Azərbaycan-Tacikistan münasibətlərində yeni mərhələ başlayır

 

 

Prezident Emoməli Rəhmonun ölkəmizə səfəri mövcud əlaqələrə  müsbət impuls verəcək

 

 

 

Dünyanın siyasi arenasında yerini çəkisini möhkəmləndirən Azərbaycan əksər dövlətlərlə münasibətlərini inkişaf etdirməkdədir. Tam müstəqil xarici siyasət həyata keçirən Prezident İlham Əliyevin uğurlu diplomatiyası ilə Azərbaycan əksər dövlətlərin Cənubi Qafqaz regionundakı ən etibarlı tərəfdaşı hesab olunur. Azərbaycanın bir çox dövlətlərlə strateji tərəfdaşlq, səmimi dostluq-qardaşlıq münasibətləri mövcuddur.

Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə münasibətlər isə xüsusi yer tutur. Belə ölkələrdən biri Tacikistandır.

Son illərdə dünyada yaşanan proseslər ölkələrdən daha sıx əməkdaşlıq etməyi ümumi səylər göstərməyi tələb edir. Bu xətt Azərbaycanın xarici siyasətində açıq şəkildə hiss olunur.

Prezident İlham Əliyevin son 2-3 il ərzində Mərkəzi Asiyaya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri əlaqələrimizin genişlənməsini, dərinləşməsini strateji xarakter almasını şərtləndirir. Bu səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin qarşıdakı dövr üçün əsas istiqamətlərini müəyyənləşdirir.

Tacikistan Prezidenti Emoməli Rəhmonun ölkəmizə səfəri yeni yüksəliş mərhələsində olan münasibətlərimizə müsbət impuls verəcək. Tarixə nəzər yetirsək görərik ki, iki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. İki ölkə arasında ümumilikdə 70-dən çox sənəd, o cümlədən 2007-ci il martın 15-də "Azərbaycan Respublikası Tacikistan Respublikası arasında dostluq əməkdaşlıq haqqında Müqavilə" imzalanıb. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Prezidentinin ötən il Tacikistana dövlət səfəri çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə dair 14 sənəd imzalanıb.

Etiraf edək ki, iki dost ölkə arasında siyasi münasibətlər yüksək səviyyədə olsa da, iqtisadi sahədə əlaqələr ölkələrimizin potensialını tam əks etdirmir. İki ölkə arasında illik ticarət dövriyyəsinin həcmi

6 milyon dollardır ki, bu da çox azdır. Cari ilin ilk dörd ayında iki ölkə arasındakı ticarət dövriyyəsi 78 faiz artıb. Tacikistan hazırda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizindən (Orta dəhliz) fəal istifadə edir.

Ölkələrimiz arasında əlaqələrin inkişafında Prezident İlham Əliyevin tacikistanlı həmkarı Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Səmimi dostluq münasibətləri dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində məhsuldarlığında da özünü göstərir. Belə ki, Prezident İlham Əliyev Tacikistana indiyədək altı dəfə səfər edib. Ötən il dövlətlərimiz arasında ali səfərlər baxımından olduqca məhsuldar olub. Azərbaycan Prezidenti 2023-cü ildə dost ölkəyə iki dəfə səfərə gedib. Dövlətimizin başçısı 2023-cü il aprelin 5-6-da Tacikistana dövlət səfəri edib. Prezident İlham Əliyev ötən il sentyabrın 14-də Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Şurasının Düşənbədə keçirilən iclasında Prezident Emoməli Rəhmonun dəvəti ilə yeganə fəxri qonaq qismində iştirak edib. Tacikistan Prezidenti Emoməli Rəhmon isə ötən il noyabrın 24-də BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın iştirakçı ölkələrinin dövlət hökumət başçılarının Zirvə görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olub.

Onu da xatırladaq ki, 2008-ci il fevralın 7-də Azərbaycanla Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya yaradılıb. İndiyədək komissiyanın altı iclası keçirilib. Beşinci iclas 2022-ci il fevralın 22-23-də Düşənbədə, sonuncu iclas isə ötən il iyulun 7-də Bakıda baş tutub. 2023-cü ilin mayından "Azərbaycan Hava Yolları" QSC tərəfindən Bakı-Düşənbə-Bakı marşrutu üzrə həftədə üç dəfə olmaqla beynəlxalq uçuşlar həyata keçirilir.

Bu il mayın 20-də Bakıda Azərbaycan-Tacikistan İnvestisiya Forumu keçirilib. Forumda Azərbaycanın Tacikistanın investisiya potensialı, icra olunan layihələr haqqında təqdimatlar nümayiş etdirilib, müxtəlif iqtisadi subyektlər arasında yeni əməkdaşlıq məsələləri müzakirə olunub. Biznes-forum çərçivəsində şirkətlər arasında ticarət, dağ-mədən kənd təsərrüfatı sahələrində əməkdaşlığa dair 8 sənəd imzalanıb.

İki ölkə arasında elm təhsil sahəsində münasibətlər mühüm yer tutur. 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevə Tacikistan Milli Universitetinin Fəxri Doktoru diplomu təqdim olunub. 2018-ci il avqustun 11-də Azərbaycanda rəsmi səfərdə olan Tacikistan Prezidenti Emoməli Rəhmona ADA Universitetinin Fəxri Doktoru diplomu təqdim edilib. Hazırda Azərbaycanda 40-dək tacikistanlı tələbə təhsil alır.

Azərbaycan-Tacikistan mədəni əlaqələri məhsuldarlığı ilə seçilir. Ölkələrimiz arasında qarşılıqlı mədəniyyət günləri kino həftəsi keçirilir. 2007-ci il dekabrın 18-22-də Azərbaycanda Tacikistan Mədəniyyət Günləri, bir il sonra noyabrın

9-12-də isə Tacikistanda Azərbaycan Mədəniyyət Günləri təşkil olunub. 2015-ci il martın 9-12-də Bakıda Tacikistan kinosu günləri baş tutub. Mayın 20-də isə Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Tacikistan Mədəniyyət Günlərinin açılışı olub. Paytaxtla yanaşı, Gəncədə də keçirilən mədəniyyət günləri çərçivəsində Bakıda Tacik Kino Günləri də təşkil olunub. Düşənbədə azərbaycanlı heykəltaraşlar Fuad Əbdürrəhmanovun (Rudəkinin heykəli, 1964-cü il) və Ömər Eldarovun (Sədrəddin Ayinin heykəli, 1978-ci il və İbn Sinanın heykəli, 1980-ci il) əsərləri mövcuddur. 2022-ci ildən əvvəl Bakı və Düşənbə şəhərləri arasında Qardaşlaşma haqqında memorandum imzalanıb, sonra isə Xocənd və Gəncə qardaşlaşmış şəhərlər elan ediliblər.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan-Tacikistan  əlaqələri qardaş dövlətlərin və xalqların maraqları çərçivəsində dinamik inkişaf edir. Tacikistan Prezidentinin  bu səfərindən sonra isə bütün sahələrdə əməkdaşlığımız nəzərəçarpacaq dərəcədə artacaq.

 

Elçin CƏFƏROV,

Azərbaycan.- 2024.- 24 may, № 108.- S.4.