Prezident İlham
Əliyevin rəhbərliyi
ilə 20 ildən çox müddət ərzində müstəqil
Azərbaycan dövləti
davamlı olaraq inkişaf edir, möhtəşəm nailiyyətlər
qazanır, regionda
güc mərkəzinə
çevrilib. Əldə
edilən uğurlar, torpaqlarımızın işğaldan
azad olunması isə regionda yeni vəziyyət yaradıb. Bu amil Azərbaycanın beynəlxalq aləmdə mövqeyini əhəmiyyətli
dərəcədə gücləndirib.
Əminliklə demək
olar ki, Ümummilli Lider Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövləti
Prezident İlham Əliyevin rəhbərliyi
ilə tarixinin yüksəlişlə müşayiət
olunan ən qüdrətli dövrünü
yaşayır. Prezident
İlham Əliyevin fəaliyyətinin zirvəsində
dövlətimizin ərazi
bütövlüyünün və suverenliyimizin tam bərpası dayanır. Bu tarixi nailiyyətə məhz xalqımızın
birliyi və dövlət başçısına
sonsuz inam sayəsində nail olunub. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə müasir tariximizdə yeni mərhələnin əsası qoyulub.
Bu il fevralın 7-də ölkəmizdə
keçirilən prezident
seçkiləri yeni dövrün başlanğıcının
ifadəsi idi. Prezident seçkilərində
xalqımız öz iradəsini ifadə edərək cənab İlham Əliyevə inam və etimadını
bir daha təsdiqlədi. Tariximizə
Zəfər seçkisi
kimi düşən bu seçkilərin qalibi Müzəffər Ali Baş Komandan,
xalqımıza Zəfər
sevinci yaşadan qalib lider İlham
Əliyev oldu. Prezident İlham Əliyev fevralın 14-də
andiçmə mərasimində
çıxışı zamanı
qarşıda dayanan vəzifələr və hədəflərdən ətraflı
bəhs etdi.
Cənab İlham
Əliyevin prezidentliyi
dövründə Azərbaycan
hər bir sahədə böyük uğurlar əldə edib. Dövlət başçısının rəhbərliyi
ilə Azərbaycan dünyanın ən sürətlə inkişaf
edən, yeniləşən,
müasirləşən, demokratikləşən
ölkəsinə çevrilib.
Qazanılan uğurlar
Azərbaycanın beynəlxalq
aləmdə mövqeyini
də əhəmiyyətli
dərəcədə gücləndirib.
Bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür,
söz sahibi olan dövlətdir. Azərbaycanın dinamik inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki
regional, hətta qlobal mərkəzə çevirməkdədir.
İlk növbədə
siyasi sahədə qazanılan nailiyyətlər
Azərbaycanı beynəlxalq
ictimaiyyətə daha
yaxşı tanıtdırmaqla
bərabər, dünyanın
diqqətini respublikamıza
yönəldə bilib.
Bunun ən böyük təsdiqi
2011-ci ildə Azərbaycanın
155 ölkənin dəstəyi
ilə BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi
üzv seçilməsi
olub. Həmçinin
120 dövlətin təmsil
olunduğu Qoşulmama
Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq
miqyasda nüfuzunu və qüdrətini göstərir. Eləcə
də dünya birliyinin BMT-nin ən genişmiqyaslı tədbirlərindən sayılan
COP29 konfransının Azərbaycanda
keçirilməsi ilə
bağlı qərar qəbul etməsi də beynəlxalq səviyyədə ölkəmizə
inamın artmasının
daha bir ifadəsidir. Azərbaycan mühüm ekoloji çağırışların, "yaşıl enerji" gündəliyinin müzakirə
olunacağı bu tədbirə də yüksək səviyyədə
evsahibliyi etmək əzmindədir. Bütün
bunlar onu təsdiqləyir ki, Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan bir dövlətdir.
Azərbaycan beynəlxalq
birliyin müstəqil
üzvü kimi öz mənafelərini qarşılıqlı hörmət
prinsipi çərçivəsində
həyata keçirir.
Bu isə Azərbaycanın müstəqil
inkişafını təmin
etməklə yanaşı,
öz gücünə
inamını, eləcə
də ölkəmizə
olan etimadı artırır.
Cənab İlham
Əliyevin son seçkilərdən sonra Prezident kimi səlahiyyətinin icrasına başlamasının
100 günü tamam olur. Bu müddət
ərzində cənab
Prezident milli maraqlarımıza əsaslanan
siyasətini qətiyyətlə
davam etdirib. Sözügedən dövr
ərzində də əsas amil Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasıdır.
Aprelin 19-da Qazax rayonu istiqamətində sərhədlərin müəyyənləşdirilməsi
istiqamətində tərəflər
arasında razılığın
əldə olunması,
Qazaxın erməni işğalı altında
olan 4 kəndinin dinc yolla geri
qaytarılması növbəti
zəfərlərimiz sırasındadır.
Qarabağda müvəqqəti
yerləşdirilmiş Rusiya
sülhməramlı kontingentinin
ərazilərimizdən çıxarılması,
işğaldan azad edilmiş ərazilərimizdə
bərpa-quruculuq işlərinin
geniş vüsət alması, Şuşa şəhərinə keçmiş
məcburi köçkünlərin
qayıdışına başlanılması
və digər önəmli hadisələr
cənab Prezidentin 100 gününün möhtəşəm
uğurlarıdır.
Yeni dövrdə
xarici siyasətimizin əsas prioritetlərindən
biri türk dünyasına inteqrasiyanın
dərinləşdirilməsi olacaq. Bununla bağlı Prezident İlham Əliyev andiçmə mərasimində
çıxışı zamanı
deyib: "Biz beynəlxalq təşkilatlarla
bağlı bundan sonra da öz
addımlarımızı atacağıq,
ilk növbədə Türk Dövlətləri
Təşkilatı çərçivəsində
səylərimizi davam
etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki
bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz
türk dünyasıdır".
Dövlətimizin başçısı
bu dövrdə bir sıra xarici
səfərlərdə olub,
beynəlxalq tədbirlərdə
iştirak edib ki, bu da
ölkəmizin beynəlxalq
əlaqələrinin daha
da güclənməsində
müstəsna əhəmiyyət
kəsb edir. Beləliklə, xalqımız
və dövlətimiz
yeni dövrdə də Prezident İlham Əliyevin liderliyi ilə yeni-yeni zəfərlərə
imza atacaq!
Sevinc FƏTƏLİYEVA,
Milli Məclisin
Beynəlxalq münasibətlər
və parlamentlərarası
əlaqələr komitəsinin
sədr müavini
Azərbaycan.-2024.-
24 may, № 108.- S.10.