Müasir
müstəmləkəçiliyin ən eybəcər siması
Neokolonial Fransanın demokratiyadan danışmağa haqqı
yoxdur
"Fransa demokratik deyil, neokolonial ölkədir. Bu
ölkənin Yeni Kaledoniyaya
xüsusi təyinatlılar
göndərməsi müasir
müstəmləkəçiliyin ən eybəcər formasıdır. Özünü
bütün dünyaya
demokratiyanın beşiyi,
mədəniyyət simvolu
kimi təqdim edən Paris XXI əsrdə
öz azadlığı
uğrunda mübarizə
aparan kanak xalqına qarşı assimmetrik güc tətbiq etməklə müstəmləkəçi ölkə
olduğunu bir daha etiraf etdi".
Bu fikirləri qəzetimizə
açıqlamasında Milli Məclisin deputatı Hikmət
Məmmədov bildirib. O söyləyib
ki, Fransa istibdadı onun
dənizaşırı torpaqlar
adlandırdığı, əslində
isə işğal etdiyi ərazilərdə
get-gedə daha da kəskinləşir: "1998-ci ildə kanak xalqına seçmək və təmsilçilik hüququ verən Fransa indi bu məhdud
hüququ da onların
əlindən almağa
çalışır. Demokratiyanı,
insan hüquqlarını
eybəcər formada manipulyasiya edir, seçki qanunvericiliyini yerli xalqın iradəsinin əleyhinə
olaraq dəyişdirir.
Beləliklə, onsuz
da Fransanın ekspansiya
siyasəti sayəsində
öz ölkələrində
azlıq vəziyyətinə
salınan kanaklar hər keçən gün hüquqlarını
daha da itirirlər".
Hikmət Məmmədov
əlavə edib ki,
Paris adaya yerləşdirilən
miqrantlara qeyri-qanuni səsvermə hüququ tanımaqla kanakların səslərini daha da azaldır: "Faktiki olaraq, kanakların öz torpaqlarında hüquqlarını tamamilə
sıfıra endirir. Ən pisi isə
odur ki, bütün bunları demokratiya adı altında həyata keçirir. Paris
kanakları öz torpaqlarında adaya köçürülən və
Fransa yandaşları olan
miqrantlara uduzduracaq qanunu seçki hüququnun genişləndirilməsi
adı altında reallaşdırır. Bu riyakarlığı
qəbul etməyən
kanaklara isə güc tətbiq edir".
Deputat hazırda
Fransanın güc strukturlarının 10-dan çox
günahsız yeni kaledoniyalını
öldürdüyünü, yüzlərlə insanı
həbs etdiyini xatırladıaraq deyib ki,
bu cinayətkar ölkə kanakların iş yerlərini, təsərrüfat sahələrini
və əmlaklarını
dağıdaraq ölkəyə
200 milyon avrodan çox ziyan vurub. Bu, cəmi 600 min sakini olan bir
adanın iqtisadiyyatı
üçün dağıdıcı
zərbədir.
"Ən qəribəsi isə odur ki, Fransanın daxili işlər naziri Jerald Darmanen "France-2" telekanalına
müsahibəsində Azərbaycana
qarşı iddialar səsləndirib. Bütün
bunların günahkarı
qismində xarici qüvvələri, o cümlədən
Azərbaycanı göstərir.
Bununla da özünün
müstəmləkə siyasətini
gizlətməyə çalışır.
Əgər Azərbaycan
beynəlxalq hüququ,
öz azadlığını
bərpa etməklə
dünyada əzilən
xalqların mübarizə
simvoluna çevrilibsə,
buna ilk növbədə demokratiya,
beynəlxalq hüquq,
insan hüquqları kimi dəyərləri başlıca prinsip elan edən dövlətlər
sevinməlidir. Fransa isə
bunun tamamilə əksini edir. Ona görə də Fransanın beynəlxalq hüquqdan, yaxud demokratiyadan danışmağa
mənəvi haqqı
yoxdur. Okeaniyada yaşadıqları isə
onun neokolonial siyasətinin nəticəsidir",
- deyə Hikmət Məmmədov vurğulayıb.
Nəzrin QAFARZADƏ,
Azərbaycan.-2024.-
19 may, № 104.- S.7.