"Azərbaycan
Respublikası Silahlı
Qüvvələri Daxili
xidmət nizamnaməsinin
təsdiq edilməsi haqqında", "Tarix və mədəniyyət
abidələrinin qorunması
haqqında", "Cinayət
törətmiş şəxslərin
verilməsi (ekstradisiya)
haqqında" və
"Mədəniyyət haqqında"
Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci, 13-cü və 18-ci bəndlərini
rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan
Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı,
1995, № 22, maddə 364; Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu (Cild I); 2024, №
1, maddə 18) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin
Daxili xidmət nizamnaməsi"nin 4-cü maddəsinin
birinci hissəsinin ikinci abzasına "etməyin" sözündən
sonra ",həmçinin
silahlı münaqişə
zamanı mədəni
sərvətlərin mühafizəsinin"
sözləri əlavə
edilsin.
Maddə 2. "Tarix
və mədəniyyət
abidələrinin qorunması
haqqında" Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1998, № 6, maddə 365 (Cild
I) 18-ci maddəsinin birinci
hissəsinə aşağıdakı
məzmunda üçüncü
cümlə əlavə
edilsin:
"Silahlı münaqişə
zamanı daşınar
mədəni sərvətlərin
təhlükəsiz yerlərə
köçürülməsində "Silahlı münaqişə
zamanı mədəni
sərvətlərin mühafizəsi
haqqında" Konvensiyaya
uyğun olaraq fərqləndirici emblemlə
işarələnmiş nəqliyyat
vasitələrindən istifadə
oluna bilər.".
Maddə 3. "Cinayət
törətmiş şəxslərin
verilməsi (ekstradisiya)
haqqında" Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2001, № 6, maddə 386 (Cild
I) 3-cü maddəsinin "Qeyd" hissəsinin 1-ci bəndinin "b" yarımbəndinə
"147-ci maddəsində" sözlərindən sonra
", 1954-cü il tarixli
"Silahlı münaqişə
zamanı mədəni
sərvətlərin qorunması
haqqında" Haaqa Konvensiyasına dair İkinci Protokolun 15-ci maddəsinin 1-ci hissəsinin
a - c bəndlərində" sözləri əlavə
edilsin.
Maddə 4. "Mədəniyyət
haqqında" Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2013, № 2, maddə 78 (Cild I); Azərbaycan Respublikasının
2024-cü il 5 mart tarixli 1108-VIQD nömrəli
Qanunu) 53-cü maddəsində
"və ya beynəlxalq" sözləri
", xüsusi mühafizə
və ya" sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 may
2024-cü il
Azərbaycan.-2024.-
24 may, № 108.- S.5.