Tarixiləşən 100 gün

 

 

Xalq tarixinə, dilinə, dininə, birliyinə, insan isə milli-mənəvi dəyərlərinə, ağlına, idrakına arxalananda güclü qüvvətli olur. Son əsrimizin tarixi - Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər cənab İlham Əliyevin Prezident olduğu dövr bunu bir daha təsdiqlədi.

Ümummilli Lider Heydər Əliyev respublikaya rəhbərliyə gəldiyi 1969-82-ci illərdə Azərbaycanı iqtisadi-mənəvi böhrandan xilas etdi, xalqa milli kimliyini dərk etdirdi. 1993-cü ildə ikinci dəfə xalqın tələbi təkidi ilə hakimiyyətə gələrkən isə bir xilaskar kimi ölkəni parçalanmadan, vətəndaş müharibəsindən, ağır bəlalardan, daha genişmiqyaslı işğaldan, erməni təcavüzündən xilas etdi.

O, əsrin müqaviləsini imzalamaqla, atəşkəsə zəmin yaratmaqla, torpaq islahatlarını, mühüm layihələri həyata keçirməklə iqtisadiyyatı dirçəltdi, insanların inamını özünə qaytardı, beynəlxalq əməkdaşlığı öz axarına saldı, siyasətdə, iqtisadiyyatda, mədəniyyətdə, mənəvi aləmdə nizam yaratdı, bugünkü inkişafımız üçün bir zəmin hazırladı.

Cənab İlham Əliyev isə Ulu Öndərimizin ideyalarına, vəsiyyətlərinə yeni bir məna verdi, uğurlu, düşünülmüş siyasi gedişləri ilə xalqımızın tarixinə heç vaxt unudulmayan, yaddan çıxmayan şanlı səhifələr yazdı yazmaqda davam edir.

44 günlük müharibə 23 saatlıq antiterror tədbirləri Azərbaycanı dünyaya qalib, yenilməz, mübariz bir dövlət kimi təqdim etməklə dövlətimizə böyük inam qazandırdı, qələbəmizə yeni yollar açdı. Bu, düşünülmüş siyasətin, haqqın, ədalətin qələbəsi idi cənab İlham Əliyev öz dövlətini ucaltmağı bacardı.

Hər iki halda - Ulu Öndərimizin hakimiyyətdə olduğu illərdə, istərsə cənab İlham Əliyevin prezidentliyi dövründə qazanılan uğurlar bilavasitə xalqın birliyinin, həmrəyliyinin bu böyük şəxsiyyətlərin xalqımızın tarixinə, dilinə, dininə, özlərinə olan inamın nəticəsi idi. Bütün hadisələrdə, gedişlərdə, uğurlarda xalq birliyi, vətəndaş həmrəyliyi rəhbər müdrikliyi, təşkilatçılığı, iradəsi ön xətdə olub qələbəmizi təmin edib.

Prezident İlham Əliyev andiçmə mərasimində bu baxımdan xalqın birliyinə çox yüksək qiymət verərək demişdir:

"Biz 20 ildə çətin günlər yaşasaq da birliyimiz sayəsində uğurlara nail olmuşuq. Sözsüz ki, bu uğurlar önündə iqtisadi inkişaf, sosial rifah, ordumuzun möhkəmləndirilməsi durur".

Xalqın öz rəhbərinə, taleyinə, gələcəyinə inamı ən böyük güc güvəndir. Cənab İlham Əliyev prezident olduğu 20 ildə xalqına, vətəninə, torpağına olan məhəbbəti sədaqəti, düşmənə qarşı kəskin mübarizəsi qazandığı uğurlar ilə bu inamı yarada bilib, xalqın ehtiramını hörmətini qazanıb. Dövlətimizin rəhbəri bunu dəfələrlə bəyan edib andiçmə mərasimində bir daha bildirib: "Biz, doğrudan da, bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz heç kimin köməyi olmadan həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik əsaslı şəkildə həll edirik".

Bu, inkarolunmaz bir həqiqətdir, çünki Azərbaycan torpaqları 30 ildən çox erməni təcavüzünə məruz qalıb, şəhərlərimiz, kəndlərimiz talan edilib, insanlarımız qətlə yetirilib, təcavüzkarlar tərəfindən xalqımıza qarşı soyqırımlar həyata keçirilib, Vətən müharibəsinə qədər BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin işğal etdikləri torpaqlardan qeyd-şərtsiz çıxması haqqında dörd qətnaməsinə, bir çox qərarlara, göstərişlərə əməl edilməyib, Ermənistan heç kimə, heç nəyə məhəl qoymayıb. Böyük dövlətlər, beynəlxalq təşkilatlar susdular, münaqişəyə ikili standartlardan yanaşdılar, Azərbaycanı deyil, əslində, təcavüzkar Ermənistanı müdafiə  etdilər. Azərbaycanın taleyinə, xalqımın ağır vəziyyətinə acıyanlar az oldu, səsimizə çox ölkədən səs verilmədi.

