İnsanlıq
əleyhinə cinayət
törətməkdə davam
edən dövlət
Yer kürəsinin
50-dən çox ölkəsinin
ərazisini işğal
edib təbii sərvətlərini talayan,
xalqlarını illərlə
əsarətdə saxlayan
Fransa insanlıq əleyhinə törətdiyi
cinayətlərə, soyqırımlarına,
amansız vəhşiliklərə
görə dünya xalqları tərəfindən
ən çox lənətlənən ölkədir.
Bu ölkənin törətdiyi soyqırımları
dünyanın ən böyük qara ləkəsidir.
Əlcəzairdə, Ruandada, Nigerdə, Mərakeşdə, Vyetnamda
və adını qeyd etmədiyimiz digər ölkələrdə milyonlarla günahsız insanı amansızlıqla
qətlə yetirən
Fransa işğal etdiyi ərazilərdən
qovulduqca tarixdə törətdiyi bəşəri
cinayətlərdən nəticə
çıxarıb səhvlərini
düzəltmək əvəzinə
imperialist siyasətini
genişləndirməyə çalışır. İnsanlıq
əleyhinə yönələn
əməllərini indi
Yeni Kaledoniya əhalisi üzərində
tətbiq edir. Özünü dünyada
"demokratıyanın hamisi",
guya insan haqlarının müdafiəçisi
kimi təqdim etmək istəyən Fransa parlamenti Yeni Kaledoniya əhalisinin yerli idarəetmə sistemində
iştirak hüquqlarını
məhdudlaşdıran qanunu
təsdiqləyib. Fransanın
beynəlxalq hüquq normalarına uyğun gəlməyən bu addımını etrazla qarşılayan kaledoniyalılara
indi divan tutulmağa başlanılıb.
Dünyaya "demokratiya
dərsi keçən"
Fransa hökuməti bu dəfə etiraz edən dinc kaledoniyalıları öldürməkdən belə
çəkinmir. Fransa
ordusu və polisi adi insan
haqlarını tələb
edən insanlara zor tətbiq edir. Dinc nümayişçilərdən
yüzlərlə yaralanan
var. Yeni Kaledoniyada fövqəladə
vəziyyət tətbiq
olunmasına qərar verən Makron hökuməti nümayişçilərin
kütləvi həbsinə
də başlayıb.
İşın maraqlı
tərəfi budur ki, Fransanın daxili işlər naziri Jerald Darmanen
Yeni Kaledoniyada baş verən hadisələrə görə
Azərbaycanı əsassız
ittiham edib. Onun iddiasına görə, guya rəsmi Bakı Fransanın daxili işlərinə qarışır.
İllərdir ki,
Fransa Azərbaycan ərazilərində kök
salan separatçıları
silahlandıraraq Qarabağı
münaqişə ocağına
çevirmişdi. 2020-ci ilin
Vətən müharibəsi
zamanı və ondan sonrakı dövrlərdə, elə
bu gün də Fransa Prezidenti Emmanuel Makronun ölkəmizə qarşı sərgilədiyi
ədalətsiz və
qərəzli mövqeyə
bütün dünya şahidlik etməkdədir.
Bununla kifayətlənməyən
Fransa parlamentinin hər iki palatası,
Fransa dövləti, onun ali siyasi
rəhbərliyi Qarabağdakı
separatçı rejimi
açıq şəkildə
dəstəkləmişdir. Ölkəmizə qarşı
hər cür avanturist hərəkətlər
edən bir ölkənin daxili işlər nazirinin ölkəmizi ittiham etməsi olduqca gülünc görünür.
Azərbaycan Fransadan fərqli olaraq müstəmləkəçiliyə qarşı mübarizəni
hər hansı separatçı rejimi dəstəkləməklə etmir.
Fransa Prezidenti Emmanuel Makron da, onun avantürist
komandası da anlamalıdır ki, Fransanın törətdiyi
və bu gün də israrla davam etdirdiyi
bəşəri cinayətlərin
ifşa olunmasının
qarşısını almaq
artıq mümkün
deyil. Sürətlə
dəyişən dünyada
Afrika ölkələri
də Fransanın müstəmləkəçiliyindən xilas olacaq, öz
haqları uğrunda mübarizə aparan Yeni Kaledoniya da istədiyinə nail olacaq. Müstəmləkəçiliyə
qarşı Fransanın
daxilində başlayan
mübarizə yəqin
ki, Makronun avtoritar idarəçilik sisteminə son qoyacaq.
Elşən QƏNİYEV,
Azərbaycan.-2024.-
19 may, № 104.- S.7.