Müxalifət
Prezidentin son 100 günlük fəaliyyətni
yüksək qiymətləndirir:
Azərbaycan naminə missiya
Prezident İlham
Əliyevin dövlət
rəhbəri vəzifəsində
fəaliyyətinin 100 günü
tamam olur. Məlumdur ki, bir çox dünya ölkəsində
prezidentin 100 günlük
işinə ictimai-siyasi
qiymət verilir. İlk olaraq onu deyə bilərəm
ki, bu müddət
ərzində Azərbaycan
Prezidenti əvvəlki
dönəmlərdə olduğu
kimi, çoxtərəfli,
aktiv fəaliyyət göstərib və çoxvektorlu siyasət sərgiləyib.
Bir məsələni
xüsusi olaraq vurğulamalıyıq ki,
7 fevral 2024-cü il prezident seçkiləri müstəqil Azərbaycanın
bütün suveren ərazilərini əhatə
etməklə keçirilən
ilk seçkilər olub. Təbii ki, 30 ilə yaxın müddətdə
işğal altında
qalan ərazilərimizin
azad edilməsi də bilavasitə Ali Baş Komandan
İlham Əliyevin Vətən qarşısında
müstəsna xidməti
kimi dəyərləndirilir.
Qürurverici haldır
ki, 44 günlük İkinci Qarabağ savaşında qazandığımız
möhtəşəm qələbəmizdən
sonrakı dövr ərzində Xankəndi daxil olmaqla, digər ərazilərimiz
də Azərbaycanın
nəzarətinə keçərək
separatizmə son qoyuldu və torpaqlarımız terrorçulardan
birdəfəlik təmizləndi.
Bununla da dünyada separatizmə və terrorçuluğa son qoyulmasının Azərbaycan nümunəsi
yaradıldı. Bu, ilk növbədə Azərbaycanın regionda əsas söz və güc sahibinə çevrilməsinin
və müstəqil siyasət yürütməsinin
bariz nümunələridir.
Sirr deyil ki, istər regional, istərsə də qlobal güclərin bölgədə
iqtisadi, siyasi və hərbi maraqları var və mövcud reallıqlara rəğmən
ölkəmizin müstəqil
siyasət yürütməklə
hazırkı nailiyyətləri
əldə etməsi bilavasitə Azərbaycan Prezidentinin yürütdüyü
çoxvektorlu uğurlu
xarici siyasət sayəsində mümkün
olub.
İlham Əliyevin
növbəti dəfə
prezident seçilməsindən
sonra rəsmi olaraq vəzifəsinin icrasına başladığı
andiçmə mərasimindən
keçən 100 gün
ərzində görülən
işlərə gəldikdə
isə ilk növbədə Azərbaycana
məxsus olan və 30 il ərzində
işğal altında
qalan Qazax rayonunun 4 kəndinin danışıqlar yolu ilə geri qaytarılmasının,
həmçinin Rusiya
hərbi kontingentinin vaxtından xeyli əvvəl ölkəmizi
tərk etməsinin ən diqqətçəkən
və əhəmiyyətli
hadisələr olduğu
qənaətindəyəm. O cümlədən əvvəlki
üç il ərzində olduğu kimi, bu dövr
ərzində də işğaldan azad olunmuş ərazilərdə
abadlıq və yenidənqurma işləri
tam gücü ilə aparılmaqdadır.
Beynəlxalq standartlara
uyğun avtomobil və dəmir yolu xətləri çəkilməkdədir. İşğaldan
azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını
birləşdirən Əhmədbəyli-Füzuli-Şuşa
avtomobil yolu, Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolu, eləcə də rayonlararası, şəhərlərarası
müasir avtomobil yollarının çəkilməsi,
yol qovşaqlarının,
tunel və körpülərin tikintisi
görülən işlərin
miqyasını göstərir.
Həmçinin azad edilən ərazilərdə
su anbarları, dəmir yolları, məktəblər, xəstəxanalar,
sosial və digər təyinatlı obyektlərin tikintisi davam edir, bəziləri
artıq istifadəyə
verilib. Şuşaya, Zəngilana, Laçına,
Füzuliyə və digər azad və abad olmuş
yaşayış məntəqələrinə
Böyük qayıdışın
başlanması və
sürətlə davam
etməsi ilə yanaşı, doğma yurdlarına qayıdan keçmiş köçkünlərin
məşğulluğu ilə
bağlı da müvafiq qurumlar ciddi işlər görürlər. Yerlərdə
yeni istehsalat sahələri, sənaye müəssisələri yaradılır
və bu işlər gələcəkdə
də davam etdiriləcək.
Yeni infrastruktur
layihələrinin gerçəkləşməsi
və bu prosesə qardaş Türkiyə Cümhuriyyəti
ilə yanaşı, digər qardaş türk dövlətlərinin,
eləcə də dost ölkələrin cəlb edilməsi Azərbaycanın gücünü,
qüdrətini bütün
dünyaya göstərir.
Dost və qardaş ölkələr
tərəfindən Azərbaycanın
işğaldan azad edilmiş rayonlarında reallaşdırılan layihələr
dövlətlərimiz arasında
dostluq rəmzinə çevrilib. Özbəkistan
və Qazaxıstan Füzulidə iki məktəbin tikintisi ilə bağlı qardaş dəstəyi göstəriblər. Ötən
ay Qırğızıstan
Prezidenti Sadır Japarov Azərbaycanda rəsmi səfərdə
olarkən məlum oldu ki, bu
ölkə də Azərbaycanın işğaldan
azad olunmuş ərazilərində tikinti-quruculuq
işlərində iştirak
edəcək və qardaş Qırğızıstan
Qarabağda məktəb
tikintisində iştirak
edən üçüncü
ölkə olacaq. Bu onu göstərir
ki, Qarabağ zəfəri regionda türk dövlətləri
üçün həm
də yeni iqtisadi imkanlar yaradıb.
Bir sözlə,
görülən və
görüləcək işlər
kifayət qədərdir
və mən növbəti dəfə vəzifələrinin icrasına
başladığı andiçmə
mərasimindən keçən
100 gün ərzində
Prezident İlham Əliyevin fəaliyyətini
yüksək qiymətləndirməklə
yanaşı, ona Azərbaycan naminə gələcək fəaliyyətində
yeni uğurlar arzulayıram.
Arzuxan ƏLİZADƏ,
Azərbaycan Milli İstiqlal Partiyasının sədri
Azərbaycan.-2024.-
24 may, № 108.- S.10.