İndi Cəlilabad təkcə taxıl üzüm diyarı deyil

 

 

Rayon həm nübar məhsulları ilə tanınır

 

 

 

1969-cu ilin iyul ayında Azərbaycana rəhbər seçilən Heydər Əliyev bütün rayonlar kimi, Cəlilabadın da sosial-iqtisadi inkişafını diqqət mərkəzində saxlayırdı. Rayon qısa müddət ərzində taxılçılıq, üzümçülük digər kənd təsərrüfatı məhsulları istehsalında möhtəşəm nəticələr qazandı. Paralel olaraq rayonda emal, xüsusən üzüm emalı sənayesi inkişaf etməyə başladı.

1981-ci il sentyabrın 11-də Heydər Əliyevin Cəlilabada səfəri zamanı rayon sakinləri ilə görüşündə danışdığı bir əhvalat qədim diyarın dünənini bu gününü güzgü kimi əks etdirir: "Vaxtilə buralar səhranı xatırladırdı.  İndi isə rayona gəlib ucu-bucağı görünməyən üzüm bağlarını görəndə adam heyrətə gəlir. Kəhraba salxımlı üzüm plantasiyaları göz oxşayır. Cəlilabad ölkədə ən böyük üzümçülük rayonlarından biridir. Sizin yetişdirdiyiniz "Kişmişi" üzümü bütün ölkədə şöhrət qazanmışdır".

Sözünə davam edən Heydər Əliyev sonra demişdir: "Bilirsiniz, mən Cəlilabada gələndə Ermənistan KP MK-nın birinci katibi Karen Dəmirçyan mənə zəng edib dedi: "Heydər Əliyeviç, mən Azərbaycanı sosializm yarışına dəvət edirəm. Ermənistan bu yarışda 250 min ton üzüm yığıb təhvil verməyi öhdəsinə götürüb. Əgər Azərbaycan bu qədər üzüm yığıb təhvil verə bilərsə, bizimlə yarışa bilərsə, gəlin yarışaq". Siz bilirsiniz, mən ona cavab verdim? Mən gülə-gülə ona dedim: "Karen, sosializm yarışına girmək çox yaxşı ideyadır, mən bunu alqışlayıram. Amma sən Azərbaycanla yarışa girməzdən əvvəl, bizim Cəlilabad rayonu var, həmin rayonla yarışa gir. Sən deyirsən ki, Ermənistan 250 min ton üzüm yığmağı öhdəlik götürüb, amma təkcə Cəlilabad rayonu bu il 300 min ton üzüm yığıb dövlətə təhvil verəcək". Bu sözlərdən sonra Karen Dəmirçyan heç deməyib dəstəyi asdı. Axı deyə bilərdi?! Ona görə mən sizin bu şücaətinizlə fəxr edirəm. Cəlilabad zəhmətkeşlərinin əməyi ilə qürur duyuram".

Kənd təsərrüfatı məhsullarının - taxılın, üzümün, digər bitkilərin istehsalı artdıqca rayonun, habelə cəlilabadlıların gəliri durmadan yüksəldi. Həmin gəlirlə rayonun mərkəzində, qəsəbə kəndlərdə tikinti-quruculuq işləri genişləndi. Cəlilabad şəhərinin siması tanınmaz dərəcədə dəyişdi. Yeni ictimai binalar, yaşayış evləri, sosial əhəmiyyətli obyektlər inşa olundu, parklar, bağlar, xiyabanlar salındı, yollara, küçələrə asfalt döşəndi. Belə bir yüksəlişin, inkişafın nəticəsində yüzlərlə qabaqcıl əmək adamı o dövrün böyük mükafatlarına, fəxri adlarına layiq görüldü. Cəlilabadın hüsnünə şairlər şeirlər yazdılar, bəstəkarlar nəğmələr bəstələdilər.

İndi zaman başqadır. Azərbaycan həmin Azərbaycan, Cəlilabad həmin Cəlilabaddır. Ölkəmiz müstəqil, dövlətimiz güclü, xalqımız qalibdir. Elə Cəlilabad da tam dəyişib. Kəndli torpağının sahibidir, əkib-becərəcəyini özü seçir. Şəhərli isə hər cəhətdən rahatlığa çatıb. İş yeri, qaz, işıq, su problemi yoxdur. Çünki  2003-cü ilin oktyabrında prezident seçilən İlham Əliyev varislik missiyasını üzərinə götürərək Heydər Əliyev kursunu ilk gündən uğurla davam etdirir. Qəbul olunan regional inkişaf dövlət proqramlarının icrası sayəsində Cəlilabadda yeni istehsal müəssisələri, təhsil, səhiyyə, mədəniyyət ocaqları inşa edilib, yollar çəkilib, sosial məsələlərin həlli ilə bağlı müxtəlif layihələr həyata keçirilib, sahibkarlığa geniş meydan verilib.

