"Yaşıl enerji"yə keçidlə bağlı dövlətimizin strateji hədəfləri var

 

 

Yaşıl dünya naminə həmrəylik ili - 2024

 

Son illər beynəlxalq əhəmiyyətli tədbirlərə evsahibliyi ilə qlobal müzakirə inkişaf proseslərinin mərkəzlərindən birinə çevrilmiş Azərbaycanda bu il daha bir möhtəşəm tədbirə ciddi hazırlıqlar gedir. Xəbər verildiyi kimi, ötən ilin dekabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29 tədbirinin Azərbaycanda keçirilməsi ilə əlaqədar qərar qəbul olunub. Bu, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət etimadın, eləcə ölkəmizin milli, regional qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfələrinin təqdir olunmasının bariz nümunəsidir. Bu ilin noyabr ayında Bakı iki həftə dünyanın diqqət mərkəzində olacaq   paytaxt şəhərimiz  təqribən 70-80 min xarici qonağı qarşılayacaq.

 

 

 

Ölkəmizə yüksək beynəlxalq rəğbət

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu qərarı belə qiymətləndirmişdir: "Bu, bizə dünya ictimaiyyəti tərəfindən göstərilən böyük hörmət rəğbətdir, eyni zamanda bizim "yaşıl enerji"yə keçidimizə olan böyük qiymətdir".

"Yaşıl enerji"yə keçid artıq bütün dünyada labüd zərurətə çevrilmişdir. Belə bir keçid müasir dünyamızın çağırışıdır. IV Sənaye İnqilabı dövründə bir tərəfdən dayanıqlı inkişafı, insanların rifahını təmin etmək, digər tərəfdən isə planetimizin təbii resurslarını qorumaq, Yer kürəsini gələcək nəsillər üçün yaşamağa daha uyğun hala gətirməkdən ötrü "yaşıl enerji"yə keçid mütləqdir. Bəşəriyyət tarixboyu bir neçə dəfə belə proseslərdən keçib. Bu, həyatın inkişaf məntiqidir. Dövlət xadimlərindən birinin artıq aforizmə çevrilmiş məşhur fikri var: "Daş dövrü ona görə başa çatmadı ki, dünyada daş tükəndi". İnsan zəkası inkişaf etdikcə, texnoloji tərəqqi irəlilədikcə hər bir kəs ənənəvi təcrübəni irəli aparıb əvvəlkindən daha yaxşısını, yaşayış tərzi ətraf mühit üçün daha yararlısını etməyə çalışır. Bu baxımdan "yaşıl enerji"yə keçid prosesləri getdikcə sürətlənəcək.

Belə proseslərdə adətən dəyişiklik meyillərini vaxtında dəyərləndirib ona çevik şəkildə uyğunlaşan dövlətlər, cəmiyyətlər böyük nailiyyətlər əldə edirlər. Sevindiricidir ki, Azərbaycan bu prosesin önündə addımlayan ölkələrdəndir. Zəngin neft resursları ilə tarixən enerji ölkəsi kimi tanınmış respublikamız hazırda "yaşıl enerji"yə keçid sahəsində nümunələr yaradaraq ənənələrini qoruyub inkişaf etdirir. Eyni zamanda qlobal miqyasda "yaşıl enerji"yə keçid təşəbbüslərinə real layihələrlə böyük töhfələr verir. COP29 tədbiri kimi mühüm platformaya evsahibliyi bunun daha bir örnəyidir.

"Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə özünü göstərəcəkdir. Dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz "yaşıl enerji" ilə bağlıdır. "Yaşıl enerji" növlərinin yaradılması "yaşıl enerji"nin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır bütün dünya bunu bir daha görəcək", - deyə Prezident İlham Əliyev xüsusi olaraq bəyan edib. 

 

 

 

Aydın hədəflər

 

 

 

Yanacaq istehsalçısı ixracatçısı olan Azərbaycan COP29-a evsahibliyi ilə iqlim dəyişikliyinə qarşı mübarizə üzrə aydın strategiyasını nümayiş etdirəcək. Beynəlxalq ictimaiyyətin etibarlı məsuliyyətli üzvü kimi dövlətimizin iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizə üzrə mühüm hədəfləri var. "Yaşıl enerji"yə keçid bu strateji hədəflərdə əsas yer tutur. Məlum olduğu kimi, ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri məhz "Təmiz ətraf mühit "yaşıl artım" ölkəsi" olmaqdır. Həmin prioritetə uyğun şəkildə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası artırılması, su ehtiyatlarından dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində mühüm işlər aparılır. Bu sahəyə məsul olan dövlət institutları ilə yanaşı, biznes qurumları, ictimai sektorun təmsilçiləri, fərdi vətəndaşlar da prosesdə fəal iştirak edir, ümumi məqsədlərə töhfə verirlər. Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi müəyyənləşdirib.

