Prezident xalqımızın qəlbini bir daha fəth etdi

 

 

Mayın 24-də İlham Əliyevin prezident kimi səlahiyyətlərinin icrasına başlamasının 100-cü günü tamam olur. Özünün qələbələrlə nəticələnən fəaliyyətini  min illərin tarixinə yazmış İlham Əliyev Azərbaycanda sabitliyin təhlükəsizliyin qarantı, inkişafın stimulyatorudur.

Elə ötən 100 gün ərzində bunu sübuta yetirən Prezident İlham Əliyev bu günlərin əksər hissəsində fəaliyyətini işğaldan azad olunmuş zonalarda davam etdirib. Orta Asiya ölkələrinin - Qazaxıstanın, Özbəkistanın Qırğızıstanın ölkə rəhbərlərini, eləcə Belarus Prezidentini orada qarşılayıb.

Bu gün bütün dünya ölkəmizdə sürətlə davam etdirilən dinc quruculuq işlərindən, dövlət başçımızın Azərbaycanın inkişafının dövlət müstəqilliyinin möhkəmləndirilməsi məsələsini diqqətdə saxladığından xəbərdardır.  Ona görə bəzən bizimlə hədələyici tonla danışmağa cəhd göstərmək istəyən bəzi böyük qüvvələr İlham Əliyevin nüfuzu qarşısında geri çəkilməli olurlar. Prezident İlham Əliyevin Azərbaycanda başlatdığı möhtəşəm işlər bu gün dünya üçün örnək rolunu oynayır.

100 günün ən böyük uğurlarından biri , əlbəttə, Qazaxın dörd kəndinin Prezident İlham Əliyevin tələbi ilə qan-qadasız geri qaytarılmasıdır. Bu özü elə 100 günə deyil, 100 ilə sığacaq böyük nailiyyətdir tarixi uğurlarımızın davamıdır. Təsadüfi deyil ki, ard-arda qazandığımız bu zəfərlər sayəsində regionda Azərbaycanı Qafqazda əsas dövlətə çevirən İlham Əliyevlə hesablaşırlar. İndi hər bir dövlət anlayır ki, Cənubi Qafqazda Azərbaycanın razılığı olmadan heç bir işə başlamaq mümkün deyil.

Danılmaz faktdır ki, bu gün Azərbaycan İlham Əliyevin sayəsində beynəlxalq meydana çevrilib. Ölkəmizdə xeyli qlobal tədbirlər keçirilir, Bakı artıq hər il əhəmiyyətli beynəlxalq tədbirlərə evsahibliyi edir. Bu ilin noyabrında da Azərbaycanda COP29 kimi nəhəng qlobal tədbir təşkil olunacaq. Bu bir daha İlham Əliyevin ölkəmizdə sabitliyi təhlükəsizliyi təmin etdiyini təsdiqləyir. Bütün bunları nəzərə alaraq, hər birimiz Azərbaycan dövlətinin mənafeyi naminə Prezident İlham Əliyevin ətrafında sıx birləşməli həmrəyliyimizi daim qoruyub saxlamalıyıq.

Son olaraq qeyd etmək istəyirəm ki, Heydər Əliyev ideyalarının irsinin əsas davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyev hər zaman olduğu kimi, son 100 gündə yürütdüyü qətiyyətli prinsipial siyasəti ilə bütün dünyaya örnək olmaqla yanaşı, yeni uğurlara imza atmaqla Azərbaycan xalqının qəlbini bir daha fəth etdi.

Dövlətimizin başçısına növbəti aylarda illərdə yeni zəfərlərə doğru xalqımızla birgə inamla addımlamağı arzu edirəm.

 

Tahir KƏRİMLİ,

Vəhdət Partiyasının sədri, Milli Məclisin deputatı

Azərbaycan.-2024.- 24 may, № 108.- S.9.