Cəlilabad torpağı münbitdir, məhsuldardır. 90-cı illərdən sonra bir neçə fermer kartof yetişdirmək fikrinə düşdü. Bu məqsədlə Rusiya Federasiyasından toxumluq kartof gətirdilər. Maşlıq kəndi zonasında hələ birinci il yüksək məhsul əldə olundu yetişdirilən kartof münasib qiymətə satıldığından yaxşı gəlir verdi. Növbəti illərdə daha çox mülkiyyətçi kartofçuluqla məşğul olmağa başladı. Nəticədə kartofçuluq rayonda taxılçılıqla bərabər mühüm sahələrdən birinə çevrildi. Yetişdirilən kartofun mühüm bir hissəsi nübar məhsul kimi qonşu Rusiyanın müxtəlif şəhərlərinə göndərildi. Nübar məhsul istehsalçıya yaxşı qazanc verdiyindən kartof istehsalçıları daha tez məhsul yetişdirmək üçün yeni texnologiyalar tətbiq etdilər. Sellofan örtüklü karkaslar altında kartof yetişdirmək üsulu illər keçdikcə daha da genişləndirildi. Bu yolla aprel ayının əvvəlində yığılan məhsul satışa çıxarıldı.

Çiyələkçilik buranın kənd təsərrüfatı üçün nisbətən yeni sahədir. Çiyələk müstəqilliyimiz dövründə, necə deyərlər, kəndli öz pay torpağının ağası olduğu vaxtdan əkilməyə başlanıb. Ondan əvvəl tək-tək adamlar həyətyanı sahələrində şəxsi istifadə üçün çiyələk yetişdirirdilər. Rayonun təcrübəli fermerləri yalnız torpaq islahatından sonra bu sahəyə diqqət yetirmişlər. Əvvəl-əvvəl qardaş Türkiyədən çiyələk şitilləri gətirib əkmişlər. Bu sahədə türkiyəli mütəxəssislərin məsləhət tövsiyələri onların köməyinə gəlib. Bəzi sahibkarlar isə həmin mütəxəssisləri Cəlilabada dəvət edib. Münbit torpaq, münasib iqlim şəraiti çiyələk yetişdirmək üçün buranın yaxşı məkan olduğunu qısa vaxt ərzində təsdiqləyib. Fermerlər çiyələkçiliyin gəlirli olduğunu görüb, ilbəil onun sahəsini artırıblar. ABŞ, İtaliya, İspaniya kimi ölkələrdən rayona yeni məhsuldar çiyələk sortları gətirilib. İmkanlı sahibkarlar məhsul saxlamaq üçün soyuducu kameralar, saxlama anbarları tikiblər.

Üzümçülük sahəsində isə rayonun keçmiş şöhrətini qaytarmaq üçün ardıcıl tədbirlər görülüb. Hazırda rayon üzrə 1410 hektar üzüm bağı var ki, onun da 880 hektarında süfrə üzümü yetişdirilir. Satış bazarı çoxaldıqca fermerlər bu sahəyə diqqəti artırırlar. Yetişdirilən məhsul isə daxili bazarla yanaşı, qonşu ölkələrə ixrac edilir.

2000-ci illərin əvvəllərində Fransadan rayona gətirilən "Prima", "Kaberne", "Savnion", "Kardinal" digər üzüm sortları Cəlilabad şəraitində çox yaxşı nəticələr verir. Belə ki, münbit torpaq, bol günəş işığı, hərarət, bir işgüzar adamların səyi nəticəsində salınan yeni bağlar nəzərdə tutulduğundan xeyli öncə, yəni tənəklər əkiləndən 2 il sonra bara düşmüşdür. Xarici sortlarla yanaşı, bu gün rayonda "Mahmudu", " kişmişi", "Qara kişmişi" başqa yerli süfrə üzümü sortları da yetişdirilir.

İndi Cəlilabadda çöl işlərinin qızğın vaxtıdır. Bir tərəfdə kartof, digər tərəfdə çiyələk yığılır. Hələlik hər iki məhsulun sellofan örtüklər altında yetişdirilənləri toplanılır. Rayon ərazisində becərilən 580 hektar çiyələyin 380 hektarı bu üsulla yetişdirilir. Bir neçə gün əvvələdək sellofan örtük altında yetişdirilən 680 hektar sahədən 11 min 500 tondan çox nübar kartof da tədarük edilib. Həmin məhsulun 10 min tonu ixrac olunub.