İşğaldan azad edilmiş Qarabağ Şərqi Zəngəzur, eləcə Naxçıvan Muxtar Respublikası "yaşıl enerji" zonası elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa yenidənqurma prosesində ətraf mühitin qorunması prioritet kimi götürülür. Həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistemin bərpası istiqamətində ardıcıl işlər aparılır. Qarabağ Şərqi Zərgəzurun alternativ, "yaşıl enerji"lər, karbohidrogen karbon qazlarından azad olan seqmentlər üzrə inkişaf etdirilməsi yanaşmasının ortaya qoyulması faktiki olaraq "yaşıl enerji"yə yeni münasibətin sərgilənməsindən bu sahədə siyasətin formalaşmasından xəbər verir.

"Yaşıl enerji" növlərinin yaradılması "yaşıl enerji"nin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Ölkəmiz elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.

Ötən il respublikamızda regionun ən böyük bərpaolunan elektrik enerjisi stansiyası istifadəyə verildi. 230 meqavat gücündə günəş-elektrik stansiyası artıq Azərbaycanın enerji sisteminə tam inteqrasiya edilib. Hazırda Bakıda Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti "Xızı-Abşeron" Külək-Elektrik Stansiyasının tikintisini davam etdirir. Növbəti yeni layihələrin reallaşması üçün bir sıra sənədlər imzalanıb, hazırda danışıqlar gedir. Məsələn, yaxın aylarda BP şirkəti Cəbrayıl rayonunda "Şəfəq" Günəş-Elektrik Stansiyasının təməlini qoyacaq.

Məlum olduğu kimi, "yaşıl enerji" konsepsiyasının əsas elementləri günəş külək enerjisindən sistemli şəkildə istifadə edilməsidir. Coşqun Xəzərin dalğalarının gətirdiyi küləklər, yurdumuzun əksər bölgələrinin bol günəşi bu növ enerji istehsalını genişləndirmək üçün böyük perspektivlər açır. Mütəxəssislər təsdiq edirlər ki, təkcə Xəzərin Azərbaycan sektorunda külək enerjisinin potensialı 157 qiqavat təşkil edir.  İşğaldan azad olunan ərazilərimizin günəş külək potensialı böyükdür. Qarabağ Şərqi Zəngəzur 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Ölkəmizin daxili su ehtiyatlarının isə təxminən 25 faizi bu ərazilərdə formalaşır. Belə bir reallıq həmin ərazilərdə istehsal olunan elektrik enerjisinin hətta digər rayonlara nəql edilməsinə imkan yaradacaq.

Qeyd olunduğu kimi, daha bir "yaşıl enerji" zonası Naxçıvan Muxtar Respublikasıdır.  Keçən ilin sentyabr ayında Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə III Enerji Forumu "Naxçıvan - Yaşıl Enerji Zonası" Beynəlxalq Konfransında vurğulandı ki, "yaşıl enerji" layihələrinin reallaşdırılması yaxın illərdə muxtar respublikanı enerji ixracatçısına çevirəcək onun strateji əhəmiyyətini daha da artıracaq.

Bir sözlə, "yaşıl gündəliyimiz" uğurla davam edir. Təkcə bu il 1300 meqavat günəş külək enerjisini istehsal etmək gücü olan stansiyaların təməli qoyulacaq. 2027-ci ilin sonuna qədər isə 2000 meqavat "yaşıl enerji"miz olacaq. Həmin vaxta qədər 9 günəş külək-elektrik stansiyası istismara veriləcək. 2030-cu ilə qədər isə əlavə olaraq 10 günəş külək enerjisi stansiyası qurulacaq ki, onların da gücü 5000 meqavat (5 qiqavat) təşkil edəcək. Bu potensial qaz istehlakının əksər hissəsini elektrik enerjisi ilə əvəzləməyə imkan verəcək. Nəticədə Avropaya ən azı əlavə 5 milyard kubmetr qaz ixrac etmək mümkün olacaq.