"Taleyimizi özümüz həll etdik" bəyanatını səsləndirməklə dövlətimizin rəhbəri demokratiyadan, insan haqlarından, ədalətdən, ölkələrin suverenliyinə hörmətdən, təcavüzə, zülmə nifrətdən söz açan ölkələrin, beynəlxalq təşkilatların üzünü, riyakarlığını bir daha açıb göstərdi, dövlətimizin suverenliyinə qəsd etmək istəyənləri eyhamla xatırlatdı.   

Prezidentlik dövründə Qarabağ torpaqlarının işğaldan azad edilməsi, separatçıların ərazilərimizdən birdəfəlik çıxarılması, viran qoyulan şəhər kəndlərimizin bərpası, köçkünlərin yurd-yuvalarına qayıtması Prezidentimizin ali vəzifəsi olmuş bu vəzifə bu gün aktuallığını qoruyub saxlayır. Düşmən üzərində tarixi qələbədən sonra ölkəmizin rəhbəri birinci xanım Mehriban Əliyeva ilə işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlər edir, abadlıq işlərinin gedişi ilə maraqlanır, lazımi tapşırıqlarını verir. Son illər ərazilərin bərpasına

7 milyard, o cümlədən bu il üçün 5 milyard manat dövlət vəsaitinin ayrılması görülən işlərin, quruculuq tədbirlərin əhatəsinin qədər geniş olduğunu aydın göstərir. Artıq Füzulidə, Zəngilanda, Şuşada, Laçında həyat canlanır, insanlar doğma yurdlarına köç edib məskunlaşırlar. İnsanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə tədbirlər gücləndirilir. İşğaldan azad olunmuş ərazilər, o cümlədən yaşayış məntəqələri mina partlamamış hərbi sursatlardan təmizlənir. Azərbaycanın dünyada mövqelərini daha da möhkəmləndirmək, ölkəmizi Cənubi Qafqazda güc mərkəzinə çevirmək regionda sülhün, əmin-amanlığın, əməkdaşlığın təminatçısı kimi şöhrətləndirmək, qarşıya qoyulan milli strateji hədəflərin reallaşmasını təmin etmək, işğaldan azad edilmiş ərazilərdə nümunəvi həyat şəraiti iqtisadi mühit yaratmaq cənab İlham Əliyevin fəaliyyətinin ana xəttidir. Ölkə rəhbəri andiçmə mərasimində qarşıda duran vəzifələrin aliliyinə, möhtəşəmliyinə diqqəti cəlb edərək demişdi: "İndi yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz , başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm".

Dövlət başçımız bu böyük nailiyyətlərin qazanılmasında yenə xalqın birliyinə arxalanır, öz gücümüzə inamı diqqətə çatdırır birlik, həmrəylik sayəsində bütün çətinliklərin aradan qaldırılacağına ümidvar olduğunu bildirir.

Cənab İlham Əliyevin 14 fevral tarixində andiçmə mərasimindən sonra prezident kimi səlahiyyətlərinin icrasına başladığı zamandan keçən 100 gün ərzində əldə olunan sevindirici nəticələr bu reallığı təsdiq edir. Bu günlər Azərbaycan Prezidenti üçün çox vacib əhəmiyyətli, təxirəsalınmaz məsələlərin həlli baxımından yaddaqalandır. Cənab İlham Əliyev prezident seçildikdən sonra ənənəvi olaraq ilk səfərini qardaş Türkiyə Respublikasına etdi. Torpaqlarımız düşmən işğalı altında olan bütün illərdə bizimlə bir olan türk xalqını, Türkiyə dövlətinin rəhbərlərini salamladı, sevincini onlarla bölüşdü, gələcək planlar barədə fikir mübadilələri aparıldı, görüşlər keçirildi, O, Türk Dövlətləri Təşkilatının zirvə toplantısına qatıldı.   

Dövlətimizin başçısı andiçmə mərasimində səsləndirdiyi "Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli faktora güc mərkəzinə çevrilsin" fikirlərini zirvə toplantısında müxtəlif formalarda təkrarladı bu təşkilatın gələcəyinə ümidlə baxdığını bildirdi.

Son yüz gün ərzində Azərbaycan Prezidentinin bir sıra ölkələrə səfərləri olub, həmçinin bir çox dövlətlərin siyasi xadimləri, nümayəndə heyətləri, ölkə rəhbərləri ilə görüşləri keçirilib. Keçirilən mötəbər görüşlərin, mühüm tədbirlərin, görülən uğurlu işlərin təşkilatçısı istiqamətvericisi, əlbəttə ki, cənab İlham Əliyevdir. Bütün səfərlərin, tədbirlərin əsasında isə xalqımızın milli maraqları, iqtisadi inkişafımızın təmin edilməsi, dövlətimizin nüfuzu dünyada tanıdılması durur. Ermənistanla sülh müqaviləsinin imzalanmasına nail olunması, sərhədlərimizin dəqiq müəyyənləşdirilməsi, dünyada əmin-amanlığın, təhlükəsizliyin təmin edilməsi, ölkələrin suverenliyinə hörmətlə yanaşılması cənab İlham Əliyevin fəaliyyətinin əsas istiqamətidir bu xətt uğurla davam etdirilir.

