaye kooperasiyası, birgə istehsal, həmçinin hərbi-sənaye kompleksi, kənd təsərrüfatı, nəqliyyat sahələri üzrə əlaqələrin inkişafı perspektivlərinin müzakirə olunması münasibətlərin sonrakı mərhələsi üçün mühüm əhəmiyyət daşıyır.

Belarusun Azərbaycanı hər zaman dəstəklədiyini vurğulayan S.Fətəliyeva deyib ki, prezidentlərin görüşündə postmünaqişə dövründə Cənubi Qafqaz regionunda vəziyyət müzakirə olundu. Prezident İlham Əliyev Belarus şirkətlərini Qarabağ Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştiraka dəvət etdi. Çünki dövlət başçısının da vurğuladığı kimi, Belarusun çox yaxşı şəhərsalma, aqroşəhərciklərin tikintisi təcrübəsi, müasir texnologiyaları var. A.Lukaşenko da öz növbəsində Belarus şirkətlərinin işğaldan azad edilmiş ərazilərin bərpasında yaxından iştirak etməyə hazır olduğunu bildirərək Azərbaycan ilə Belarus xalqları arasında dərin hörmət sıx münasibətlərin olduğunu vurğuladı.

Sevinc Fətəliyeva qeyd edib ki, Belarus Prezidentinin işğaldan azad edilmiş Füzuliyə Şuşaya səfəri xüsusi diqqət çəkir. Aleksandr Lukaşenkonun Füzuli Şuşa şəhərlərinə səfəri iki ölkə arasında əsl dostluğun nümunəsidir. Səfər çərçivəsində tərəflər arasında bir sıra sazişlərin imzalanması isə qarşılıqlı münasibətləri daha da gücləndirəcək. Azad olunmuş ərazilərin bərpasında Belarusun da iştirak etmək istəyi məmnunluq doğurur.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 19 may, № 104.- S.6.