Prezident
İlham Əliyev: "Hər bir ölkə maliyyə
imkanlarından və gündəmindən asılı olaraq
üzərinə düşən vəzifəni yerinə
yetirməlidir"
Azərbaycan
Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibə
verib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da
Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci
Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli
Seqmentində iştirakı zamanı “Euronews” telekanalına
müsahibə verib.
AZƏRTAC həmin
müsahibəni təqdim edir.
Müxbir:
Prezident Əliyev, Sizinlə söhbət etmək həmişə
olduğu kimi çox xoşdur. Biz Berlində, Petersberq
İqlim Dialoqu tədbirindəyik. Bu, həqiqətən də
COP29-a aparan yolun başlanğıcıdır. Yəqin ki,
komandanız çox həyəcanlıdır. Builki COP-dan nə
gözləyə bilərik, hansı məsələlər
icra olunacaq və sadəcə, müzakirə olunmayacaq?
Prezident
İlham Əliyev: Biz bütün tərəflərin özlərini
rahat hiss etdiyi bir mühit yaratmaq istəyirik. Bizim Qoşulmama
Hərəkatında körpü rolunu oynamaqda böyük təcrübəmiz
var. Bildiyiniz kimi, Hərəkata dörd il sədrlik etdik. Hesab
edirəm ki, 120 üzv ölkə ilə biz həqiqətən
də böyük tərəqqiyə nail olduq. Biz Avropa
İttifaqına üzv olan ölkələrlə fəal
işləyirik. Bu gün konfransda dediyim kimi üzv ölkələrin
doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannaməni
imzalamışıq və qəbul etmişik. Digər
sözlə, Qlobal Cənub və Qərb və iqlim dəyişikliyi
məsələlərinin öhdəsindən gəlmək
üçün birlikdə bu prosesdə necə iştirak etməliyik,
həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik
və iqlim dəyişikliyi məsələləri ilə
bağlı müəyyən inamsızlığı necə
azaltmalıyıq? Çünki siz fərqli ideyaları, fərqli
fikirləri bilirsiniz.
Müxbir:
Qazıntı yanacağı ideyası ötən il
BƏƏ-də keçirilən COP28-də
üstünlük təşkil edirdi. Bilmək istərdim iki,
Sizin fikrinizcə, COP tarixində qazıntı yanacağı
hasil edən ölkənin dəyişikliklərin edilməsi
və keçid prosesində aparıcı rola malik olması
müsbət hadisə olaraq qiymətləndirilirmi?
Prezident
İlham Əliyev: Biz məhz buna nail olmağa
çalışırıq. Konfransda verdiyim mesajlardan biri də
o idi ki, bizi malik olduqlarımıza görə mühakimə
etməyin. Bizi onlardan necə istifadə etdiyimizə, gündəmimizə
görə mühakimə edin. Avropadakı, Qoşulmama Hərəkatındakı
iştirakımızla bağlı dediklərimdən əlavə,
həmçinin bir məsələni da anlamaq vacibdir ki, biz həm
də OPEC+ üzv ölkəsiyik. Biz COP-dan əvvəl daha
çox maliyyələşməni təmin etmək
üçün Azərbaycan və neft hasil edən digər
ölkələrin hansı əlavə töhfələri
ola bilər kimi həmrəylik paketini yaratmaq üçün
bir çox neft hasil edən ölkələrlə işləyirik.
Hesab edirəm ki, neft hasil edən ölkələr, xüsusilə
neftin qiyməti yüksək olanda problemin öhdəsindən
gəlmək üçün daha çox ödəniş
etməli və daha çox töhfə verməlidir. Hesab edirəm
ki, həmrəylik maliyyələşmənin ayrılmaz hissəsidir
və biz necə uğur qazanacağıq.
Müxbir:
COP29-un davamlı mirası olaraq nəyi görmək istərdiniz?
Prezident
İlham Əliyev: Əgər yaşıl dünyaya doğru əlavə
və davamlı olan konkret addımlar ata bilsək, bu, ən
vacib miras olacaq. Eyni zamanda, bildiyiniz kimi COP üçün
yenilik olan bir təşəbbüs bizim tərəfimizdən
irəli sürülmüşdür. Üçlük,
üç ölkə mexanizminin yaradılması. Burada məqsəd
bu üçtərəfli əməkdaşlıq
formatını yaratmaq üçün BƏƏ-nin, Azərbaycanın
və sonra Braziliyanın təcrübəsindən istifadə
etməkdir. Çünki hər üç ölkə
müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə
iştirak edir. Beləliklə, biz qarşılıqlı səylər,
həmrəylik göstərməli, bir-birimizi
günahlandırmağı dayandırmalıyıq. Nefti
olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir,
kiçik və inkişaf etməkdə olan ölkələr
inkişaf etmiş böyük ölkələrə “siz iqlim
fəlakətinə görə məsuliyyət
daşıyırsınız” deməklə onlara qarşı
tələblər irəli sürməməlidirlər. Beləliklə,
bu, diplomatiyadır, siyasətdir, maliyyədir və əlbəttə
ki, ev sahibi ölkəsi kimi biz bunun üçün bir
platforma yarada bilərik.
Müxbir: Cənab
Prezident, Sizinlə söhbət etmək xoş idi. Bu gün
bizə vaxt ayırdığınıza görə çox
sağ olun.
Prezident
İlham Əliyev: Çox sağ olun.
Azərbaycan.-2024.-
24 may, ¹ 108.- S.5.