Prezidentimiz beynəlxalq normalara əsaslanmaqla, reallıqları qiymətləndirməklə, dünyada baş verən hadisələri yaxından izləməklə vaxtında lazımi nəticələrə gəldiyi üçün dövlətimiz uğurlarını artırır bu gün regionda əsas söz sahibidir. Dünyanın sülhsevər ictimaiyyəti Prezidentimizin sülh çağırışlarını rəğbətlə qarşılayır, regionda yaşayan insanlar onu dəstəkləyirlər.

Dövlətimizin rəhbəri Cənubi Qafqazda sülhün təminatçısı kimi çıxış edərək Fransanın, Avropa ittifaqının regiona yönəlmiş çirkin niyyətlərini cəsarətlə rədd edir, məkrli siyasətə qarşı yorulmadan mübarizə aparır qətiyyətlə bildirir: "Həm Azərbaycan xalqına,  həm bu bölgəyə maraq göstərənlərə bir daha demək istəyirəm ki, bizimlə hesablaşmadan burada bir addım da atılmamalıdır bundan sonra. Əminəm ki, mənim sözümü eşidirlər, bilirlər mən nəyi deyirəmsə, onu da edirəm". Həqiqətən cənab İlham Əliyev sözünə, vədinə əməl edən rəhbərdir. O, "torpaqlarımızı azad edəcəyik, erməni faşistlərinin ayağını Qarabağdan kəsəcəyik, haqq-ədalət bərpa olunacaq, iqtisadiyyatımızı, xalqın rifahını yüksəldəcəyik, Qarabağı yenidən quracağıq, suverenliyimizə tam nail olacağıq, heç kimə baş əyməyəcəyik, Avropanın enerji təhlükəsizliyinə dəstək verəcəyik, ölkələrlə əməkdaşlığı möhkəmləndirəcəyik" mesajlarını verdi sözünü imzası ilə təsdiq etdi.

Prezidentin seçkidən sonrakı 100 günlük fəaliyyəti çoxşaxəli, səmərəli uğurludur. Türkiyəyə, Almaniyaya, Rusiyaya səfərləri zamanı dövlətimizin rəhbəri dünyanı Azərbaycanı narahat edən bir çox qlobal problemi gündəmə gətirib milli maraqlarımıza uyğun məsələlərin həllində sağlam münasibətlərin qurulmasına, əməkdaşlığın möhkəmləndirilməsinə, dövlətlərin suverenliyinə hörmət edilməsinə nail olub. Prezidentimiz 100 gün ərzində 100-dən çox mötəbər qonaqla - dövlət rəhbəri, baş nazir, beynəlxalq təşkilatların nümayəndəsi, görkəmli ictimai siyasi xadimlə görüşüb, 60-dan çox xarici ölkənin nümayəndə heyətini qəbul edib, 25 təməlqoyma açılış mərasimində iştirak edib, mətbuata çoxsaylı müsahibələr bəyanatlar verib. Yalnız Münxenə səfəri zamanı iki gün ərzində 24 görüş keçirməsi ölkə rəhbərinin qrafikinin qədər sıx gərgin olduğunu göstərir. 

Cənab Prezidentin son 100 günlük fəaliyyəti bir daha göstərir ki, o Heydər Əliyevin bəşəri ideyalarına sadiqdir, daim xalqı ilə birdir. İnsanların rifah halının yaxşılaşdırılması, ölkənin müdafiə qüdrətinin yüksəldilməsi, ordunun gücləndirilməsi rəhbərimizin ali məqsədidir. Rəhbər daimi olaraq işğaldan azad olunmuş kəndlərimizdə, şəhərlərimizdə görülən işləri nəzarətdə saxlayır, yeni obyektlərin açılışını edir, bir çoxlarının təməlini qoyur, insanlarla görüşür, xarici qonaqların, səhmdarların diqqətini Qarabağa yönəldir xalqımızın niyyətini dünyaya bəyan etməklə yeni uğurlara, perspektivlərə yollar açır. Bu yollar bəşəriyyətin azadlıq mübarizəsindən, dünyada haqqın-ədalətin bərpa edilməsindən, ciddi qlobal problem olan iqlim dəyişikliklərinin qarşısının alınması istiqamətində ardıcıl siyasətin aparılmasından, ətraf mühitin qorunmasına münasibətin genişləndirilməsindən, COP29 kimi əhəmiyyətli tədbirlərə daim dəstək verməsindən keçir.

Cənab İlham Əliyev ölkələri azad, xalqları xoşbəxt, insanları firavan görmək üçün səylərini əsirgəməyən, bəşəriyyətin qayğıları ilə yaşayan dünyaya daim sülh çağırışları edən bir dövlət rəhbəri, siyasi liderdir. Prezidentimizin əlamətdar hadisələrlə, səfərlərlə, görüşlərlə, danışıqlarla tarixiləşən xalqımızın xoşbəxt gələcəyinə xidmət edən, prezident seçildikdən sonra keçən 100 günlük fəaliyyəti buna parlaq nümunədir.

 

Tahir RZAYEV,

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri

Azərbaycan.-2024.- 24 may, № 108.- S.8.