Fransanın ittihamları siyasi tərbiyəsizlikdir

 

 

Rəsmi Paris Azərbaycanla bağlı səslənən iddialara görə üzr istəməlidir

 

 

 

"Fransa tərəfindən ölkəmizə qarşı səsləndirilmiş bir çox fikirlə bağlı rəsmi Bakı həmişə qəti şəkildə mövqeyini ifadə edib. Hər zaman Fransanın özündən minlərlə kilometr uzaqda yerləşən ölkələrin daxili işlərinə qarışması deyil, öz problemlərini həll etməyin vacibliyi nəzərinə çatdırılıb".

Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov deyib. Deputat bildirib ki, Fransanın daxili işlər naziri Jerald Darmanen tərəfindən Azərbaycanla bağlı səslənən iddialar absurddur siyasi tərbiyəsizlikdir. Bütün bunların heç bir əsası yoxdur, sadəcə olaraq şər, böhtandır. Haqlı olaraq Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı rəsmi münasibət bildirib. İnsan hüquqlarının kobud şəkildə pozulduğu, baş verən iğtişaşlar zamanı aksiyaçıların öldürüldüyü, islamofobiya müsəlmanlara qarşı hücum hallarının, eləcə antisemitizmin geniş yayıldığı Fransadan fərqli olaraq Azərbaycanda fundamental hüquq azadlıqlar təmin edilir.

Deputat qeyd edib ki, Fransa bu fikirlərinə görə Azərbaycandan üzr istəməlidir. "Onsuz da hazırda iki ölkə arasında münasibətlər Fransanın günahından durmadan pisləşir. Bunun səbəbkarı isə rəsmi Parisdir. Yeni Kaledoniyada baş verən hadisələr bu günün məsələsi deyil. 1980-ci illərdə orada iğtişaşlar baş verib, sonradan isə sülh müqaviləsi imzalanıb. Fransanın çirkin siyasəti adanı az qala ikiyə bölüb", - deyə o əlavə edib.

V.İsgəndərov bildirib ki, Yeni Kaledoniyada əhalinin sayında fransızların daha da artmasına səbəb olacaq qanun layihəsinə qarşı baş verən bu etirazlar qəddarcasına dağıdılır. Hətta qarşıdurmalarda çoxsaylı ölənlər yaralananlar da var. Bütün bu məsələlərdə məsuliyyət Fransanın üzərinə düşür.

Deputat vurğulayıb ki, Fransa daxili işlər nazirinin ölkəmizə qarşı böhtan xarakterli fikirlər söyləməsi artıq əndazəni aşmaqdır: "Heç bir fakt olmadan Azərbaycanı ittiham edən Fransa az qalır Günəş tutulmasını da bizimlə əlaqələndirsin. Təbii olaraq rəsmi Bakı bütün bunların cavabını vaxtında yerində verir. Fransa özündən min kilometrlərlə uzaqda müstəmləkəçilik siyasəti yeritməkdənsə, öz daxilində baş verən həm siyasi, həm iqtisadi problemlərlə məşğul olsa daha məqsədəuyğundur.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 19 may, № 104.- S.7.