Makronun müstəmləkəçilik fobiyaları
Fransa Prezidenti Emmanuel Makronun administrasiyası öz müstəmləkəçilik siyasətinin uğursuzluğuna
görə Rusiya və Azərbaycanı günahlandırmağa çalışır.
"Politico"nun Fransa
kəşfiyyat idarəsindəki
adı açıqlanmayan
mənbələrə istinadən
verdiyi məlumata görə, rəsmi Paris iddia edir ki,
Yeni Kaledoniyada üsyançı hərəkatın
güclənməsi bu
və ya digər dərəcədə
Moskva və Bakının müdaxiləsi
ilə bağlıdır.
Yelisey sarayından gələn bu cür eyhamlar və təxribat xarakterli yalanlar həm daxili siyasi yolda öz
sistemli uğursuzluqlarına
bəraət qazandırmaq
üçün çıxılmaz
cəhd, həm də Rusiya və Azərbaycana qarşı düşmənçilik
fəaliyyətinin pərdəsi
kimi qiymətləndirilməlidir.
Parisin əsassız və gülünc ittihamları Makronun Ukrayna və Cənubi Qafqazda davamlı təxribatları
kontekstində xüsusilə
kinli və absurd görünür.
Son günlər
yerli əhalinin Makronun, açıq desək, mərhəmətsiz
müstəmləkəçilik siyasətinə qarşı
kütləvi etirazlarının
baş qaldırdığı
Yeni Kaledoniyada vəziyyət imperialist keçmişin kölgələrinin
tamamilə dağılmasının
mühüm göstəricisidir.
XIX əsrin ortalarında
fransız işğalçıları
tərəfindən ələ
keçirilən Sakit
okean adaları qrupu bu gün
Fransanın tərkibində
"inzibati qurum"dur
və metropoliya hakimiyyət orqanlarının
müxtəlif bürokratik
və hüquqi hiylələrinə baxmayaraq,
bu status heç də koloniya
vəziyyətindən fərqlənmir.
Baxmayaraq ki, fransızlar köhnə qitənin digər keçmiş müstəmləkə
gücləri kimi, demokratiyaya sadiqliklərini
israrla nümayiş etdirirlər və əvvəlki imperialist vərdişlərini rəsmi
səviyyədə fəal
şəkildə inkar
etməyə çalışırlar,
Sakit və Hind okeanlarında, Karib dənizində böyük ərazilər,
eləcə də Cənubi Amerikada bütöv bir ölkə onların hakimiyyəti altındadır.
Fransanın hazırk
müstəmləkə əraziləri
işlərin əsl vəziyyətini ört-basdır
etmək üçün
hazırlanmış müxtəlif
statuslara malikdir. Buna baxmayaraq, XXI əsrdə bu cür hiylələr bir vaxtlar əsarət
altında olan torpaqların və xalqların əhalisini artıq aldatmağa qadir deyil və
Qərbin bütün
psevdodemokratik ritorikaları
ilə eyni yalana bənzəyir.
Yeni Kaledoniyada iğtişaşlar mayın
13-də Parisin seçki
proseslərinin dəyişdirilməsi
ilə bağlı həyasız qərarı
fonunda başlayıb ki, bu da
yerli əhalinin öz torpaqlarında əsas məsələlərdə
söz sahibi olmaq üçün son şansını itirməsi ilə nəticələnə bilər.
Hakimiyyəti dövründə
Fransanın keçmiş
Afrika koloniyalarında
nüfuzunu nəhayət
itirdiyi Emmanuel Makronun planına görə, metropoliyadan olan ekspatlar, yəni əslində müstəmləkəçi məmurlar,
idarəçilər və
hərbi qulluqçular
Yeni Kaledoniyada yerli əhalinin nümayəndələri kimi
eyni səsvermə hüquqlarını əldə
etməlidirlər. Belə
bir qərar onsuz da məzlum
və ayrı-seçkiliyə
məruz qalan yerli kanak xalqını
gələcəklərinə təsir etmək imkanından tamamilə kənarlaşdıra bilər.
Xüsusilə qeyd
etmək lazımdır
ki, 1853-cü ildə fransızlar tərəfindən
tutulan Yeni Kaledoniya Paris üçün
son dərəcə əhəmiyyətli bir müstəmləkədir. Arxipelaq
üzərində nəzarət
Fransaya Asiya-Sakit Okean regionunda tamhüquqlu hərbi mövcudluğunu saxlamağa,
dünyanın bu hissəsində dəniz və hərbi hava qüvvələri bazasını yerləşdirməyə
imkan verir. Digər tərəfdən
ən zəngin mineral ehtiyatları da burada - Yeni
Kaledoniya adalarında cəmləşib.