Rayonun ikinci şəhəri olan Göytəpədə məhsul yığımının gedişi ilə maraqlandıq. Şəhər bələdiyyəsinin sədri İlqar Həsənovun dediklərindən məlum oldu ki, 3 min 500 təsərrüfatdan ibarət olan şəhərin əhalisi 15,5 min nəfərdir. Onların öhdəsində 1055 hektarlıq pay torpaq sahələri mövcuddur. Həmin ərazilərdə taxıl, kartof, çiyələk əkib-becərirlər. 700 fermer bu il 250 hektarda taxıl, 500 hektarda çiyələk, 100 hektarda kartof, 50 hektarda üzüm, 50 hektarda vələmir, 50 hektarda noxud, 30 hektarda qarğıdalı 25 hektarda sarımsaq yetişdirirlər.

Şəhər ərazisində ən işgüzar fermerlərdən biri Mirağa Həsənovdur. O, 5 hektardan çox sahədə müasir istixana təsərrüfatı yaradıb. Şri-Lankadan gətirdiyi kokos qabığı çiyələyi daha dadlı keyfiyyətli edir. Təsərrüfatda torpaq əvəzinə yalnız kokos qabığından istifadə edilir. Yeni texnologiyanın tətbiqi nəticəsində noyabrdan növbəti ilin aprelinədək "Mrano" sortundan olan çiyələk yığılaraq əsasən Rusiya bazarlarına göndərilir. Amma Rusiya ilə Ukrayna arasında müharibə getdiyindən əhalinin alıcılıq qabiliyyəti aşağı düşmüşdür. Buna görə satış qiyməti fermerləri, o cümlədən M.Həsənovu qane etmir.

Taxılçılar da bu il yüksək məhsul gözləyirlər. Onlar keçən ilin payızında 66 min 230 hektara toxum əkmişlər ki, onun da 56 min 580 hektarı buğda, 9 min 650 hektarı arpadır. Yanvar ayında bir neçə dəfə qarın, fevral-mart aylarında yağışların yağması bitkilərin inkişafına müsbət təsir göstərmişdir. Bununla yanaşı, fermerlər sahələrə yemləmə gübrəsini vaxtında vermiş, ziyanvericilərə, habelə alaq otlarına qarşı mübarizə tədbirlərinə keyfiyyətlə əməl etmişlər. May ayının 8 9-da yağan yağışlar isə zəmilərin muradını vermişdir. Dəmyə şəraitində becərilən taxıl sahələri doyunca dən suyu içmişdir. Bunların nəticəsi olaraq builki biçində keçənildəkindən xeyli artıq məhsul əldə olunacağı gözlənilir.

Kənd təsərrüfatı ilə yanaşı, rayonda tikinti-quruculuq, abadlıq işləri öz ahəngi ilə davam edir. Son iki ildə Cəlilabad şəhərində 56, Göytəpə şəhərində 18 küçəyə asfalt döşənmiş, piyadalar üçün səkilər salınmışdır. Rayonun qəsəbə kəndlərinə gedən yolların yenidən qurulması əhali tərəfindən rəğbətlə qarşılanır. Sakinlərin hər bir təklif rəyi rayon rəhbərliyi tərəfindən nəzərə alınır, imkan daxilində həll edilir.

Bununla belə, rayonda həllini gözləyən bir sıra problemlər mövcuddur. Məsələn, qədər qəribə olsa, 63 kənd hələ qazlaşdırılmayıb, 88 kəndin elektrik təsərrüfatının yenilənməsinə ehtiyac var, Cəlilabad şəhərində ümumi uzunluğu 90, Göytəpə şəhərində isə 47 kilometr olan küçələrə asfalt döşənməyib, 30 kəndin ümumi uzunluğu 171 kilometr olan  yolları da asfalt gözləyir, 85 kənd isə içməli sudan korluq çəkir.

Əmin olmaq istərdik ki, əlaqədar mərkəzi təşkilatlar ölkənin böyük kənd təsərrüfatı rayonu olan Cəlilabaddakı bu problemlərin həllinə kömək göstərəcəklər. Cəlilabadlılar çox zəhmətkeşdirlər. Ən azından bu səbəbə onları qazsız, susuz, yolsuz qoymaq insafdan deyil.

.

Seyran CAVADOV,

Azərbaycan.-2024.- 19 may, № 104.- S.11.