İmzalanmış kontraktlar anlaşma memorandumları əsasında yaxın bir neçə il ərzində Azərbaycanda çoxlu bərpaolunan enerji növləri, enerji mənbələri yaradılacaq dövlət rəhbərimizin bəyan etdiyi kimi, ölkəmiz bu istiqamətdə dünyada liderlər sırasında olacaq. COP29 beynəlxalq konfransının ölkəmizdə keçirilməsi bu sahədə uğurlarımızın da əyani təcəssümüdür.

 

 

 

"Yaşıl dünya" naminə həmrəylik

 

 

 

"Yaşıl enerji"yə keçid iqlim dəyişmələrinə qarşı qlobal mübarizənin, təbii ki, bir komponentidir. Bu mübarizənin daha da gücləndirilməsi, öz məqsədlərinə çatması üçün kompleks yanaşma tələb olunur. Xüsusilə bu məsələdə beynəlxalq həmrəylik göstərilməsi, bütün ölkələrin lokal maraqlardan daha çox qlobal maraqlara köklənməsi, Yer kürəsinin hamımızın ümumi evimiz olması anlayışının, mədəniyyətinin formalaşması çox mühümdür. Azərbaycan belə bir həmrəyliyin əldə olunması işinə öz töhfələrini verir COP29 tədbirinə evsahibliyi bunun bariz təcəssümü sayıla bilər.

İqlim dəyişikliklərinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli sərəncamı ilə 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilmişdir. Bunun özü regional qlobal səviyyədə diqqətin ekoloji problemlərə yönəldilməsi, iqlim dəyişikliklərinə qarşı görülən işlərə fayda verəcək ideyaların ortaya çıxması, layihələrin reallaşdırılması, cəmiyyətdə ətraf mühitə daha adekvat münasibətin, ekoloji mədəniyyətin formalaşması baxımından son dərəcə mühüm addımdır.

Hazırda istər respublikamızda, istərsə xarici ölkələrdə keçirilən bir çox tədbirin əsas mövzusunu məhz COP29 təşkil edir. Bu ay Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda da COP29-la bağlı geniş söhbət getdi. Prezident İlham Əliyev çıxışında bu mövzu üzərində xüsusi dayandı. Bildirdi ki, "Biz indi öz rolumuzu körpülərin salınmasında görürük. Mən tariximiz, coğrafiyamız, qarşılıqlı əlaqələrimiz, Avropa təsisatları ilə münasibətlərimiz, eyni zamanda coğrafi baxımdan Qərb ilə Şərq arasında yerləşməyimiz barədə söylədim ki, biz bu amillərlə çox görə bilərik. Hazırda biz qeyd edirik ki, əvvəlki sədrliyimiz kimi, körpülər salmağa çalışacağıq".

Bu gün Azərbaycan dünyada neft qaz təchizatçısı kimi tanınır. Ölkəmiz Gürcüstana, Türkiyəyə, Bolqarıstana, Yunanıstana, İtaliyaya, Rumıniyaya, Serbiyaya Macarıstana təbii qaz ixrac edərək onların enerji təhlükəsizliyində mühüm rol oynayır.

"COP29-a evsahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana gördüyümüz işlərə, o cümlədən "yaşıl enerji" sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik. Nəhayət, bu, böyük məsuliyyətdir, çünki biz nəinki yaxşı tədbir təşkil etməli, o cümlədən yaxşı nəticələrə nail olmalıyıq. Hesab edirəm ki, Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla beynəlxalq əlaqələri onlarda fəal iştirakı bizə müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq ya onları gücləndirmək, eləcə onların həmrəyliyini möhkəmləndirmək imkanını yaradacaq". Bu sözləri isə Prezident İlham Əliyev Almaniyanın paytaxtı Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində  çıxış edərkən deyib. COP29 ərəfəsində təşkil olunan bu tədbir  iqlim böhranının aradan qaldırılması istiqamətində konkret addımları müzakirə etmək məqsədi daşıyırdı.

 Ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası iqlim dəyişikliyinə yeni yanaşmalar da yaradacaq müxtəlif maraqlı tərəflər arasında əməkdaşlığı təşviq edəcək. Başqa sözlə, Azərbaycan körpülər yaradacaq, o cümlədən "yaşıl enerji"yə keçidlə iqlim dəyişikliyi ilə bağlı hər kəs gündəliyimizin "yaşıl enerji" ilə bağlı olduğunu bir daha görəcək. Dövlətimizin başçısı Berlində bunları bir daha vurğulayaraq demişdir: "Yekun fikrim ondan ibarətdir ki, enerji təhlükəsizliyi birmənalı olaraq ölkələrin milli təhlükəsizlik məsələsi hesab edilməlidir. Ayrı-seçkilik olmamalıdır. Faydalı qazıntı ilə zəngin olan ölkənin rəhbəri kimi, əlbəttə ki, biz həmin ölkələrin sərmayəni hasilatı davam etdirmək hüququnu müdafiə edəcəyik, çünki dünyanın buna ehtiyacı var. Lakin eyni zamanda artıq qeyd etdiyim kimi, faydalı qazıntısı olan ölkələr iqlim dəyişmələri məsələlərinə aid həmrəyliyi nümayiş etdirən ölkələr sırasında olmalıdırlar".

 

 

 

Ölkəmizin qlobal rolu güclənir

 

 

 

Dünyanın müxtəlif ölkələrindən bu sahədə proseslərə geniş təsir imkanlarına malik onminlərlə iştirakçının qatılacağı COP29 tədbiri sadəcə ekoloji problemlərin müzakirə platforması olmayacaq. Burada ekoloji problemlərin həlli üçün birlikdə mühüm addımların atılması qərarlaşdırılacaq. Bu tədbirə evsahibliyi Azərbaycanın aktual ekoloji problemləri həll etmək davamlı həll yolları tapmaq üçün digər ölkələrlə işləmək imkanlarını bir daha ortaya qoyacaq.

Azərbaycan belə bir mühüm qlobal tədbirə evsahibliyi ilə beynəlxalq nüfuzunu ekoloji gündəliyə sadiqliyini nümayiş etdirmiş olur, bununla dünya arenasında fəal nüfuzlu oyunçu rolunu daha da gücləndirir. COP29-a evsahibliyi eyni zamanda Vətən müharibəsindəki tarixi zəfərimizdən, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından sonra regionda yaranmış yeni reallıqların bölgəmiz üçün yaratdığı inkişaf perspektivlərinə işıq salır. Ərazi bütövlüyümüzün bərpasından sonra dövlətimizin ən böyük hədəfi insanların rifahı, regionda əbədi sülhün, sabitliyin, dayanıqlı inkişafın, qarşılıqlı faydalı əməkdaşlığın təmin olunmasıdır. Azərbaycan Cənubi Qafqazın timsalında bütün insanların hüzur xoşbəxtlik içində yaşadıqları inkişaf cənnətinin yaradılmasını istəyir bunun üçün çalışıb ardıcıl addımlar atır.

Bölgəmizin gələcək inkişafında bu regionun yaşıl əraziyə çevrilməsi çox mühümdür. Torpaqlarımızın təxminən 30 ilə yaxın sürən işğalı dövründə ermənilər həyata keçirdikləri dağıdıcılıq əməlləri ilə o torpaqları "boz zona"ya çevirmişlər. İşğal altındakı ərazilərimizdə Azərbaycanın zəngin flora faunası məhv edilmişdi. Eləcə tarixi-mədəni irsimiz vandalcasına dağıdılmışdı. Bu gün Azərbaycan azad yurdlarımızı yenidən qurub həyata qaytarır, dağıdılmış ərazilərimizin yenidən dirçəlişini təmin edir. Vaxtilə ermənilərin "boz zona"ya çevirdikləri əraziləri yaşıl zonaya çevirmək niyyətində olan bu niyyəti addım-addım gerçəkləşdirən Azərbaycan üçün COP29-a evsahibliyi həm yeni tarixi reallıqları gələcək perspektivləri dünya ictimaiyyətinə göstərmək, həm əldə edilmiş təcrübəni əyani şəkildə bölüşmək baxımından önəmlidir.

Özünün əsas məqsədləri, gündəliyi ilə yanaşı, COP29 həm Azərbaycanı dünyaya daha yaxından tanıdacaq. Ayrı-ayrı məkanlardan on minlərlə insan bir neçə gün ölkəmizdə qonaq olacaq, tarixi-mədəni irsimizlə, təbiətimizlə, milli özünəməxsusluqlarımızla yaxından tanışlıq fürsəti qazanacaq. Bu tədbir dünyadakı dostlarımızın çevrəsini , qlobal proseslərə təsir imkanlarımızı da genişləndirəcək.

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2024.- 19 may, ¹ 104.- S.8.