Təkcə onu qeyd etmək kifayətdir ki, Yeni Kaledoniya dünyada təsdiqlənmiş
nikel ehtiyatlarının
dörddə birinə,
eləcə də digər strateji əhəmiyyətli metalların
zəngin yataqlarına
malikdir. Belə zənginliyə baxmayaraq, yerli əhali və ilk növbədə
yerli kanak xalqı uzun onilliklər ərzində
müstəmləkə administrasiyası
tərəfindən marginal
və gücsüz bir azlığa çevrilmişdir.
Kanakların son
etirazları və yerli hakimiyyət orqanlarının acizliyi fonunda Prezident Makron kolonial keçmişin ənənəsinə
uyğun olaraq, Yeni Kaledoniyaya cəza ekspedisiyasını
göndərib. Müxtəlif
mənbələrə görə,
artıq iki minə yaxın hərbçi, jandarm və polis burada
yerləşdirilib ki,
onlar silah gücü ilə arxipelaqın təbii sərvətləri üzərində
Fransa nəzarətini
saxlamalıdırlar.
"Russian-news.ru" saytının
yazdığına görə,
Yeni Kaledoniyadakı iğtişaşların Makronun
növbəti rusofob və anti-Azərbaycan isteriyasına səbəb
olmasını başa
düşmək üçün
xatırlamaq lazımdır
ki, Fransa Prezidenti avantüra və təxribatlarına cavab olaraq dəfələrlə
həm Moskvadan, həm də Bakıdan layiqli və gurultulu şillələr alıb.
Parisin Yeni Kaledoniyada öz çöküşünü Azərbaycana aid etmək cəhdləri xüsusilə absurddur. Düzünü desək,
Yelisey sarayının
Bakıya münasibətdə
davranışı tamamilə
iyrənc görünür,
çünki məhz
Makron administrasiyası
uzun müddətdir ki, Azərbaycan Respublikasının daxili işlərinə açıq
və ardıcıl şəkildə müdaxilə
edir, onun sərhədlərində silahlı
münaqişəyə səbəb
olur. Parisin özünü böyük
dövlət kimi qələmə vermək
cəhdləri fransızların
Qafqaz regionunda başlatdıqları dağıdıcı
fəaliyyətlərdə aydın şəkildə
özünü büruzə
verib.
Saytın yazdığı
məqalədə deyilir:
"Uzun illərdir ki, fransız biznesinin Azərbaycanda uğurla fəaliyyət göstərməsinə, Prezident
İlham Əliyevin balanslaşdırılmış və məsuliyyətli siyasətinin Fransaya neft-qaz sənayesində böyük üstünlüklər
əldə etməsinə
imkan yaratmasına baxmayaraq, Makron administrasiyası anti-Azərbaycan
isteriyası və Ermənistana silah tədarükünə başlayır.
Başa düşmək
lazımdır ki, Fransa hökumətinin bu cür demarşının
Fransada nüfuzlu erməni diasporunun sifarişini yerinə yetirməsi ilə bağlı tamamilə kinli fon var.
Makron administrasiyasının
Yeni Kaledoniyada baş verən iğtişaşlarla bağlı
Bakıya qarşı
səsləndirdiyi gülünc
ittihamlar artıq dünya mətbuatında ələ salınıb və aparıcı milli nəşr olan "Azərbaycan" qəzeti (azerbaijan-news.az) Fransa
təbliğatının cəfəngiyyatına
cavab verib. Özü də Yelisey sarayının iftira və böhtanını təkzib
edən məktubda hökumətin rəsmi mövqeyini dərc etməklə..."
Eyni zamanda qeyd edilir Mali,
Çad, Niger və Burkina Fasodan qovulmanın Parisin qara qitədəki
nüfuzunun qalıqlarına
kritik zərbə olması ilə yanaşı, bu proseslər Fransa iqtisadiyyatına ağır
zərbə vurub. Parisin Afrikanın ən zəngin təbii sərvətlərinə
çıxışını itirməsi özlüyündə
Fransa hakimiyyətinin və biznesinin bir çox planlarını puça çıxarır. Bununla
belə, Fransanın keçmiş Afrika müstəmləkələrindən qovulması ilk növbədə, onilliklər
ərzində xalqların
bədbəxtliklərindən öz sərvətlərini
əldə etmək üçün istifadə
edərək, onlarca Afrika ölkəsində korrupsiya, terror və anarxiyanı təşviq edən Parisin son dərəcə
alçaq və merkantil siyasətinin nəticəsidir.
Rizvan CƏFƏROV,
Azərbaycan.-2024.-
19 may, № 104.- S.7.