Cənubi
Qafqazda davamlı sülhə nail olunacaq
Azərbaycanın
səyləri tezliklə
məntiqi nəticəsini
verəcək
"İndi biz
müsbət tendensiyaya
və sülhə doğru gedirik, sərhədlərin delimitasiyası
başlayıb. Buna iki ölkə tərəfindən hər
hansı bir vasitəçi olmadan nail olunub".
VI Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun açılış mərasimində
Prezident İlham Əliyevin vurğuladığı
kimi, Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin imzalanması istiqamətində ardıcıl
və mühüm addımlar atılır.
Qazax rayonunun 4 kəndinin azad edilməsi, sərhəd dirəklərinin quraşdırılması sülhə
nail olunması üçün real müstəvidə görülən
işlərə əyani
nümunədir.
Cəmi beş
aya əldə olunan irəliləyişlər
Təbii ki, əldə olunan razılaşmalar vasitəçilərin
iştirakı olmadan iki ölkə arasında birbaşa dialoqun aparılmasının,
görüşlərin keçirilməsinin
mühüm nəticəsidir.
Əminliklə demək
olar ki, 2024-cü il Cənubi Qafqazda sülhə nail olunması üçün vacib il oldu. Elə
bu ilin cəmi
beş ayı ərzində sülh istiqamətində keçilən
yol da bunu
deməyə əsas verir.
Xatırladaq ki,
2024-cü ilin fevral ayında Almaniyada iki ölkə liderinin görüşü
keçirilib. Həmin
ayın 28-29-da Berlində
Azərbaycan və Ermənistan xarici işlər nazirləri danışıqlar aparıblar.
Mayın 10-11-də isə
XİN rəhbərləri Qazaxıstanda görüşdülər.
Almatıda nazirlər
və onların nümayəndə heyətləri
"Azərbaycan və
Ermənistan arasında
sülhün və dövlətlərarası münasibətlərin
təsis edilməsi haqqında ikitərəfli
Saziş" layihəsinin
müddəalarının müzakirəsini
davam etdirdilər.
Eyni zamanda mayın 15-də Azərbaycanla
Ermənistan arasında
dövlət sərhədinin
delimitasiyası və
sərhəd təhlükəsizliyi
məsələləri üzrə
komissiyaların doqquzuncu
görüşü keçirildi.
Bu görüş Qazax rayonunun - Bağanis Ayrım, Aşağı Əskipara,
Xeyrimli və Qızılhacılı kəndlərinin
azad edilməsi ilə start verilən delimitasiya və demarkasiya prosesinin uğurlu davamı kimi mühüm əhəmiyyət
kəsb etdi.
Qeyd edək ki, delimitasiyanın məhz bu istiqamətdən
başlaması Azərbaycanın
təkidi ilə olub. Delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə
əsaslanılacaq.
Bütün bu
faktlar iki ölkə arasında sülh istiqamətində
mühüm irəliləyişlərin
olmasından xəbər
verir.
"Münaqişədən sonrakı vəziyyətə
gəldikdə, bir daha deyirəm, Azərbaycan çox fəal çalışır,
Azərbaycan məhz Ermənistana sülh sazişi ilə bağlı danışıqlara
başlamaq təşəbbüsünü
irəli sürdü.
Azərbaycan məhz o
ölkədir ki, baza prinsiplərini, hətta sülh sazişinin layihəsini hazırladı", - deyə
VI Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun açılış mərasimində
dövlət başçısı
da bildirdi ki, indi iki
ölkə arasında
danışıqlar gedir
və bu danışıqlar bizim təkliflərin layihəsi
üzərində aparılır.
Sülh səyləri
Azərbaycanın Vətən
müharibəsindən ötən
dövr ərzində
göstərdiyi davamlı
sülh təşəbbüsləri
və etdiyi çağırışlar xüsusilə
bu il bəhrəsini
verməyə başlayıb.
Buna qədər isə xarici havadarları, başda Fransa olmaqla, Ermənistana siyasi, hərbi dəstək verərək onu sülh prosesindən yayınmağa şirnikləndirirdi.
Geriyə baxıb həmin ərəfədəki
hadisələri ötəri
analiz etmək belə bəs edir görəsən ki, İrəvan 44 günlük müharibədə
və antiterror tədbirlərində uğradığı
ağrı-acılı məğlubiyyətdən
özü üçün
dərs çıxarmayaraq
sülhə yox, revanşa həvəslənirdi.
Qərəzli Qərb
təsisatlarına güvənərək
ölkəmizə qarşı
təxribatlar törədirdi.
Yelisey sarayı isə bu xüsusda
Ermənistana can-dildən
kömək edirdi. Məhz Fransa Prezidenti Emmanuel Makronun siyasi təxribatı nəticəsində
Azərbaycan ötən
il Qranadada keçirilən görüşdə
iştirakdan imtina etmişdi. Bu isə regionla bağlı məkrli planları olan Makronun yeganə təxribatı deyildi.
Lakin ölkəmizin
ortaya qoyduğu siyasi qətiyyət, bölgədə maraqları
olan xarici dairələri öz yerlərində otuzdurması,
eləcə də Qafqazda sülhə nail olunması üçün həyata
keçirdiyi davamlı
səylər sayəsində,
nəhayət, Ermənistan
da anlamağa başladı ki, bəzi Qərb ölkə və təşkilatlarının timsalında
uzaqda yaşayan pis məsləhətçilərinə
qulaq asması bir ölkə kimi ona yaxşı
heç nə vəd etmir.
Danılmaz reallıqdır
ki, Ermənistanın dalan ölkə olmaqdan qurtuluşu yalnız Azərbaycanla danışıqlardan, sülh
müqaviləsinin imzalanmasından
keçir. Buna görə də İrəvan Bakının
sülh çağırışlarına
cavab verməyə başladı və artıq yuxarıda sadalanan razılaşmalar da əldə edilib.
Bölgədə sülh
üçün yaranan
tarixi şəraitin, iki ölkə arasında birbaşa danışıqların aparılmasının,
Qazaxın kəndlərinin
azad edilməsinin, sərhəd dirəklərinin
quraşdırılmasının fonunda ölkəmizin haqlı mövqeyinin qələbə çalması
da aydın görünür. Azərbaycan
güc yolu ilə ərazilərini işğaldan azad edərək, Qarabağda separatizmin kökünü
kəsərək tarixə
dayanan, ədalətə
söykənən qələbə
qazandığı kimi,
ondan sonrakı dövrdə də bölgədə sülhə
nail olunması üçün əsaslı
səylər göstərir.
Bakının bu
istiqamətdə gördüyü
kompleks tədbirlərin
nəticəsidir ki, onilliklərin ardından regionda barış, normallaşma, təhlükəsizlik
vəd edən münbit mühit formalaşıb.
Bütün bunlar
isə bir daha təsdiq edir ki, bölgədə
sülhü təmin edəcək siyasi iradə ortaya qoyan Azərbaycanın təklif, təşəbbüs
və səyləri tezliklə öz məntiqi nəticəsini
verəcək. Cənubi
Qafqazda davamlı sülhə nail olunacaq.
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2024.-
19 may, № 104.- S.6.