Zəfər yolunun uğurlu davamı

 

 

Müasir Azərbaycan dövlətinin həyatında yeni tarixi mərhələ başlayıb. Fevralın 7-də keçirilmiş prezident seçkilərində cənab İlham Əliyev parlaq qələbə qazanmaqla ölkəmizin yeni dövr üçün hədəflərini müəyyən etdi. Xalqımızın bu seçkilərdə yüksək əhvali-ruhiyyə ilə iştirak edərək Heydər Əliyev siyasətinin davamına, Prezident İlham Əliyevin liderliyi ilə yeni qələbələrə səs verməsində məhz bu amil mühüm rol oynadı.

Ən önəmli məqam isə seçkilərin ilk dəfə olaraq müstəqil Azərbaycanın öz ərazisi üzərində suverenliyini tam bərpa etməsi şəraitində keçirilməsi idi. Beləliklə, qalib xalq ərazi bütövlüyü suverenliyi təmin olunmuş ölkənin vətəndaşı olaraq qalib Liderinə - şanlı Zəfərin müəllifinə səs verməklə Heydər Əliyev ideyalarına sədaqət, cənab İlham Əliyevə minnətdarlıq ifadə etdi.

Mayın 24-də Prezident İlham Əliyevin yeni mərhələdə dövlət başçısı səlahiyyətinin icrasına başlamasının 100-cü günü tamam olur. Yüz gün ərzində Azərbaycan xalqı olaraq tarixi hadisələr yaşamışıq. Bu gün dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan bir çox ölkə, o cümlədən qonşularla müxtəlif platformalarda əməkdaşlıq əlaqələri quraraq mövcud münasibətlərini daha da möhkəmləndirir.

Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsi, habelə dünya ölkələrinin ən böyük beynəlxalq konfransı - COP29-un Bakıda keçirilməsi haqqında yekdil qərar qəbul edilməsi ölkəmizin dünya miqyasındakı artan nüfuzunun göstəricisidir. Qarşıdakı əsas hədəflərdən biri isə türk dövlətləri ilə birliyi daha da gücləndirməkdir. Qazanılan uğurların zirvəsini təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi, ən nəhayət, 2023-cü ilin sentyabrında Qarabağda erməni separatizminin kökünün kəsilməsi ilə suverenliyimizin təmin olunması təşkil edir. Öz lideri ətrafında "dəmir yumruq" kimi birləşən xalq gücünü qələbə əzmini bütün dünyaya nümayiş etdirdi. Prezident, Müzəffər Ali Baş Komandan bu qələbə ilə Azərbaycanı qalib ölkəyə, xalqı qalib xalqa çevirdi. Azərbaycanın qazandığı misilsiz uğurların təməlində məhz xalq-iqtidar birliyi dayanır. Fevralın 14-də Prezident İlham Əliyev andiçmə mərasimində çıxışı zamanı bu məqamları xüsusi vurğulayıb.

Hazırda Azərbaycan Cənubi Qafqazda sülhün təmin olunması istiqamətində təşəbbüslər göstərir. Aprelin 19-da Azərbaycanla Ermənistan arasında Qazax istiqamətində sərhədlərin delimitasiyası ilə bağlı razılığın əldə olunması cənab Prezidentin 100 gününün ən mühüm hadisələri sırasındadır. Xüsusilə Qazaxın uzun illər işğal altında olmuş dörd kəndinin dinc yolla geri qaytarılması növbəti zəfərimizdir. Dövlətimizin başçısı 100 gün ərzində milli maraqlarımıza uyğun olaraq daxili xarici siyasət yürüdərək təhlükəsizliyimizin təmin olunması məqsədilə ordumuzun daha da gücləndirilməsi, əhalinin sosial rifahının artırılması, iqtisadiyyatın inkişafı istiqamətində mühüm addımlar atıb.  Ən əsas məqamlardan biri isə işğaldan azad edilmiş ərazilərimizin bərpası yenidən qurulmasıdır. Məlumdur ki, Ermənistan təxminən 30 il ərzində işğal altında saxladığı ərazilərimizi xarabalığa çevirib, burada qanunsuz iqtisadi fəaliyyət həyata keçirib sərvətlərimizi talayıb. Qarşı tərəf hesab edirdi ki, Azərbaycan həmin əraziləri bərpa edib məskunlaşdırma həyata keçirə bilməyəcək yaxud buna onilliklər lazım gələcək. Ancaq qalib Azərbaycan işğaldan azad etdiyi ərazilərin bərpasına müharibə başa çatandan dərhal sonra başladı. Həmin ərazilərə Böyük qayıdışın təmin edilməsi indiki strateji mərhələdə ölkəmizin beş milli prioritetindən biri kimi müəyyənləşdirilib.

Azərbaycan dövləti azad edilmiş ərazilərin məskunlaşdırılmasını tez layiqli şəkildə həyata keçirmək əzmini nümayiş etdirir. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq postmüharibə dövründə Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonları böyük tikinti meydanına çevrilib. Xarabalıqlar üzərində yeni şəhərlər, kəndlər ucaldılır. Biz şəhərlərimizi, kəndlərimizi yenidən qururuq artıq 6 mindən çox keçmiş məcburi köçkün doğma torpaqlarına qayıdıb.

Prezident İlham Əliyev andiçmə mərasimində bəyan etmişdi ki, önəmli vəzifə Qarabağ Şərqi Zəngəzurun bərpa edilməsidir: "Deyə bilərəm ki, burada görülən işlər azad edilmiş torpaqlara gələn hər bir qərəzsiz xarici qonağı valeh edir. Çünki bu dərəcədə dağıntılardan sonra bu sürətlə bərpa işlərinin aparılması, yəqin ki, tarixdə görünməmiş bir hadisədir".

Dövlət başçısının yeni mərhələdə son yüzgünlük fəaliyyətində bu amil müstəsna yer tutur. Qarabağın incisi, qədim şəhərimiz, qəhrəmanlıq rəmzi olan Şuşa şəhərinə sakinlərin qayıdışının reallaşması da son yüz günün mühüm hadisələri sırasındadır. Ümumilikdə isə dövlətimiz tərəfindən ilin sonuna qədər azad olunmuş 5 şəhərə 15 kəndə 20 min keçmiş köçkünün qayıdışının təmin edilməsi nəzərdə tutulur. Bütün bunlar təsdiqləyir ki, yeni mərhələdə Azərbaycanı yeni-yeni zəfərlər gözləyir. Xalqımız Prezident İlham Əliyevin liderliyi ilə ölkəmizin bundan sonra da möhtəşəm nailiyyətlər qazanacağına əmindir!

 

Pərvin KƏRİMZADƏ,

Milli Məclisin deputatı

Azərbaycan.-2024.- 24 may, № 108.- S.11.