Qələbə strategiyası

 

 

Azərbaycan tarixinə bir çox şərəfli qürurverici səhifə yazan xalq lideri, Prezident

İlham Əliyev həm siyasi gedişləri ilə çoxqütblü dünyaya politoloji dərs keçir. Xankəndidə Azərbaycan bayrağının dalğalanmasından sonra növbədənkənar prezident seçkiləri elan etməklə həm müstəqillik dövrümüzdə ilk dəfə bütöv Azərbaycan ərazisində ilk seçkinin müəllifi oldu.

Bu il fevralın 7-də Azərbaycan xalqı növbəti dəfə xoşbəxt gələcəyə, iqtisadi inkişafa, sabitliyə - qüdrətli Azərbaycan dövlətinə səs verdi.

7 fevral seçkilərinin nəticələri, yəni İlham Əliyevin mütləq şəkildə qələbəsi bu gün lidersizlik böhranında olan bir çox Qərb dövləti üçün örnək sayılmalıdır.

Bu prezident seçkiləri bütöv Azərbaycan ərazisində keçirilən ilk seçki olmaqla yanaşı, həm ölkəmizdən dünyaya lider-xalq birliyinin mesajı oldu. Seçicilərin yüksək fəallığı onların əksəriyyətinin Prezident İlham Əliyevə səs verməsi dövlət başçımızın 2003-cü ildə respublikaya rəhbərlik etdiyi vaxtdan bəri apardığı siyasətə güclü dəstəyini nümayiş etdirdi. Bu həm Azərbaycan xalqının onu doğru yoldan döndərmək cəhdlərini qəbul etmədiyinin sübutu oldu. Eyni zamanda ölkənin inkişaf prosesini uğurla davam etdirmək, eləcə bütün müasir çağırışlara adekvat cavab vermək üçün qarşıdakı dövrdə cəmiyyətin bütün kateqoriyalarının ölkənin siyasi rəhbərliyi ətrafında sıx birləşmələrinin zəruriliyini göstərdi.

Əlbəttə, xalqının böyük əksəriyyətinin dəstəyini almış Prezident İlham Əliyevin 3 aydan artıq vaxtı əhatə edən fəaliyyətində görülən işlər Azərbaycanın davamlı inkişafının artmasına qüdrətinin güclənməsinə imkan verib. Ötən müddət ərzində Azərbaycan dövlət başçısının rəhbərliyi ilə ardıcıl olaraq həm siyasi meydanda, həm diplomatik müstəvidə, həm informasiya məkanında möhtəşəm uğurlara imza atıb. Azərbaycanın Birinci Qarabağ müharibəsindən bəri Ermənistanın işğalı altında olan Qazax rayonunun anklav olmayan dörd kəndinin ərazilərini öz yurisdiksiyasına qaytarması, özü buna bir güllə atmadan nail olunması İlham Əliyev diplomatiyasının parlaq qələbəsidir.

Ümumiyyətlə, bu dörd kənddən danışarkən qeyd etmək lazımdır ki, dövlətimizin başçısı İlham Əliyev onların 2020-ci ildə geri qaytarılması məsələsini qaldırmışdı. Məhz buna görə bu istiqamətdə davamlı intensiv aparılmışdı. Bu gün həmin kəndlərin Azərbaycanın nəzarətinə qayıtması bir daha sübut edir ki, Prezident İlham Əliyev qarşısına qoyduğu bütün vəzifələri yerinə yetirən, sözü ilə əməli üst-üstə düşən liderdir. Ötən müddətdə qazandığımız uğurların altında məhz Prezidentimizin imzası var.

Azərbaycan bu gün dünyanı narahat edən məsələlərin müzakirə olunduğu mərkəz kimi tanınır. Buna görə , təsadüfi deyil ki, ötən yüz gün ərzində ölkəmiz yenə dünyanın diqqət mərkəzində oldu. Bəşəriyyəti narahat edən qlobal problemlərin paytaxtımızda keçirilən sayca 11-ci olan Qlobal Bakı Forumunda müzakirə olunması qarışıq dünyada sabitlik adasına çevrilmiş Azərbaycanın artan nüfuzunu nümayiş etdirdi.

Prezident İlham Əliyevin şəxsi nüfuzu, onun müdrik siyasəti sayəsində Azərbaycan bu gün beynəlxalq prosesləri istiqamətləndirən, yeni uğurlu təşəbbüslərlə çıxış edən, beynəlxalq aləmdə öz mövqeyi ilə seçilən ölkəyə çevrilib. Regionda, eləcə daha geniş coğrafiyada sabitləşdirici rol oynayan Azərbaycan bir çox ölkənin iqtisadi inkişafına, enerji təhlükəsizliyinə töhfə verməklə yanaşı, eyni zamanda qlobal miqyasda ədalətin carçısı, bəzi böyük dövlətlərin ədalətsiz davranışına müstəmləkə siyasətinə qarşı çıxan xalqların azadlıq mübarizəsinə dəstək verən qüvvə kimi tanınır hörmət edilir.

Bir sözlə, ötən yüz gün Azərbaycan xalqının öz seçimində yanılmadığını bir daha sübut etdi. İstər daxili, istərsə xarici siyasətdə uğurları ard-arda sıralayan Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan beynəlxalq münasibətlərin önəmli aktoru kimi qiymətləndirilir. İqtisadi sosial inkişaf uğurla davam edir, xalqın rifahı yüksəlir, ölkəmiz dünya kapitalı üçün cəlbedici məkana çevrilir.

2003-cü il 15 oktyabrda Ümummilli Lider Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı kimi taleyini İlham Əliyevə etibar etməklə tarixinə şərəfli zəfər yazan xalqımız

7 fevral seçkilərində qlobal arenada qüdrəti gücü ilə öz möhürünü vuran dövlət quruculuğuna davam dedi. Bu, Prezident İlham Əliyevlə qələbələrə zəfərə aparan yoldur.

 

Rəşad MAHMUDOV,

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini

Azərbaycan.-2024.- 24 may, № 108.- S.9.